Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vladimir Putin Azərbaycan Prezidentinə zəng vurub

© Official website of President of Azerbaijan RepublicRusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
BAKI, 24 dekabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün yubileyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.
Sputnik Azərbaycanın məlumatına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Bundan öncə V.Putin İ.Əliyevə təbrik teleqramı göndərmişdi.
"Yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, məzmunlu dialoqun və Rusiya-Azərbaycan strateji partnyorluğunun bundan sonra da inkişafı naminə sıx birgə işin davam etdirilməsinə, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə şad olacam", - teleqramda deyilir.
RF rəhbəri vurğulayıb ki, Əliyev həmvətənləri arasında beynəlxalq arenada hətta ən mürəkkəb situasiyalarda belə sanballı, uzaqgörən qərar verməyə qadir, müdrik və təcrübəli dövlət xadimi kimi böyük nüfuza sahibdir.
Putin qeyd edib ki, Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi, sosial və digər sahələrdə uğurlar qazanıb.
Eləcə də oxuyun:
* Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib
* Zəfərimizin memarı – Prezident İlham Əliyevin 60 yaşı tamam olur
* Ölkə prezidentinə dünyanın dörd bir yanından təbriklər gəlir
* İlham Əliyevə eksklüziv yubiley təbriki – Rusiyadan video
Xəbər lenti
0