Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev barədə filmdən seçmə məqamlar

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Bir sıra ölkələrin liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı maraqlı məqamları bölüşüb, ona təbriklərini çatdırıblar.
BAKI, 24 dekabr — Sputnik. Bu gün Azərbaycan Dövlət Televiziyasında (AzTV) Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı "Prezident. Təkrarsız diplomatiya" adlı sənədli film nümayiş etdirilib. Sənədli filmdə müxtəlif dövlət başçıları, siyasi xadimlər və digər nüfuzlu şəxslərin Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər yer alıb. Sputnik Azərbaycan həmin fikirləri təqdim edir:

Onun əsas məqsədi Azərbaycan xalqını xoşbəxt görməkdir

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əsas məqsədi ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir: "Onun çoxlu məziyyətləri var, düzdür, yubilyarlar haqqında həmişə belə deyilir... Ola bilər ki, onunla nədəsə razılığa gəlmək çətin olur, bu, xüsusilə əsas məsələlərdə asan proses deyil. Lakin razılığa gəlinirsə, tam əmin olun ki, vəd yerinə yetiriləcək. Bu, istənilən insanın əsas xarakterik xüsusiyyətlərindəndir, siyasətlə məşğul olanlar üçünsə ikiqat vacibdir. Mən onu uzun illərdir tanıyıram.
Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir. Odur ki, ilk növbədə, ona həyat məqsədlərini, həyat münasibətlərini reallaşdırmaqda uğurlu olmasını arzulayıram.
Səhv etmirəmsə, Azərbaycan folklorunda belə bir atalar sözü, məsəl var: "Əsl dost əsrlər sonra da dostdur". O bilməlidir ki, onun Rusiyada da dostları var. Ümid edirəm ki, o da bizə, Rusiyaya bu hisslərlə yanaşır. Ona hər şeyin ən yaxşısını arzulayıram və yubiley münasibətilə təbrik edirəm!"
Rusiya Prezidenti, həmçinin qeyd edib ki, dövlətlərarası münasibətlər qurulanda həmin ölkələrin birinci şəxslərinin arasında şəxsi əlaqələr həmişə əsaslı rol oynayır. Çünki bu, müəyyən atmosfer yaradır.
Sənədli filmdə Vladimir Putin Azərbaycanın ümummilli lideri Heydər Əliyevi də xatırlayıb: "Hesab edirəm ki, onun atası nəinki bugünkü müstəqil, suveren Azərbaycanın, həmçinin bizim hamımızın ümumi, keçmiş dövlətimiz, ümumi Vətənimiz – Sovet İttifaqının görkəmli siyasi xadimi idi. O, Sovet İttifaqının böyük siyasi xadimi idi və əlbəttə, vətəni Azərbaycan üçün də görkəmli siyasətçi idi".

Türkiyə-Azərbaycan qardaşlığını 2010-cu ildə strateji ortaqlıq səviyyəsinə çatdırdıq

Sənədli filmdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: "Bu əsasda qardaşlığımızı 2010-cu ildə strateji ortaqlıq səviyyəsinə çatdırdıq. Bir-birinə qəlbən bağlı ölkələrimizi boru xətləri, dəmir yolları ilə də bir-birinə bağladıq. Bütün bu ortaq addımlar və layihələr çərçivəsində Türkiyə-Azərbaycan işbirliyinin regional rifah və sabitliyin zəmanəti olmaq xüsusiyyəti qətiləşəcək.
İlham qardaşımın Baş komandanlığı və öndərliyi ilə Azərbaycan təxminən 30 ilə qədər davam edən işğala 44 gündə son verərək haqlı mücadiləsində dastanlara düşəcək qələbə qazandı. Tək millət və iki dövlət şüarı ilə Türkiyənin qardaşlıq vəzifəsini yerinə yetirdiyi Vətən müharibəsi dövründə müxtəlif provokasiyalara baxmayaraq, İlham qardaşım qərarlı və soyuqqanlı liderlik sərgiləyərək zəfərin baş memarı oldu.
Bir milyon qaçqın qardaşımızın evə dönüş yollarını açdı. Bu qüruru və sevinci Türkiyə və Azərbaycanda bizə birlikdə yaşatdı. Bu vəsilə ilə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və qəhrəman Azərbaycan xalqını bir daha təbrik edirəm".
Türkiyə Prezidenti qeyd edib ki, Heydər Əliyev dövründə başlayan və İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib: "Paytaxt Bakı Xəzərin parlayan ulduzuna çevrildi. Bir il içində Qarabağın incisi və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, Füzuli və işğaldan azad edilən digər yaşayış yerlərində layihələr sürətlə həyata keçirildi. Qarabağın azad olunmasında olduğu kimi, bərpa və restavrasiya prosesində Azərbaycana dəstəyimizi davam etdirəcəyik. Türkiyə olaraq indi və həmişə azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə irəliləməyə davam edəcəyik".
Türkiyə Prezidenti ad günü münasibətilə Azərbaycan liderini təbrik edib: "Can Azərbaycanın can Prezidenti, dəyərli qardaşım, cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Rəbbimdən özünə neçə-neçə sağlam doğum günləri nəsib etməsini arzulayıram. Özünə sevdikləri, dəyərli ailəsi ilə birlikdə xeyirli ömür yaşamasını diləyirəm. Bu düşüncə ilə İlham Əliyev qardaşımın doğum gününü səmimi-qəlbdən yenidən təbrik edir, can Azərbaycana salamlarımı çatdırıram. Rəbbim Türkiyə-Azərbaycan qardaşlığını daim etsin, qorusun!"

Pakistan bayraqları hər yerdə, hər şəhərdə Azərbaycan bayraqları ilə birlikdə dalğalanırdı

Pakistan Prezidenti Arif Alvi isə bildirib ki, Vətən müharibəsində uzun müddətdir ki, davam edən problemin Əliyevin möhtəşəm liderliyi və Azərbaycan xalqının iradəsi sayəsində həll edilməsindən şaddırlar: "Qarabağı azad edəndə, dağıntıların miqyasına baxmayaraq, siz BMT-nin vəd etdiyi, lakin 2020-ci ilə qədər təmin edə bilmədiyi ədaləti bərpa etdiniz. Azərbaycan xalqı tərəfindən izhar edilən qardaş münasibətləri məni çox təsirləndirir. Pakistan bayraqları hər yerdə, hər şəhərdə Azərbaycan bayraqları ilə birlikdə dalğalanırdı. Böyük təqdir var. Qardaşım İlham Əliyev, bu sizin liderliyinizin diqqət çəkən təzahürlərindən biridir. Sizin Qarabağın azad olunmasında həlledici rolunuz danılmazdır. Sizə sonsuz nailiyyətlər arzulayıram. Əminəm ki, əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edəcək.
Mənim əziz qardaşım İlham Əliyev, doğum gününüzü təbrik edirəm, həm öz adımdan, həm də Pakistan xalqı adından 60-cı doğum gününüzlə bağlı sizə xoş arzularımı çatdırıram. Bakıda ilk görüşümüz zamanı bildirdik ki, Pakistanla Azərbaycanın tarixə, dini və mədəniyyətə əsaslanan dərin münasibətləri var. Həm də çox sadiq münasibətlərimiz var. Arzu edirəm ki, Azərbaycan və Pakistan xalqları arasında təmaslar çoxalsın, ticarət əlaqələri, insanların arasında gediş-gəliş artsın. Bir daha sizə möhkəm cansağlığı və çiçəklənmə arzulayıram".

Azərbaycan bu gün əsas enerji, nəqliyyat-logistika habıdır

Bunu sənədli filmdə çıxış edən Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev bildirib: "Dövlətlər bir qayda olaraq, xalqın iradəsi ilə uğurlu olur və rifah qazanır. Ələlxüsus, əgər ona çətin dövrlərdə perspektivi görən, gələcəyə irəliləmək üçün düzgün çıxış yolları tapa bilən enerjili, müdrik liderlər rəhbərlik edirsə".
Nazarbayev qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycana dövrünün unikal dövlət xadimlərindən biri olan Heydər Əliyev rəhbərlik edirdi: "Müstəqillik illərində Qazaxıstan və Azərbaycanın qardaş xalqları arasında ortaq tarixi-mədəni köklərimizə əsaslanan isti, mehriban qonşuluq münasibətləri qurulub".
Elbasının sözlərinə görə, Azərbaycan kimi, Qazaxıstan da nəqliyyat habı olaraq məsuliyyət daşıyır: "Bu da ölkələrimizi birbaşa bağlayır. Sakit okeandan başlayaraq Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, sonra isə Avropaya həm enerji, həm də vacib nəqliyyat arteriyaları uzanır. Biz bu əməkdaşlığı davam etdirməliyik".

Dövlətlərimiz arasında unikal tərəfdaşlıq daha da intensivləşəcək - Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə bildirib ki, gürcü xalqı üçün dəyərli olan ölkələrimiz arasında dostluq iki ölkə üçün yaxşı qonşuluq və tərəfdaşlıq əlaqələri deməkdir: "Əminəm ki, bu strateji tərəfdaşlıq daim regionda sülhün inkişafının əsası olacaq. Ümid edirəm ki, dövlətlərimiz arasında unikal olan iqtisadi, enerji, nəqliyyat və hərbi tərəfdaşlıq daha da intensivləşəcək. Xüsusi ilə son dövrlərdə aramızda tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi gələcəkdəki uğurların əsasıdır".
Eləcə də oxuyun:
* Ərdoğan İlham Əliyevə zəng vurub
* İlham Əliyev Hadrut qəsəbəsində hərbi hissənin açılışında olub
* Vladimir Putin Azərbaycan Prezidentinə zəng vurub
* Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib
* Zəfərimizin memarı – Prezident İlham Əliyevin 60 yaşı tamam olur
* Ölkə prezidentinə dünyanın dörd bir yanından təbriklər gəlir
* İlham Əliyevə eksklüziv yubiley təbriki – Rusiyadan video
* Azərbaycan sərhədçilərindən prezidentə kreativ təbrik - VİDEO
Xəbər lenti
0