https://sputnik.az/20211215/moskva-eliyevle-pasinyanin-gorusune-munasibet-bildirdi-437264993.html
Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi
Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi
Sputnik Azərbaycan
Rusiya XİN-dən bildiriblər ki, Əliyevlə Paşinyanın tet-a-tet görüşünün məzmunu barədə məlumatları analiz edirlər 15.12.2021, Sputnik Azərbaycan
2021-12-15T18:54+0400
2021-12-15T18:54+0400
2021-12-16T21:33+0400
siyasət
görüş
moskva
prezident ilham əliyev
brüssel
rusiya xin
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436836531_0:187:3024:1888_1920x0_80_0_0_d02581c4357c976b0e6fd2f9e9cf70e7.jpg
BAKI, 15 dekabr — Sputnik. Rusiya Federasiyası Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldəki görüşünü alqışlayır. Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Naizirliyinin sözçüsü Mariya Zaxarova deyib. Əliyev, Paşinyan və Avropa İttifaqının sədri Şarl Mişelin üçtərəfli görüşü çərşənbə axşamı, dekabrın 14-də Belçikanın paytaxtında baş tutub. Qafqaz ölkələrinin liderləri Brüsselə Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün gediblər. KİV-in məlumatılna görə, onlar tet-a-tet görüş də keçiriblər. "Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələrin xüsusilə yüksək səviyyədə davam etdirilməsini alqışlayırıq. İki liderin görüşü dünən axşam baş tutub, müzakirələrin məzmunu barədə məlumatlar gəlməkdədir, onu analiz edərək Brüsseldəki dialoqun Azərbaycan, Ermənistan, Rusiya üçtərəfli razılaşmalarının sonrakı reallaşmasına təkan verəcəyinə ümid edirik", - Zaxarova brifinqdə deyib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başlayıb. Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib. Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.Həmçinin bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada, noyabrın 26-da isə Soçidə Bəyanat imzalayıblar.Eləcə də oxuyun:* Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında birgə görüş olub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436836531_293:0:3024:2048_1920x0_80_0_0_e5fffa7fa7cca66b6443532880bdead4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva əliyevlə paşinyanın görüşünə münasibət bildirdi
moskva əliyevlə paşinyanın görüşünə münasibət bildirdi
Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi
18:54 15.12.2021 (Yenilənib: 21:33 16.12.2021) Rusiya XİN-dən bildiriblər ki, Əliyevlə Paşinyanın tet-a-tet görüşünün məzmunu barədə məlumatları analiz edirlər
BAKI, 15 dekabr — Sputnik. Rusiya Federasiyası Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldəki görüşünü alqışlayır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Naizirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Əliyev, Paşinyan və Avropa İttifaqının sədri Şarl Mişelin üçtərəfli görüşü çərşənbə axşamı, dekabrın 14-də Belçikanın paytaxtında baş tutub. Qafqaz ölkələrinin liderləri Brüsselə Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün gediblər. KİV-in məlumatılna görə, onlar tet-a-tet görüş də keçiriblər.
"Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələrin xüsusilə yüksək səviyyədə davam etdirilməsini alqışlayırıq. İki liderin görüşü dünən axşam baş tutub, müzakirələrin məzmunu barədə məlumatlar gəlməkdədir, onu analiz edərək Brüsseldəki dialoqun Azərbaycan, Ermənistan, Rusiya üçtərəfli razılaşmalarının sonrakı reallaşmasına təkan verəcəyinə ümid edirik", - Zaxarova brifinqdə deyib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başlayıb. Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Həmçinin bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada, noyabrın 26-da isə Soçidə Bəyanat imzalayıblar.