Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gənc Tamaşaçılar Teatrının aktyoru qəfil dünyasını dəyişdi - VİDEO

© Sputnik / Murad OrujovGənc Tamaşaçılar teatrı
Gənc Tamaşaçılar teatrı - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Teatrdan verilən məlumata görə, aktyor ötən gecə qəfil dünyasını dəyişib.
BAKI, 21 dekabr — Sputnik. Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Elşən Çarhanlı vəfat edib. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aktyor ötən gecə qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Elşən Çarhanlı 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb.
O, 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. E.Çarhanlı 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru idi.

Həmçinin oxuyun:

Azərbaycanlı aktyor, film rejissoru vəfat edib
Həyatı da, ölümü də dillərdə dolaşdı - unudulmaz Gülşən Qurbanova
Mariaçi kralı vəfat etdi
Xəbər lenti
0