https://sputnik.az/20211222/yol-qaydalarina-aid-yeni-tetbiq-fotonu-polise-gonderirsen--437457421.html
Yol polisi, yoxsa foto ilə cərimə yazan tətbiq? - Reaksiyalar
Yol polisi, yoxsa foto ilə cərimə yazan tətbiq? - Reaksiyalar
Sputnik Azərbaycan
Dünyanın müxtəlif ölkələrində bu məsələ ilə bağlı vətəndaşların mövqeyi bəzən dövlətin mövqeyindən belə sərt və kəskin olur. 22.12.2021, Sputnik Azərbaycan
2021-12-22T07:31+0400
2021-12-22T07:31+0400
2021-12-22T07:31+0400
azərbaycan xəbərləri
cərimə
nəqliyyat
yol
vətəndaşlar
yol polisi
yol hərəkəti qaydaları
tətbiq
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928918_0:0:3073:1728_1920x0_80_0_0_253bb9a676cb0b74e50b05f56ba65f56.jpg
BAKI, 22 dekabr — Sputnik. Rusiyada foto və video əsasında yol hərəkət qaydalarını pozan şəxsləri müəyyən etməyə imkan verən xüsusi tətbiq yaradılacaq. Vətəndaşlar tətbiq vasitəsilə dayanma və durma qayda pozuntusuna görə, həmçinin park ödənişini həyata keçirməməyə görə şikayətlərini göndərə biləcəklər. Cərimələr protokol tərtib olunmadan yazılacaq. 2022-ci il iyunun 1-dək qanunvericiliyə lazımi dəyişikliklər edilməlidir. Ekspertlər isə hökumətin ən qısa zamanda ölkə qanunvericiliyinə dəyişiklik edəcəyi qənaətindədir. Görünən budur ki, qonşu ölkədə bu tətbiq ən qısa zamanda istifadəçilərin ixtiyarına veriləcək.Bəs bu təcrübə Azərbaycanda tətbiq oluna bilərmi? Sputnik Azərbaycan məsələ ilə bağlı nəqliyyat üzrə ekspert, "Avtosfer" saytının rəhbəri Elməddin Muradlı, həmçinin səlahiyyətli qurumlar - Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev və Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayevlə həmsöhbət olub.Elməddin Muradlı qeyd edib ki, Azərbaycanda da yol polisi bənzər təcrübəni tətbiq edir:Cəmiyyətimiz hələ bu cür hallara hazır deyilEkspert vurğulayıb ki, Avropada və dünyanın müxtəlif ölkələrində bu məsələ ilə bağlı vətəndaşların mövqeyi bəzən dövlətin mövqeyindən belə sərt və kəskin olur:"Vətəndaş müraciətləri o qədər ciddi şəkildə qəbul olunur ki, hətta qonşu qonşudan ehtiyat edərək məhəllədə belə qaydanı pozmur. Yəni o düzgün park etməsə və qonşu şikayət etsə, ona cərimə gələcək. Bu bir növ insanlar arasında məsuliyyət formalaşdırır. Təəssüf ki, cəmiyyətimiz hələ bu cür hallara hazır deyil".O qeyd edib ki, bir qrup vətəndaş var ki, onlar qayda pozuntularına dair video və foto görüntüləri həm "Avtosfer" saytına, həm də Dövlət Yol Polisi İdarəsinə göndərirlər:"Biz bu mövzuda onlarla foto və videomaterial alırıq. Yəqin ki, bundan daha artıq sayda görüntü yol polisinə göndərilir. Bunun əsasında qayda pozanlar məsuliyyətə cəlb olunurlar. Düşünürəm ki, belə bir xüsusi tətbiqin yaradılmasının zərəri olmaz ki, xeyri olar".Polis hər bir hala dərhal reaksiya verirBaş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev isə Azərbaycanda qayda pozuntularını qeydə almaq üçün xüsusi bir tətbiq olmadığını qeyd edib:"Hazırda belə bir tətbiq yoxdur, lakin gələcəkdə tətbiqin yaradıla biləcəyini də istisna etmirəm. Sosial şəbəkələrdə, saytlarda yayılan görüntülər, həmçinin elektron poçtumuza göndərilən materiallarda qayda pozuntusunu sübut edən faktlar varsa, biz qurum olaraq bu sübutlar əsasında qayda pozan şəxsləri məsuliyyətə cəlb edirik. Bu cür hallarla bağlı ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Qurum olaraq biz hər bir hala dərhal reaksiya verir və həmin məsələni nəzarətə götürürük. Ola bilməz ki, hər hansı bir qayda pozuntusunu əks etdirən foto və ya videogörüntü olsun və yol polisi ona reaksiya verməsin".İlk növbədə hüquqi əsas yaradılmalıdırBakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev isə bildirib ki, bu kimi məsələlərin olması üçün ilk növbədə hüququ əsas yaradılmalıdır:"Mövcud qanunvericilik vətəndaşların təqdim etdiyi foto və ya videolar əsasında şəxs barəsində cərimə sanksiyası tətbiq edilməsinə imkan vermir".Həmçinin oxuyun:Bakıda minlərlə adam yolu keçmək üçün 5 aydır xaricdən cavab gözləyirTurizm reyestrində məlumatlarınız düz olmazsa...Azərbaycanda qumar oyunları: Cəriməsi həzzindən betər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928918_0:0:2731:2048_1920x0_80_0_0_366db8948a71c8e2d2bd35d9b2f32479.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yol polisi əvəzinə tətbiqə vətəndaşlar necə reaksiya verəcəklər
yol polisi əvəzinə tətbiqə vətəndaşlar necə reaksiya verəcəklər
Yol polisi, yoxsa foto ilə cərimə yazan tətbiq? - Reaksiyalar
Dünyanın müxtəlif ölkələrində bu məsələ ilə bağlı vətəndaşların mövqeyi bəzən dövlətin mövqeyindən belə sərt və kəskin olur.
BAKI, 22 dekabr — Sputnik. Rusiyada foto və video əsasında yol hərəkət qaydalarını pozan şəxsləri müəyyən etməyə imkan verən xüsusi tətbiq yaradılacaq. Vətəndaşlar tətbiq vasitəsilə dayanma və durma qayda pozuntusuna görə, həmçinin park ödənişini həyata keçirməməyə görə şikayətlərini göndərə biləcəklər. Cərimələr protokol tərtib olunmadan yazılacaq.
2022-ci il iyunun 1-dək qanunvericiliyə lazımi dəyişikliklər edilməlidir. Ekspertlər isə hökumətin ən qısa zamanda ölkə qanunvericiliyinə dəyişiklik edəcəyi qənaətindədir. Görünən budur ki, qonşu ölkədə bu tətbiq ən qısa zamanda istifadəçilərin ixtiyarına veriləcək.
Bəs bu təcrübə Azərbaycanda tətbiq oluna bilərmi?
Sputnik Azərbaycan məsələ ilə bağlı nəqliyyat üzrə ekspert, "
Avtosfer" saytının rəhbəri
Elməddin Muradlı, həmçinin səlahiyyətli qurumlar -
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı
Namidan Piriyev və
Bakı Nəqliyyat Agentliyinin rəsmisi
Mais Ağayevlə həmsöhbət olub.
Elməddin Muradlı qeyd edib ki, Azərbaycanda da yol polisi bənzər təcrübəni tətbiq edir:
"Lakin qurum bunu vətəndaş müraciətləri əsasında edir. Belə ki, vətəndaşlar aşkarladıqları qayda pozuntusuna dair foto və video görüntüləri Dövlət Yol Polisi İdarəsinin saytı vasitəsilə göndərə bilərlər. Araşdırmalar həyata keçirildikdən və bu fakt öz təsdiqini tapandan sonra həmin qayda pozucularına qarşı cərimə tətbiq olunur. Çox təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti buna birmənalı baxmayıb. Əksər vətəndaşlar idarəyə müraciət göndərən şəxslərlə bağlı sosial şəbəkələrdə kampaniya başladaraq onları "işverən", "satqın" adlandırmağa başladılar".
Elməddin Muradlı
Nəqliyyat üzrə ekspert
Cəmiyyətimiz hələ bu cür hallara hazır deyil
Ekspert vurğulayıb ki, Avropada və dünyanın müxtəlif ölkələrində bu məsələ ilə bağlı vətəndaşların mövqeyi bəzən dövlətin mövqeyindən belə sərt və kəskin olur:
"Vətəndaş müraciətləri o qədər ciddi şəkildə qəbul olunur ki, hətta qonşu qonşudan ehtiyat edərək məhəllədə belə qaydanı pozmur. Yəni o düzgün park etməsə və qonşu şikayət etsə, ona cərimə gələcək. Bu bir növ insanlar arasında məsuliyyət formalaşdırır. Təəssüf ki, cəmiyyətimiz hələ bu cür hallara hazır deyil".
O qeyd edib ki, bir qrup vətəndaş var ki, onlar qayda pozuntularına dair video və foto görüntüləri həm "Avtosfer" saytına, həm də Dövlət Yol Polisi İdarəsinə göndərirlər:
"Biz bu mövzuda onlarla foto və videomaterial alırıq. Yəqin ki, bundan daha artıq sayda görüntü yol polisinə göndərilir. Bunun əsasında qayda pozanlar məsuliyyətə cəlb olunurlar. Düşünürəm ki, belə bir xüsusi tətbiqin yaradılmasının zərəri olmaz ki, xeyri olar".
Polis hər bir hala dərhal reaksiya verir
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev isə Azərbaycanda qayda pozuntularını qeydə almaq üçün xüsusi bir tətbiq olmadığını qeyd edib:
"Hazırda belə bir tətbiq yoxdur, lakin gələcəkdə tətbiqin yaradıla biləcəyini də istisna etmirəm. Sosial şəbəkələrdə, saytlarda yayılan görüntülər, həmçinin elektron poçtumuza göndərilən materiallarda qayda pozuntusunu sübut edən faktlar varsa, biz qurum olaraq bu sübutlar əsasında qayda pozan şəxsləri məsuliyyətə cəlb edirik. Bu cür hallarla bağlı ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Qurum olaraq biz hər bir hala dərhal reaksiya verir və həmin məsələni nəzarətə götürürük. Ola bilməz ki, hər hansı bir qayda pozuntusunu əks etdirən foto və ya videogörüntü olsun və yol polisi ona reaksiya verməsin".
İlk növbədə hüquqi əsas yaradılmalıdır
Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev isə bildirib ki, bu kimi məsələlərin olması üçün ilk növbədə hüququ əsas yaradılmalıdır:
"Mövcud qanunvericilik vətəndaşların təqdim etdiyi foto və ya videolar əsasında şəxs barəsində cərimə sanksiyası tətbiq edilməsinə imkan vermir".