Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Polisin əvəzinə bir-birini cərimələmək. Azərbaycana bu yenilik gələ bilər?

DYP - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Ekspert: Avropada və dünyanın müxtəlif ölkələrində bu məsələ ilə bağlı vətəndaşların mövqeyi bəzən dövlətin mövqeyindən belə sərt və kəskin olur.
BAKI, 21 dekabr — Sputnik. Rusiyada foto və video əsasında yol hərəkət qaydalarını pozan şəxsləri müəyyən etməyə imkan verən xüsusi tətbiq yaradılacaq. Vətəndaşlar tətbiq vasitəsilə dayanma və durma qayda pozuntusuna görə, həmçinin park ödənişini həyata keçirməməyə görə şikayətlərini göndərə biləcəklər. Cərimələr protokol tərtib olunmadan yazılacaq. 2022-ci il iyunun 1-dək qanunvericiliyə lazımi dəyişikliklər edilməlidir. Ekspertlər isə hökumətin ən qısa zamanda ölkə qanunvericiliyinə dəyişiklik edəcəyi qənaətindədir. Görünən budur ki, qonşu ölkədə bu tətbiq ən qısa zamanda istifadəçilərin ixtiyarına veriləcək.
Bəs bu təcrübə Azərbaycanda tətbiq oluna bilərmi? Sputnik Azərbaycan məsələ ilə bağlı nəqliyyat üzrə ekspert, "Avtosfer" saytının rəhbəri Elməddin Muradlı, həmçinin səlahiyyətli qurumlar - Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayevlə həmsöhbət olub.
Nəqliyyat üzrə ekspert qeyd edib ki, Azərbaycanda da yol polisi bənzər təcrübəni tətbiq edir:
© Sputnik / Murad OrujovТранспортный эксперт Эльмаддин Мурадлы
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Транспортный эксперт Эльмаддин Мурадлы

"Lakin qurum bunu vətəndaş müraciətləri əsasında edir. Belə ki, vətəndaşlar aşkarladıqları qayda pozuntusuna dair foto və video görüntüləri Dövlət Yol Polisi İdarəsinin saytı vasitəsilə göndərə bilərlər. Araşdırmalar həyata keçirildikdən və bu fakt öz təsdiqini tapandan sonra həmin qayda pozucularına qarşı cərimə tətbiq olunur. Çox təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti buna birmənalı baxmayıb. Əksər vətəndaşlar idarəyə müraciət göndərən şəxslərlə bağlı sosial şəbəkələrdə kampaniya başladaraq onları "işverən", "satqın" adlandırmağa başladılar".

Cəmiyyətimiz hələ bu cür hallara hazır deyil
Elməddin Muradlı vurğulayıb ki, Avropada və dünyanın müxtəlif ölkələrində bu məsələ ilə bağlı vətəndaşların mövqeyi bəzən dövlətin mövqeyindən belə sərt və kəskin olur:

"Vətəndaş müraciətləri o qədər ciddi şəkildə qəbul olunur ki, hətta qonşu-qonşudan ehtiyat edərək məhəllədə belə qaydanı pozmur. Yəni o düzgün park etməsə və qonşu şikayət etsə, ona cərimə gələcək. Bu bir növ insanlar arasında məsuliyyət formalaşdırır. Təəssüf ki, cəmiyyətimiz hələ bu cür hallara hazır deyil".

Ekspert qeyd edib ki, bir qrup vətəndaş var ki, onlar qayda pozuntularına dair video və foto görüntüləri, həm bizim saytımıza, həm də Dövlət Yol Polisi İdarəsinə göndərirlər:
"Biz bu mövzuda onlarla foto və videomaterial alırıq. Yəqin ki, bundan daha artıq sayda görüntü yol polisinə göndərilir. Bunun əsasında qayda pozanlar məsuliyyətə cəlb olunur. Düşünürəm ki, belə bir xüsusi tətbiqin yaradılmasının zərəri olmaz ki, xeyri olar".
Hər bir hala dərhal reaksiya veririk və həmin məsələ dərhal nəzarətə götürülür
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev isə qeyd edib ki, Azərbaycanda qayda pozuntularını qeydə almaq üçün xüsusi bir tətbiq olmadığını qeyd edib:

"Hazırda belə bir tətbiq yoxdur, lakin gələcəkdə tətbiqin yaradıla biləcəyini də istisna etmirəm. Sosial şəbəkələrdə, saytllarda yayılan görüntülər, həmçinin elektron poçtumuza göndərilən materiallarda qayda pozuntusunu sübut edən faktlar varsa, biz qurum olaraq bu sübutlar əsasında qayda pozan şəxsləri məsuliyyətə cəlb edirik. Bu cür hallarla bağlı ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Qurum olaraq biz hər bir hala dərhal reaksiya verir və həmin məsələni nəzarətə götürürük. Ola bilməz ki, hər hansı bir qayda pozuntusunu əks etdirən foto və ya videogörüntü olsun və yol polisi ona reaksiya verməsin".

İlk növbədə hüquqi əsas yaradılmalıdır
© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev isə bildirib ki, bu kimi məsələlərin olması üçün ilk növbədə hüququ əsas yaradılmalıdır:
"Mövcud qanunvericilik vətəndaşların təqdim etdiyi foto və ya videolar əsasında şəxs barəsində cərimə sanksiyası tətbiq edilməsinə imkan vermir".
Həmçinin oxuyun:
Bakıda minlərlə adam yolu keçmək üçün 5 aydır xaricdən cavab gözləyir
Turizm reyestrində məlumatlarınız düz olmazsa...
Azərbaycanda qumar oyunları: Cəriməsi həzzindən betər
Xəbər lenti
0