Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ərdoğan İlham Əliyevə zəng vurub

© Official website of President of Azerbaijan RepublicAşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə  - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
BAKI, 24 dekabr - Sputnik. Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Eləcə də oxuyun:
* Vladimir Putin Azərbaycan Prezidentinə zəng vurub
* Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib
* Zəfərimizin memarı – Prezident İlham Əliyevin 60 yaşı tamam olur
* Ölkə prezidentinə dünyanın dörd bir yanından təbriklər gəlir
* İlham Əliyevə eksklüziv yubiley təbriki – Rusiyadan video
* Azərbaycan sərhədçilərindən prezidentə kreativ təbrik - VİDEO
Xəbər lenti
0