CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə qadın sahibkarın partlayıcı pirotexniki vasitələr satdığı aşkarlanıb

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidПиротехнические средства, фото из архива
Пиротехнические средства, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı şəhər sakini K. Hüseynovanın icarə əsasında işlətdiyi köşkdən partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

BAKI, 25 dekabr — Sputnik. Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı şəhər sakini K. Hüseynovanın icarə əsasında işlətdiyi köşkdən partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. K. Hüseynova barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti
0