https://sputnik.az/20211222/azerbaycanda-qizil-ve-gumus-hasilati-artib-437490905.html
Azərbaycanda qızıl və gümüş hasilatı artıb
Azərbaycanda qızıl və gümüş hasilatı artıb
Sputnik Azərbaycan
Qiymətli metalların satışından ölkə iqtisadiyyatına cəlb olunan vəsait açıqlandı. 22.12.2021, Sputnik Azərbaycan
2021-12-22T21:15+0400
2021-12-22T21:15+0400
2021-12-22T21:15+0400
qızıl
iqtisadiyyat
hasilat
gümüş
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/08/06/424617236_0:85:3072:1813_1920x0_80_0_0_7910acd5859d5244f6d4b595287fb279.jpg
BAKI, 22 dekabr — Sputnik. Bu gün imzalanan Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sektorunun gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sektorunda da qardaş Türkiyə ilə olduqca sıx əlaqələrimiz var. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib. O bildirib ki, memoranduma uyğun olaraq, elmi-texniki əməkdaşlığa dair razılıq əldə olunub. "Sənəd yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və ya şirkətin yaradılması imkanlarını da araşdıracaq. Birgə əməkdaşlıq ölkəmizin sənaye əhəmiyyətli proqnoz resurslara malik filiz yataqlarının qiymətləndirilməsinə töhfə verəcək. Birgə aparacağımız tədqiqatlar gələcəkdə yeni investisiyaların cəlb edilməsi, yeni hasilat sahələrinin işə salınması ilə nəticələnək. Bu sənəd çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə beynəlxalq əməkdaşlığa da birgə töhfə verəcəyik".Qızıl və gümüş hasilatı artıb"AzerGold" QSC-nin fəaliyyəti ilə bağlı olaraq isə sədr deyib ki, cari ildə 61,5 min unsiya qızıl hasil edilib: "Bu ötən illə (60 min unsiya qızıl) ilə müqayisədə 2% çoxdur. Gümüşün hasilatına gəlincə yanvar-dekabr ayları ərzində 135 min unsiyadan çox gümüş hasil edilib ki, bu da ötən illə (121 min unsiya gümüşlə) müqayisədə 11% çoxdur. Bu günə qədər daxili bazarda ümumilikdə 3660 unsiya qızıl, 14,6 min unsiya gümüşün satışını həyata keçirmişik. Sözügedən satış əməliyyatları nəticəsində dövriyyəyə ümumilikdə 11,6 milyon manat vəsait cəlb edilib (keçən il ilə müqayisədə 7 dəfə çox)".Qeyd edək ki, daxili bazarda xammal qismində 966 unsiyadan çox qızıl, 14,5 min unsiya gümüşün satışı həyata keçirilib. Nəticədə dövriyyəyə 3,7 milyon manat məbləğində vəsait cəlb edilib (ümumi daxili satışın 30%-i). Daxili bazarda hazır məhsul, yəni sikkə və külçələr qismində 2694 unsiya qızıl, 86 unsiya gümüşün satışı həyata keçirilib. Nəticədə dövriyyəyə 7,9 milyon manat cəlb edilib (ümumi daxili satışın 70%). Sentyabr ayından bugünədək ümumilikdə 2109 unsiya qızılın satışı həyata keçirilib və dövriyyəyə 6.9 milyon manatdan çox vəsait cəlb olunub.Qızıl və gümüşdən ölkə iqtisadiyyatına gələn gəlirlərin həcmi artıbÜmumilikdə, "AzerGold" QSC fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün satışına nail olub. Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat cəlb edilib.Eləcə də oxuyun:* Ölkələr qızıl toplayır. Onlar bir neçə il sonra nələrin baş verə biləcəyini bilirlər* Sərvətimizi yenidən sayırlar - Qarabağ üzrə hesabat
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/06/424617236_178:0:2909:2048_1920x0_80_0_0_b9edcae071b705368d648ae8d6fe7779.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda qızıl və gümüş hasilatı artıb iqtisadiyyat gəlir milyon manat unsiya
azərbaycanda qızıl və gümüş hasilatı artıb iqtisadiyyat gəlir milyon manat unsiya
Azərbaycanda qızıl və gümüş hasilatı artıb
Qiymətli metalların satışından ölkə iqtisadiyyatına cəlb olunan vəsait açıqlandı.
BAKI, 22 dekabr — Sputnik. Bu gün imzalanan Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sektorunun gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sektorunda da qardaş Türkiyə ilə olduqca sıx əlaqələrimiz var.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib. O bildirib ki, memoranduma uyğun olaraq, elmi-texniki əməkdaşlığa dair razılıq əldə olunub.
"Sənəd yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və ya şirkətin yaradılması imkanlarını da araşdıracaq.
Birgə əməkdaşlıq ölkəmizin sənaye əhəmiyyətli proqnoz resurslara malik filiz yataqlarının qiymətləndirilməsinə töhfə verəcək. Birgə aparacağımız tədqiqatlar gələcəkdə yeni investisiyaların cəlb edilməsi, yeni hasilat sahələrinin işə salınması ilə nəticələnək. Bu sənəd çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə beynəlxalq əməkdaşlığa da birgə töhfə verəcəyik".
Qızıl və gümüş hasilatı artıb
"AzerGold" QSC-nin fəaliyyəti ilə bağlı olaraq isə sədr deyib ki, cari ildə 61,5 min unsiya qızıl hasil edilib: "Bu ötən illə (60 min unsiya qızıl) ilə müqayisədə 2% çoxdur. Gümüşün hasilatına gəlincə yanvar-dekabr ayları ərzində 135 min unsiyadan çox gümüş hasil edilib ki, bu da ötən illə (121 min unsiya gümüşlə) müqayisədə 11% çoxdur. Bu günə qədər daxili bazarda ümumilikdə 3660 unsiya qızıl, 14,6 min unsiya gümüşün satışını həyata keçirmişik. Sözügedən satış əməliyyatları nəticəsində dövriyyəyə ümumilikdə 11,6 milyon manat vəsait cəlb edilib (keçən il ilə müqayisədə 7 dəfə çox)".
Qeyd edək ki, daxili bazarda xammal qismində 966 unsiyadan çox qızıl, 14,5 min unsiya gümüşün satışı həyata keçirilib. Nəticədə dövriyyəyə 3,7 milyon manat məbləğində vəsait cəlb edilib (ümumi daxili satışın 30%-i). Daxili bazarda hazır məhsul, yəni sikkə və külçələr qismində 2694 unsiya qızıl, 86 unsiya gümüşün satışı həyata keçirilib. Nəticədə dövriyyəyə 7,9 milyon manat cəlb edilib (ümumi daxili satışın 70%). Sentyabr ayından bugünədək ümumilikdə 2109 unsiya qızılın satışı həyata keçirilib və dövriyyəyə 6.9 milyon manatdan çox vəsait cəlb olunub.
Qızıl və gümüşdən ölkə iqtisadiyyatına gələn gəlirlərin həcmi artıb
Ümumilikdə, "AzerGold" QSC fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün satışına nail olub. Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat cəlb edilib.