https://sputnik.az/20211225/azerbaycanda-ermenistan-istehsali-olan-mehsullar-askarlanib-437586328.html
Azərbaycanda Ermənistan istehsalı olan məhsullar aşkarlanıb
Azərbaycanda Ermənistan istehsalı olan məhsullar aşkarlanıb
Sputnik Azərbaycan
Məhv edilən mallar Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilən istifadəyə yararsız, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.
2021-12-25T22:45+0400
2021-12-25T22:45+0400
2021-12-25T22:45+0400
dgk
cəmiyyət
siqaret
alkoqollu içki
məhv
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/19/437585866_23:0:1570:870_1920x0_80_0_0_10d8c00b04b345edf5538a8c7fd56c76.jpg
BAKI, 25 dekabr — Sputnik. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı DGK yayıb.Məlumatda bildirilir ki, 4 600 qutu fişəng və 119 385 ədəd pirotexniki vasitələr, müxtəlif adda və vaxtı keçmiş dərman preparatları, 3 218,75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilər, 162 litr sərinləşdirici içkilər, 361,14 kq ərzaq və qeyri-ərzaq məhsulları, 107 kq yuyucu vasitələr komissiya üzvlərinin iştirakı ilə məhv edilib."Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenirlər, 32 qutu siqaret və 51,7 litr müxtəlif spirtli içkilər də olub", - deyə qurumun yaydığı məlumatda bildirilir.Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.Həmçinin oxuyun:DGK xeyli sayda fişəng və pirotexniki vasitələr məhv edibPirotexniki maddələrə görə xəbərdarlıq edildiGəncədə qadın sahibkarın partlayıcı pirotexniki vasitələr satdığı aşkarlanıbBayram günləri sizi həbs edə bilərlər - DİN xəbərdarlıq etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/19/437585866_216:0:1376:870_1920x0_80_0_0_57f8390f4ea9d984217adeb647e879b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda ermənistan istehsalı olan məhsullar aşkarlanıb
azərbaycanda ermənistan istehsalı olan məhsullar aşkarlanıb
Azərbaycanda Ermənistan istehsalı olan məhsullar aşkarlanıb
Məhv edilən mallar Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilən istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.
BAKI, 25 dekabr — Sputnik. Bu gün
Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı DGK yayıb.
Məlumatda bildirilir ki, 4 600 qutu fişəng və 119 385 ədəd pirotexniki vasitələr, müxtəlif adda və vaxtı keçmiş dərman preparatları, 3 218,75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilər, 162 litr sərinləşdirici içkilər, 361,14 kq ərzaq və qeyri-ərzaq məhsulları, 107 kq yuyucu vasitələr komissiya üzvlərinin iştirakı ilə məhv edilib.
"Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenirlər, 32 qutu siqaret və 51,7 litr müxtəlif spirtli içkilər də olub", - deyə qurumun yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.
Bayram günləri sizi həbs edə bilərlər -
DİN xəbərdarlıq etdi