https://sputnik.az/20211217/bakida-minlerle-adam-yolu-kecmek-ucun-5-aydir-xaricden-cavab-gozleyir-437297035.html
Bakıda minlərlə adam yolu keçmək üçün 5 aydır xaricdən cavab gözləyir
Bakıda minlərlə adam yolu keçmək üçün 5 aydır xaricdən cavab gözləyir
Sputnik Azərbaycan
Bakı sakinləri keçidlərdə eskalatorların işləməməsindən gileylənirlər. AAYDA isə keçidlərdə eskalatora alternativlərin olduğunu deyir. 17.12.2021, Sputnik Azərbaycan
2021-12-17T09:03+0400
2021-12-17T09:03+0400
2021-12-17T09:03+0400
paytaxt xəbərləri
cavab
bakı
yerüstü keçid
yol
adam
xaric
eskalator
aayda
min
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437295891_0:192:2048:1344_1920x0_80_0_0_55f7e62dd379f0c718af33de5a59486c.jpg
BAKI, 17 dekabr — Sputnik. Paytaxtda əksər küçə və prospektlərdə yerüstü piyada keçidləri quraşdırılsa da, onların çoxunun eskalatoru işləmir. Piyadaların təhlükəsizliyi nəzərə alınaraq inşa edilən yerüstü piyada keçidləri loru dildə desək, piyadalar üçün keçilməz olub. Beş aydan çoxdur ki, eskalatoru işləməyən piyada keçidlərindən biri də Azadlıq prospekti 196 ünvanında yerləşir. "Azadlıq prospekti" metro stansiyasına yaxın ərazidə yerləşən piyada keçidinin eskalatoru yaydan bəri dayanıb. Piyadalar yerüstü keçidin işləməyən eskalatorundan istifadə etməklə çıxıb-düşürlər. Keçidin eskalatorunun işləməməsi buradan daim istifadə edən piyadaları da narahat edir. Onlar beş aydır ki, keçidin eskalatorunun dayanması, təmir edənin olmamasından şikayətlənirlər.Nuranə Mirzəliyeva adlı piyada Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həftənin beş günü bu keçiddən istifadə edərək məktəbə uşaq aparıb-gətirir. Keçidin eskalatoru işləmədiyindən o, övladı ilə keçiddən piyada qalxıb-düşür: "Mən xəstə adamam. Keçidin eskalatoru beş aydır ki, xarab olub. Piyada bu hündürlükdə eskalatoru çıxıb-düşə bilmirəm. Ayaqlarım ağrıyır. Özüm də məktəbə uşaq aparıb-gətirirəm. Deyirlər, keçiddən istifadə edin, edirik. Hanı, işləyir? Yoldan da keçəndə cərimə edirlər ki, piyada keçidi ola-ola niyə istifadə etmirsiniz. Daha deyən yoxdur ki, keçidin adı var".Digər piyada Arzu Əhmədovanın isə 65 yaşı var. Onun sözlərinə görə, yerüstü piyada keçidinin eskalatorunun işləməməsi onları əməlli-başlı əziyyətə salır: "Bu hündürlükdə piyada keçidi tikiblər. Ağıllarına gəlməyib ki, eskalatorun yanında bir pilləkən də tiksinlər. Eskalatorun pilləkənləri o qədər hündürdür ki, çıxıb-düşmək olmur".Burada olarkən piyadaların çətinliklə eskalatorla qalxıb-düşdüyünün, şikayətləndiklərinin şahidi olduq. Keçidin gözətçi məntəqəsinə yaxınlaşaraq eskalatorun işləməməsinin səbəbini soruşduq. Bildirdilər ki, onlara da təmir ediləcəyi deyilsə də, hələ ki təmirə başlanılmayıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Agentlik yaranmamışdan əvvəl yerüstü piyada keçidlərində eskalatorlar quraşdırılıb. Həmçinin eskalatorların yanında adi pilləkənlər qoyulmayıb. Onun sözlərinə görə, eskalatorların pilləkənləri hündürdür: "Həmin pilləkənlər piyadaların piyada qalxıb-düşməsi üçün nəzərdə tutulmayıb. Eskalatorla yanaşı, keçiddə pilləkən də qoyulsaydı, piyadalar bu qədər əziyyət çəkməzdilər".A.Nəcəfli onu da qeyd edib ki, son illər Agentlik tərəfindən inşa olunan keçidlərdə eskalatordan istifadə edilmir: "Panduslar, pilləkən və liftlərdən istifadə edilir ki, bu cür problemlər yaranmasın. Amma nasaz vəziyyətə düşən hansı eskalatorun təmiri mümkündürsə, dərhal təmir edilir, olmadıqda eskalatorun hissələri sifariş verilir. O gələnədək müəyyən vaxt çəkir".A.Nəcəfli bildirdi ki, Azadlıq prospekti 196 ünvanındakı eskalatorun təmiri üçün hissələri xaricdən sifariş verilib. Gəldikdən sonra təmir ediləcək.Qurum sözçüsü qeyd etdi ki, ümumilikdə Bakı şəhərində inşa olunan keçidlərdə 200 eskalator var. Son iki ildə onlardan 195-də təmir işləri aparılaraq işlək vəziyyətə gətirilib. O bildirdi ki, hazırda şəhərdə 12 keçiddə bu cür problem var. Həmin keçidlərin eskalatorları təmirə dayanıb.Qeyd edək ki, Heydər Əliyev adına Sarayın ətrafındakı piyada keçidlərində də tez-tez eskalator xarab olur. Bu səbəbdən də piyadalar daim həmin keçiddən keçərkən çətinlik çəkirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437295891_0:0:2048:1536_1920x0_80_0_0_05ae572fd50c1ddbaae660620ab4e755.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı eskalator imtina edilir ilginc səbəb video foto azadlıq metro keçid
bakı eskalator imtina edilir ilginc səbəb video foto azadlıq metro keçid
Bakıda minlərlə adam yolu keçmək üçün 5 aydır xaricdən cavab gözləyir
Bakı sakinləri keçidlərdə eskalatorların işləməməsindən gileylənirlər. AAYDA isə keçidlərdə eskalatora alternativlərin olduğunu deyir.
BAKI, 17 dekabr — Sputnik. Paytaxtda əksər küçə və prospektlərdə yerüstü piyada keçidləri quraşdırılsa da, onların çoxunun eskalatoru işləmir. Piyadaların təhlükəsizliyi nəzərə alınaraq inşa edilən yerüstü piyada keçidləri loru dildə desək, piyadalar üçün keçilməz olub.
Beş aydan çoxdur ki, eskalatoru işləməyən piyada keçidlərindən biri də Azadlıq prospekti 196 ünvanında yerləşir. "Azadlıq prospekti" metro stansiyasına yaxın ərazidə yerləşən piyada keçidinin eskalatoru yaydan bəri dayanıb. Piyadalar yerüstü keçidin işləməyən eskalatorundan istifadə etməklə çıxıb-düşürlər. Keçidin eskalatorunun işləməməsi buradan daim istifadə edən piyadaları da narahat edir. Onlar beş aydır ki, keçidin eskalatorunun dayanması, təmir edənin olmamasından şikayətlənirlər.
Nuranə Mirzəliyeva adlı piyada Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həftənin beş günü bu keçiddən istifadə edərək məktəbə uşaq aparıb-gətirir. Keçidin eskalatoru işləmədiyindən o, övladı ilə keçiddən piyada qalxıb-düşür: "Mən xəstə adamam. Keçidin eskalatoru beş aydır ki, xarab olub. Piyada bu hündürlükdə eskalatoru çıxıb-düşə bilmirəm. Ayaqlarım ağrıyır. Özüm də məktəbə uşaq aparıb-gətirirəm. Deyirlər, keçiddən istifadə edin, edirik. Hanı, işləyir? Yoldan da keçəndə cərimə edirlər ki, piyada keçidi ola-ola niyə istifadə etmirsiniz. Daha deyən yoxdur ki, keçidin adı var".
Digər piyada Arzu Əhmədovanın isə 65 yaşı var. Onun sözlərinə görə, yerüstü piyada keçidinin eskalatorunun işləməməsi onları əməlli-başlı əziyyətə salır: "Bu hündürlükdə piyada keçidi tikiblər. Ağıllarına gəlməyib ki, eskalatorun yanında bir pilləkən də tiksinlər. Eskalatorun pilləkənləri o qədər hündürdür ki, çıxıb-düşmək olmur".
Burada olarkən piyadaların çətinliklə eskalatorla qalxıb-düşdüyünün, şikayətləndiklərinin şahidi olduq. Keçidin gözətçi məntəqəsinə yaxınlaşaraq eskalatorun işləməməsinin səbəbini soruşduq. Bildirdilər ki, onlara da təmir ediləcəyi deyilsə də, hələ ki təmirə başlanılmayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Agentlik yaranmamışdan əvvəl yerüstü piyada keçidlərində eskalatorlar quraşdırılıb. Həmçinin eskalatorların yanında adi pilləkənlər qoyulmayıb. Onun sözlərinə görə, eskalatorların pilləkənləri hündürdür: "Həmin pilləkənlər piyadaların piyada qalxıb-düşməsi üçün nəzərdə tutulmayıb. Eskalatorla yanaşı, keçiddə pilləkən də qoyulsaydı, piyadalar bu qədər əziyyət çəkməzdilər".
A.Nəcəfli onu da qeyd edib ki, son illər Agentlik tərəfindən inşa olunan keçidlərdə eskalatordan istifadə edilmir: "Panduslar, pilləkən və liftlərdən istifadə edilir ki, bu cür problemlər yaranmasın. Amma nasaz vəziyyətə düşən hansı eskalatorun təmiri mümkündürsə, dərhal təmir edilir, olmadıqda eskalatorun hissələri sifariş verilir. O gələnədək müəyyən vaxt çəkir".
A.Nəcəfli bildirdi ki, Azadlıq prospekti 196 ünvanındakı eskalatorun təmiri üçün hissələri xaricdən sifariş verilib. Gəldikdən sonra təmir ediləcək.
Qurum sözçüsü qeyd etdi ki, ümumilikdə Bakı şəhərində inşa olunan keçidlərdə 200 eskalator var. Son iki ildə onlardan 195-də təmir işləri aparılaraq işlək vəziyyətə gətirilib. O bildirdi ki, hazırda şəhərdə 12 keçiddə bu cür problem var. Həmin keçidlərin eskalatorları təmirə dayanıb.
Qeyd edək ki, Heydər Əliyev adına Sarayın ətrafındakı piyada keçidlərində də tez-tez eskalator xarab olur. Bu səbəbdən də piyadalar daim həmin keçiddən keçərkən çətinlik çəkirlər.