Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sona Əzizova final günü Parisdə nə ilə yadda qalacaq - VİDEO

© Photo : Courtesy of Sona AzizovaAzərbaycanın "Uşaq Avroviziyası"ndakı təmsilçisi Sona Əzizova
Azərbaycanın Uşaq Avroviziyasındakı təmsilçisi Sona Əzizova - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Parisdəki "La Seine Musicale" kompleksinin səhnəsində ilk məşqinə çıxan Sona uzun, bəyaz don geyinib.
BAKI, 19 dekabr - Sputnik. Bazar günü, dekabrın 19-u "Uşaq Avroviziyası"nın final mərhələsi keçiriləcək. Sayca 19-cu müsabiqədə 19 ölkənin nümayəndəsi iştirak edir.
Azərbaycanı təmsil edən Sona Əzizova finalda 14-cü çıxış edəcək. Onun "One Of Those Days" mahnısı pop ballada janrında iki dildə - Azərbaycan və ingilis dillərində yazılıb. Mahnının müəllifləri Mariya Broberq, Fransisko Fariey, Martin Viyk, Hampus Evreniusdur.
Mahnının Azərbaycan versiyasını Cavid Şahbazbəyov və Sona Əzizova hazırlayıblar.
Parisdəki "La Seine Musicale" kompleksinin səhnəsində ilk məşqinə çıxan Sona uzun, bəyaz don geyinib.
Azərbaycan bu musiqi yarışında üç dəfə iştirak edib - Ömər Sultanov və Suada Ələkbərova 2012-ci ildə çıxış edərək 11-ci yeri tutublar. 2013-cü ildə Rüstəm Kərimov yeddinci, 2016-cı ildə çıxış edən Fidan Hüseynova 16-cı yeri tutub.
Eləcə də oxuyun:
* İsraili Avroviziyada Azərbaycan əsilli müğənni təmsil edəcək? – Səfir
* Gələn il "Eurovision" bu şəhərdə keçiriləcək
* Samirə Əfəndi ölkəni və profilini dəyişir: Türkiyədə parlamaq istəyir
Xəbər lenti
0