Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı aktyor, film rejissoru vəfat edib

© Sputnik / Murad OrujovQərənfillər
Qərənfillər - Sputnik Azərbaycan, 1920, 18.12.2021
Abunə olmaq
Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru bir neçə televiziya filminin ssenari müəllifi və quruluşçu rejissoru olub.
BAKI, 18 dekabr - Sputnik. Aktyor, teatr rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat verib.
O bildirib ki, aktyor bu gün günorta saatlarında vəfat edib.
Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə Naxçıvanda anadan olub. 1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb. O, həmçinin C. Məmmədquluzadənin hekayələri və “Ər” pyesi əsasında hazırlanan “Pirverdinin xoruzu” , “Göz ağrısı” və “Eşq bəlası” bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub.
Allah rəhmət eləsin!
Xəbər lenti
0