CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Omikron" ştammının əsas əlamətləri bunlardır

© REUTERS / DADO RUVICOmikron
Omikron - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Həkimlər bildirirlər ki, "Delta" ilə müqayisədə daha təhlükəli sayılan bu virusa yoluxma zamanı temperatur uzun müddət enmir.
BAKI, 23 dekabr — Sputnik. Yeni növ koronavirusun (COVID-19) sürətlə yayılan "Omikron" ştammı artıq qonşu ölkələrdə də qeydə alınır. Virusa yoluxma nəticəsində ölüm hallarının sayı da artıb. Həkimlər bildirirlər ki, "Delta" ilə müqayisədə daha təhlükəli sayılan bu virusa yoluxma zamanı temperatur uzun müddət enmir.
Sputnik Azərbaycan xəbər verir ki, Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının uşaq poliklinikasının həkim-infeksionisti Aytən Ziyadova deyib:

"Omikron" ştamında əsas qeyd olunan əlamətlər baş və boğaz ağrısı ilə yanaşı, mədə-bağırsaq pozuntusu, diareya və sairədir. Həmin əlamətlərin müşahidə edildiyi halda diqqətli olmaq tələb olunur. Pandemiya dövründə yaşadığımıza görə həmin əlamətlər, o cümlədən yuxarı tənəffüs yollarına aid olan bütün əlamətlər olanda mütləq COVID-ə qarşı analiz vermək lazımdır. "Delta" ştammında daha çox intoksikasiya əlamətləri çox sürətlə inkişaf etdiyi halda, "Omikron" ştammında sürətli gediş və ağırlaşmalar az müşahidə olunur".

"Omikron" ştammı artıq əksər ölkələrdə yayılıb. Ölkəmizdə isə yeni ştamma hələlik rast gəlinməyib. Həkim-infeksionistin dediyinə görə, bunun başlıca səbəbi peyvəndləmənin vaxtında və mütəmadi aparılmasıdır.
O bildirib ki, lakin son günlər qonşu ölkələrdə baş verənlər onu deməyə əsas verir ki, daha diqqətli davranmalı, təhlükənin çox yaxında olduğunu unutmamaq lazımdır:
"Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda ilk ölkədir ki, vətəndaşların vaksinasiyası aparılır və bu proses intensiv olaraq davam edir. Bununla yanaşı, xeyli xəstələnib sağalanlar var. Bütün bunlar kollektiv immuniteti möhkəmlədir. Ona görə də həmin ştamm yayılacağı təqdirdə belə, digər ölkələrdə olduğu kimi böyük təhlükə doğurmayacağı və intensiv xarakter almayacağını güman etmək olar".
Xatırladırıq ki, ötən gün Tehranda "Omikron" ştammına ilk yoluxma baş verməsi barədə məlumat yayılıb. Bundan başqa, Rusiyada 25, Türkiyədə 6, Gürcüstanda 2 yoluxma faktı qeydə alınıb.
Həmçinin oxuyun:
Bu ölkə "Omikron"a görə əcnəbi turistlərin ölkəyə girişinə məhdudiyyətlər tətbiq edir
"Omikron" ştammına qarşı peyvənd hazırlanır
ÜST-dən milad bayramı ilə bağlı təklif
"Omikron"un bu simptomu özünü gecələr göstərir
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma
Xəbər lenti
0