https://sputnik.az/20211219/vuqar-hesimov-memoriali-2021-uc-turdan-sonra-yarisa-fabiano-karuana-liderlik-edir-437393427.html
“Vüqar Həşimov memorialı-2021”: Üç turdan sonra yarışa Fabiano Karuana liderlik edir
“Vüqar Həşimov memorialı-2021”: Üç turdan sonra yarışa Fabiano Karuana liderlik edir
Sputnik Azərbaycan
Qələbə sayları eyni olan Ş.Məmmədyarov V.Əsədli ilə, D.Navara isə S.Karyakin ilə armagedonda üz-üzə gəliblər. Ş.Məmmədyarov və S.Karyakin görüşdən qalib... 19.12.2021, Sputnik Azərbaycan
2021-12-19T21:45+0400
2021-12-19T21:45+0400
2021-12-19T21:51+0400
idman
şahmat
vüqar həşimov memorialı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373117_0:160:3072:1888_1920x0_80_0_0_872fdbda49b706e158d47052ad2f360a.jpg
BAKI, 19 dekabr - Sputnik. Dekabrın 19-da Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə ikinci yarış gününə yekun vurulub.Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, rapid yarışlarında ikinci və üçüncü turun oyunları keçirilib.İkinci turun birinci oyununda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Vüqar Əsədli üz-üzə gəliblər. Partiya Ş.Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Rauf Məmmədov ABŞ şahmatçısı Fabiano Karuanaya məğlub olub. Riçard Rapport (Macarıstan) sabiq dünya çempionu hindistanlı Vişvanatan Ananda, Çexiya təmsilçisi David Navara isə rusiyalı Sergey Karyakinə qalib gəliblər.Turun ikinci oyununda V.Əsədli Ş.Məmmədyarovu, F.Karuana R.Məmmədovu, S.Karyakin isə D.Navaranı məğlub ediblər. V.Anand isə R.Rapportla xalı yarı bölüb.Qələbə sayları eyni olan Ş.Məmmədyarov V.Əsədli ilə, D.Navara isə S.Karyakin ilə armagedonda üz-üzə gəliblər. Ş.Məmmədyarov və S.Karyakin görüşdən qalib ayrılıblar.Üçüncü turun ilk oyununda Ş.Məmmədyarov S.Karyakinə, V.Anand D.Navaraya, R.Rapport isə F.Karuanaya uduzublar. V.Əsədli isə R.Məmmədovla heç-heçə edib.Cavab oyunlarında S.Karyakin Ş.Məmmədyarovdan, R.Məmmədov V.Əsədlidən, R.Rapport isə F.Karuanadan üstün olublar. D.Navara və V.Anand xalı yarı bölüblər. Armagedonda R.Rapportu məğlub edən F.Karuana 2 xal qazanıb.Üç turdan sonra F.Karuana 8 xalla turnir cədvəlində birinci, R.Rapport isə 7 xalla ikinci pillədə qərarlaşıblar. Hesabında 5 xal olan R.Məmmədov, Ş.Məmmədyarov və S.Karyakin 3-5-ci yeri bölüşürlər. D.Navara 4 xalla altıncı, V.Anand və V.Əsədli isə 1 xalla 7-8-ci pillədə yer alıblar.Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir.Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda şahmatçılar rapid və blits turnirlərində yarışırlar. Dekabrın 21-dək davam edəcək rapid yarışları 7 turdan ibarət olacaq. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.Həmçinin oxuyun:Vüqar Həşimovun xatirə turnirinə hansı şahmatçılar uğurla başlayıblar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373117_171:0:2902:2048_1920x0_80_0_0_e95ac8e48bd1e5a4adb024d88f0d4405.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmat, vüqar həşimov memorialı
şahmat, vüqar həşimov memorialı
“Vüqar Həşimov memorialı-2021”: Üç turdan sonra yarışa Fabiano Karuana liderlik edir
21:45 19.12.2021 (Yenilənib: 21:51 19.12.2021) Qələbə sayları eyni olan Ş.Məmmədyarov V.Əsədli ilə, D.Navara isə S.Karyakin ilə armagedonda üz-üzə gəliblər. Ş.Məmmədyarov və S.Karyakin görüşdən qalib ayrılıblar.
BAKI, 19 dekabr - Sputnik. Dekabrın 19-da Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə ikinci yarış gününə yekun vurulub.Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, rapid yarışlarında ikinci və üçüncü turun oyunları keçirilib.
İkinci turun birinci oyununda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Vüqar Əsədli üz-üzə gəliblər. Partiya Ş.Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Rauf Məmmədov ABŞ şahmatçısı Fabiano Karuanaya məğlub olub. Riçard Rapport (Macarıstan) sabiq dünya çempionu hindistanlı Vişvanatan Ananda, Çexiya təmsilçisi David Navara isə rusiyalı Sergey Karyakinə qalib gəliblər.
Turun ikinci oyununda V.Əsədli Ş.Məmmədyarovu, F.Karuana R.Məmmədovu, S.Karyakin isə D.Navaranı məğlub ediblər. V.Anand isə R.Rapportla xalı yarı bölüb.
Qələbə sayları eyni olan Ş.Məmmədyarov V.Əsədli ilə, D.Navara isə S.Karyakin ilə armagedonda üz-üzə gəliblər. Ş.Məmmədyarov və S.Karyakin görüşdən qalib ayrılıblar.
Üçüncü turun ilk oyununda Ş.Məmmədyarov S.Karyakinə, V.Anand D.Navaraya, R.Rapport isə F.Karuanaya uduzublar. V.Əsədli isə R.Məmmədovla heç-heçə edib.
Cavab oyunlarında S.Karyakin Ş.Məmmədyarovdan, R.Məmmədov V.Əsədlidən, R.Rapport isə F.Karuanadan üstün olublar. D.Navara və V.Anand xalı yarı bölüblər. Armagedonda R.Rapportu məğlub edən F.Karuana 2 xal qazanıb.
Üç turdan sonra F.Karuana 8 xalla turnir cədvəlində birinci, R.Rapport isə 7 xalla ikinci pillədə qərarlaşıblar. Hesabında 5 xal olan R.Məmmədov, Ş.Məmmədyarov və S.Karyakin 3-5-ci yeri bölüşürlər. D.Navara 4 xalla altıncı, V.Anand və V.Əsədli isə 1 xalla 7-8-ci pillədə yer alıblar.
Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda şahmatçılar rapid və blits turnirlərində yarışırlar. Dekabrın 21-dək davam edəcək rapid yarışları 7 turdan ibarət olacaq. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.