https://sputnik.az/20211212/mariaci-krali-vefat-etdi-437193623.html
Mariaçi kralı vəfat etdi
Mariaçi kralı vəfat etdi
Sputnik Azərbaycan
Yarım əsrlik karyerası ərzində "mariaçı kralı" adlandırılan Çente dörd "Qremmi", 16 Latın Amerikası "Qremmi"si qazanıb, 30-dan çox filmə çəkilib. 12.12.2021, Sputnik Azərbaycan
2021-12-12T22:32+0400
2021-12-12T22:32+0400
2021-12-12T22:33+0400
dünya xəbərləri
vəfat
meksika
ifaçı
https://cdnn1.img.sputnik.az/img/41650/70/416507098_0:0:3030:1705_1920x0_80_0_0_4b66b3670f51cf26ba40e596409eb7c7.jpg
BAKI, 12 dekabr - Sputnik. Meksika xalq mahnısı rançeranın ən məşhur ifaçılarından olan Visente "Çente" Fernandes 81 yaşında vəfat edib."Hüzur içində uyuyun, senyor Visente Fernandes. Böyük kədərlə bildiririk ki, o, bazar günü, dekabrın 12-si səhər 6.15-də vəfat etdi. Hər kəslə musiqi karyeranı bölüşmək, hər şeyi dinləyicilərə çatdırmaq böyük şərəf və qürur idi. Alqışlarınıza, oxumağa davam etdiyinizə görə təşəkkürlər", - artistin Instagram-dakı bloqunda yazılıb. Xaliskoda doğulan Çente ilk hitlərini 1966-cı ildə yaradıb. Fernandesin ən məşhur albomları "El ídolo de México", "El Rey", "El hijo del pueblo", "La ley del monte" və "To Remember" olub.Yarım əsrlik karyerası ərzində "mariaçı kralı" adlandırılan Çente dörd "Qremmi", 16 Latın Amerikası "Qremmi"si qazanıb, 30-dan çox filmə çəkilib. Ölkə prezidenti Andres Manuel Lopes Obrado, Senatın spikeri, federal nazirlər və paytaxt rəhbəri artistin ölümü ilə bağlı başsağlığı veriblər.Visente Fernandeslə vida paytaxtdakı İncəsənət Sarayyında təşkil olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41650/70/416507098_284:0:3015:2048_1920x0_80_0_0_fe951e16aaa1e77173ce1d8b90fb775a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vəfat, meksika, ifaçı
Mariaçi kralı vəfat etdi
22:32 12.12.2021 (Yenilənib: 22:33 12.12.2021) Yarım əsrlik karyerası ərzində "mariaçı kralı" adlandırılan Çente dörd "Qremmi", 16 Latın Amerikası "Qremmi"si qazanıb, 30-dan çox filmə çəkilib.
BAKI, 12 dekabr - Sputnik. Meksika xalq mahnısı rançeranın ən məşhur ifaçılarından olan Visente "Çente" Fernandes 81 yaşında vəfat edib.
"Hüzur içində uyuyun, senyor Visente Fernandes. Böyük kədərlə bildiririk ki, o, bazar günü, dekabrın 12-si səhər 6.15-də vəfat etdi. Hər kəslə musiqi karyeranı bölüşmək, hər şeyi dinləyicilərə çatdırmaq böyük şərəf və qürur idi. Alqışlarınıza, oxumağa davam etdiyinizə görə təşəkkürlər", - artistin Instagram-dakı bloqunda yazılıb.
Xaliskoda doğulan Çente ilk hitlərini 1966-cı ildə yaradıb. Fernandesin ən məşhur albomları "El ídolo de México", "El Rey", "El hijo del pueblo", "La ley del monte" və "To Remember" olub.
Yarım əsrlik karyerası ərzində "mariaçı kralı" adlandırılan Çente dörd "Qremmi", 16 Latın Amerikası "Qremmi"si qazanıb, 30-dan çox filmə çəkilib.
Ölkə prezidenti Andres Manuel Lopes Obrado, Senatın spikeri, federal nazirlər və paytaxt rəhbəri artistin ölümü ilə bağlı başsağlığı veriblər.
Visente Fernandeslə vida paytaxtdakı İncəsənət Sarayyında təşkil olunacaq.