https://sputnik.az/20211222/bezileri-ciblerinde-ruzi-duasi-gezdirir-ele-bilir-ki-o-dua-ile-ruzi-gelecek---astroloq-437484943.html
Bu iki bürc Pələng ilində çox şanslı olacaq - Astroloq
Bu iki bürc Pələng ilində çox şanslı olacaq - Astroloq
Sputnik Azərbaycan
Çin təqviminə görə, qarşıdan pələng ili gəlir. Tanınmış astroloq Səbuhi Rəhimli pələng ili ilə bağlı siyasi-ictimai proqnozunu Sputnik Azərbaycan-la bölüşüb.
2021-12-22T15:19+0400
2021-12-22T15:19+0400
2021-12-22T16:35+0400
cəmiyyət
uğur
astroloq səbuhi rəhimli
gələn il
https://cdnn1.img.sputnik.az/img/41852/32/418523226_0:0:2000:1125_1920x0_80_0_0_85d41d4c45940dd2c3906754e9d3bfc9.jpg
BAKI, 22 dekabr — Sputnik. 2021-ci ilin - öküz ilinin bitməsinə sayılı günlər qalıb. Çin təqviminə görə, qarşıdan pələng ili gəlir. Tanınmış astroloq Səbuhi Rəhimli pələng ili ilə bağlı siyasi-ictimai proqnozunu Sputnik Azərbaycan-la bölüşüb. Astroloqun sözlərinə görə, qarşıdan qara rəngli, su ünsürlü pələng ili gəlir:"Bəzən ili yanlış olaraq yanvarın 1-dən hesablayırlar. Amma yanvarın 1-i sadəcə Miladi təqvim başlayır. Çin qoroskopunda təqvim dolça bürcünün dövründə yenilənir. Bu da Yuputerin hərəkətinə görə, yanvarın 21-dən fevralın 19-una qədər olan dövrü əhatə edir. Qarşıdan gələn il fevralın 1-dən başlayıb, 2023-cü ilin yanvarın 23-ü bitəcək".Rəhimli bildirir ki, pələng illəri siyasi və müharibələr ili adlandırılır. Pələng illəri daha çox müharibələrlə yadda qalıb. Birinci Dünya müharibəsi bu ildə başlayıb, Çernobil hadisəsi bu ildə olub. Astroloq əlavə edir ki, bu il pələngin rəngi qaradır və üstəlik ilin planeti Marsdır. Mars da müharibə planetidir:Səbuhi müəllim qeyd edir ki, Çin qoroskopuna görə, hər ilin öz təbii fəlakətləri var. Məsələn, öküz ilində meşə yanğınları barədə danışılırdı. Türkiyədə, Yunanıstanda, Avstraliyada və bizdə meşə yanğınları baş veridi. Astroloqun qənaətinə görə, pələng illərində daha çox təyyarə qəzaları və vulkan püskürmələri baş verib: "Mən bunu proqnoz kimi demirəm. Müşahidələrimə görə, pələng illərində daha çox təyyarə qəzaları və böyük miqyaslı vulkan püskürmələri baş verib"."Bu il hansı ildə doğulan insanlara düşərli olacaq?" sualına S. Rəhimlinin cavabı belə oldu:"Əslində hansısa ilin kiməsə düşərli olub, kimə düşərli olmayacağı barədə deyə bilmərəm. Mən elmi tərəfdən danışıram. Düşərli-düşərsiz məsələsi sensasiya xarakterlidir, heç bir elmi izahı yoxdur. Astrologiyanın məğzi uğurlu və uğursuz zaman kəsiklərini aydınlatmaqdır. Əsas məsələ uğurlu zaman kəsiyində daha çox çalışıb daha çox mənfəət əldə etmək, uğursuz zaman kəsiyində isə bu vəziyyətdən daha az zərərlə çıxmaqdır. Yəni, bütün məsuliyyət hər bir fərdin üzərindədir. Bəzi dini cahilcəsinə bilən insanlar heç bir iş görmürlər, ciblərində ruzi duası gəzdirirlər. Elə bilirlər ki, o dua ilə onlara ruzi gələcək".İlin şanslı bürclərinə gəldikdə isə müsahibimz bildirir ki, pələng ilinin planeti Mars olduğuna görə Marsın himayəsində olan qoç və əqrəb bürcü bu ilin şanslı bürclərindən olacaqlar: "Qoç od ünsürüdür, əqrəb isə su ünsürüdür. Bu da ona dəlalət edir ki, od (qoç, şir, oxatan) və su ünsürü (xərçəng, əqrəb və balıqlar) insanlar aktiv və daha rahat yaşayacaqlar".Çin qoroskopuna görə, hər ilin "dostluq üçbucağı" adlı anlayışı var. Pələngin də dostları at və itdir. Yəni, bu ildə doğulan insanlar ilin komandanı olacaqlar.Astroloq vurğulayır ki, istənilən elm müşahidələrlə başlayır, sonra məntiqə söykənir. Daha sonra faktlar və arqumentlər isbat edir:Qarabağ məsələsinə gəldikdə isə Rəhimli bildirir ki, bu il heç müharibə olmayacaq. Xırda antiterror əməliyyatları olacaq. Bu il istefalar da olacaq: "2020-ci il istefaların episentri icra başçılarına düşəcəyini və il ərzində 20-yə yaxın icra başçısının istefaya gedəcəyin demişdim. Elə də oldu, təxminən 16 icra başçısı istefa verdi. 2021-ci ildə isə istefaların episentrində rütbəlilər olacağını demişdim. Doğrudan da bu il xeyli sayda polislər və hərbçilər işlərindən uzaqlaşdılar. Bu il istefaların episentrində səhiyyə və təhsil sistemində istefalar olacaq. Mən bu proqnozu 4-5 gün qabaq vermişdim. Artıq işartılarını görürük. Belə ki, bəzi təhsil şöbələri ləğv edildi".Həmçinin oxuyun:Firudin Qurbansoy: Məgər hidrometeoroloqlar hava proqnozu verəndə Allahın işinə qarışır?Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif olunubFala inanma... Öküz ili ən çox kimi sevindirəcək?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41852/32/418523226_131:0:1904:1330_1920x0_80_0_0_101679ab5c062015a072b158ab5a91b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bu iki bürc pələng ilində çox şanslı olacaq - astroloq - video 2022 zodiak
bu iki bürc pələng ilində çox şanslı olacaq - astroloq - video 2022 zodiak
Bu iki bürc Pələng ilində çox şanslı olacaq - Astroloq
15:19 22.12.2021 (Yenilənib: 16:35 22.12.2021) 2021-ci ilin - öküz ilinin bitməsinə sayılı günlər qalıb. Çin təqviminə görə, qarşıdan pələng ili gəlir. Tanınmış astroloq Səbuhi Rəhimli pələng ili ilə bağlı siyasi-ictimai proqnozunu Sputnik Azərbaycan-la bölüşüb.
BAKI, 22 dekabr — Sputnik. 2021-ci ilin - öküz ilinin bitməsinə sayılı günlər qalıb. Çin təqviminə görə, qarşıdan pələng ili gəlir. Tanınmış astroloq Səbuhi Rəhimli pələng ili ilə bağlı siyasi-ictimai proqnozunu Sputnik Azərbaycan-la bölüşüb. Astroloqun sözlərinə görə, qarşıdan qara rəngli, su ünsürlü pələng ili gəlir:
"Bəzən ili yanlış olaraq yanvarın 1-dən hesablayırlar. Amma yanvarın 1-i sadəcə Miladi təqvim başlayır. Çin qoroskopunda təqvim dolça bürcünün dövründə yenilənir. Bu da Yuputerin hərəkətinə görə, yanvarın 21-dən fevralın 19-una qədər olan dövrü əhatə edir. Qarşıdan gələn il fevralın 1-dən başlayıb, 2023-cü ilin yanvarın 23-ü bitəcək".
Rəhimli bildirir ki, pələng illəri siyasi və müharibələr ili adlandırılır. Pələng illəri daha çox müharibələrlə yadda qalıb. Birinci Dünya müharibəsi bu ildə başlayıb, Çernobil hadisəsi bu ildə olub. Astroloq əlavə edir ki, bu il pələngin rəngi qaradır və üstəlik ilin planeti Marsdır. Mars da müharibə planetidir:
"Mən bədbinlik təlqin etməkdən uzağam. O demək deyil ki, hər pələng ili müharibələr baş verəcək. Əslində böyük sülh müqavilələri də pələng illərində baş verib. Amma buna baxmayaraq pələng ili digər illərə baxanda ən çox demokratiya, ədalət gətirən ildir. Dünya ölkələrində xəritələrin ədalətli dəyişməsi bu ilə təsadüf edib".
Səbuhi müəllim qeyd edir ki, Çin qoroskopuna görə, hər ilin öz təbii fəlakətləri var. Məsələn, öküz ilində meşə yanğınları barədə danışılırdı. Türkiyədə, Yunanıstanda, Avstraliyada və bizdə meşə yanğınları baş veridi. Astroloqun qənaətinə görə, pələng illərində daha çox təyyarə qəzaları və vulkan püskürmələri baş verib: "Mən bunu proqnoz kimi demirəm. Müşahidələrimə görə, pələng illərində daha çox təyyarə qəzaları və böyük miqyaslı vulkan püskürmələri baş verib".
"Bu il hansı ildə doğulan insanlara düşərli olacaq?" sualına S. Rəhimlinin cavabı belə oldu:
"Əslində hansısa ilin kiməsə düşərli olub, kimə düşərli olmayacağı barədə deyə bilmərəm. Mən elmi tərəfdən danışıram. Düşərli-düşərsiz məsələsi sensasiya xarakterlidir, heç bir elmi izahı yoxdur. Astrologiyanın məğzi uğurlu və uğursuz zaman kəsiklərini aydınlatmaqdır. Əsas məsələ uğurlu zaman kəsiyində daha çox çalışıb daha çox mənfəət əldə etmək, uğursuz zaman kəsiyində isə bu vəziyyətdən daha az zərərlə çıxmaqdır. Yəni, bütün məsuliyyət hər bir fərdin üzərindədir. Bəzi dini cahilcəsinə bilən insanlar heç bir iş görmürlər, ciblərində ruzi duası gəzdirirlər. Elə bilirlər ki, o dua ilə onlara ruzi gələcək".
İlin şanslı bürclərinə gəldikdə isə müsahibimz bildirir ki, pələng ilinin planeti Mars olduğuna görə Marsın himayəsində olan qoç və əqrəb bürcü bu ilin şanslı bürclərindən olacaqlar: "Qoç od ünsürüdür, əqrəb isə su ünsürüdür. Bu da ona dəlalət edir ki, od (qoç, şir, oxatan) və su ünsürü (xərçəng, əqrəb və balıqlar) insanlar aktiv və daha rahat yaşayacaqlar".
Çin qoroskopuna görə, hər ilin "dostluq üçbucağı" adlı anlayışı var. Pələngin də dostları at və itdir. Yəni, bu ildə doğulan insanlar ilin komandanı olacaqlar.
Astroloq vurğulayır ki, istənilən elm müşahidələrlə başlayır, sonra məntiqə söykənir. Daha sonra faktlar və arqumentlər isbat edir:
"2020-ci ildə demişdim ki, haqlı olmaq azdır, həm də mübarizə aparmaq lazımdır. İllərlə Azərbaycan xalqı haqlı idi, amma güc tətbiq etmirdi. Güc tətbiq etdik və Qarabağda qələbə qazandıq. Bu ilin də devizi budur: mübarizə apar və qələbə qazan".
Qarabağ məsələsinə gəldikdə isə Rəhimli bildirir ki, bu il heç müharibə olmayacaq. Xırda antiterror əməliyyatları olacaq. Bu il istefalar da olacaq: "2020-ci il istefaların episentri icra başçılarına düşəcəyini və il ərzində 20-yə yaxın icra başçısının istefaya gedəcəyin demişdim. Elə də oldu, təxminən 16 icra başçısı istefa verdi. 2021-ci ildə isə istefaların episentrində rütbəlilər olacağını demişdim. Doğrudan da bu il xeyli sayda polislər və hərbçilər işlərindən uzaqlaşdılar. Bu il istefaların episentrində səhiyyə və təhsil sistemində istefalar olacaq. Mən bu proqnozu 4-5 gün qabaq vermişdim. Artıq işartılarını görürük. Belə ki, bəzi təhsil şöbələri ləğv edildi".
Jurnalistlərin
ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif olunub