Vüqar Həşimovun xatirə turnirinə hansı şahmatçılar uğurla başlayıblar
Şənbə günü, dekabrın 18-də Bakıdakı "Fairmont" hotelində Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi şahmat yarışına start verilib. Bu dəfə şahmatçılar rapid və blits üzrə yarışırlar.

Reqlamentə görə, şahmatçılar bir-biri ilə rapid üzrə iki partiya oynayır, nəticə heç-heçə olarsa, onların arasında "Armageddon" partiyası da oynanılır ki, bu zaman qara fiqurlarla yarışan şahmatçıya dörd dəqiqə, ağlarla oynayan şahmatçıya isə beş dəqiqə vaxt verilir. Ancaq qaralara qalib gəlmək üçün heç-heçə də kifayət edir.

Əsas vaxtda qələbəyə görə şahmatçılar üç xal alır, "Armageddon"da uğur qazanan iştirakçıya isə iki xal, uduzana bir xal verilir.

Birinci turda Azərbaycan şahmatçıları arasında Şəhriyar Məmmədyarov David Navaraya (Çexiya) 1,5:0,5 hesabı ilə qalib gələrək ən yaxşı nəticə göstərib.

Daha bir azərbaycanlı şahmatçı Rauf Məmmədov üçün keçmiş dünya çempionu Vişvanatan Anandla görüş heç də asan keçməyib.

İlk oyunda o, qara fiqurlarla uduzsa da, ağ fiqurlarla cavab oyununda bunun əvəzini çıxa bilib. Qara fiqurlarla keçirilən "Armageddon" oyununda isə 2:1 hesabı ilə qalib gələrək, qələbə qazanıb.

Digər azərbaycanlı şahmatçı Vüqar Əsədli isə güclü rəqibi, amerikalı Fabiano Karuana 0,5: 1,5 hesabı ilə uduzub.

Başqa bir qarşılaşmada rusiyalı Sergey Karyakin Rixard Rapporta (Macarıstan) iki dəfə uduzub.

Beləliklə, ilk turdan sonra Şəhriyar Məmmədyarov, Fabiano Karuana və Rixard Rapport hərəyə üç xalla liderdirlər. İki xalı olan Rauf Məmmədov dördüncü, Vişi Anand isə bir xalla beşinci yerdədir.

Xal toplaya bilməyən qalan şahmatçılar - Vüqar Əsədli, David Navara və Sergey Karyakin 6-8-ci yerləri bölüşürdürürlər.

Qeyd edək ki, ötən şənbə günü turnirin açılış mərasimi keçirilib və tədbirdən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qeyd edib ki, koronavirus pandemiyası fonunda Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarışın keçirilməsi çox mühüm hadisədədir. Elə bu məqsədlə də turnir klassik deyil, rapid və blits formatında təşkil olunub.

Bundan başqa, federasiya rəhbəri qeyd edib ki, turnirin təşkilatçıları hazırkı dünya çempionu Maqnus Karlseni yarışa dəvət etmək barədə düşünsələr də, onun rusiyalı şahmatçı Yan Nepomniyaşi ilə görüşünün ötən gün başa çatdığını nəzərə alaraq, bunu etik cəhətdən düzgün addım hesab etməyiblər.

Məmmədov onu da vurğulayıb ki, gələn il baş tutacaq Vüqar Həşimovun xatirsəsinə həsr olunmuş sayca 8-ci turnirə Karlsen də dəvət olunacaq.