CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DGK xeyli sayda fişəng və pirotexniki vasitələr məhv edib

© pixabay / meineresterampepirotexniki vasitələr
pirotexniki vasitələr  - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
162 litr sərinləşdirici içkilər, 361,14 kq ərzaq və qeyri-ərzaq məhsulları, 107 kq yuyucu vasitələr komissiya üzvlərinin iştirakı ilə məhv edilib.
BAKI, 25 dekabr — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Komitədən xəbər verilib.
DGK-nın Əməliyyat-İstintaq baş idarəsinin Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov bildirib ki, 4 600 qutu fişəng və 119 385 ədəd pirotexniki vasitələr, müxtəlif adda və vaxtı keçmiş dərman preparatları, 3 218,75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilər, 162 litr sərinləşdirici içkilər, 361,14 kq ərzaq və qeyri-ərzaq məhsulları, 107 kq yuyucu vasitələr komissiya üzvlərinin iştirakı ilə məhv edilib:
"Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir", - deyə Elnur Qurbanov bildirib.
Həmçinin oxuyun:
Pirotexniki maddələrə görə xəbərdarlıq edildi
Gəncədə qadın sahibkarın partlayıcı pirotexniki vasitələr satdığı aşkarlanıb
Bayram günləri sizi həbs edə bilərlər - DİN xəbərdarlıq etdi
Xəbər lenti
0