Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İsraili Avroviziyada Azərbaycan əsilli müğənni təmsil edəcək? – Səfir

© Photo : Instagram / kamakamilamusicKama Kamilla
Kama Kamilla - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
İsrail səfiri yazıb ki, Kama Kamilla açılış çıxışında münsifləri Azərbaycana göstərdiyi sayğı ilə heyrətləndirdi.
BAKI, 1 noyabr — Sputnik. Azərbaycan əsilli israilli müğənnisi “X Factor Israel” musiqi yarışmasında qalib gələrsə, Avroviziya-2022-də İsraili təmsil edə bilər.
Sputnik Azərbaycan xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün "Twitter" səhifəsində Azərbaycan əsilli İsrail müğənnisi Kama Kamillanın iştirak etdiyi müsabiqədə münsifləri heyrətləndirdiyini qeyd edib.

"Kama Kamilla açılış çıxışında münsifləri Azərbaycana göstərdiyi sayğı ilə heyrətləndirdi", - səfir yazıb.

Əslən azərbaycanlı müğənni Kama Kamila İsraildə yayımlanan “X Factor Israel” musiqi yarışmasında qeyri-adi ifası ilə münsiflər heyətini yaxşı mənada təəccübləndirib.
İllər əvvəl İsrailə köçən əslən azərbaycanlı müğənni yarışmada Azərbaycan, ingilis və ivrit dillərində ifa edib.
Qeyd edək ki, “X Factor Israel” musiqi yarışmasının qalibi İsraili 2022-ci ildə Avroviziyada təmsil edəcək.
Qeyd edək ki, 2022 Avroviziya mahnı müsabiqəsi — sayca 66-cı Avroviziya mahnı müsabiqəsidir. 2021 Avroviziya mahnı müsabiqəsində İtaliyanı təmsil edən Maneskin qrupunun ifa etdiyi "Zitti e Buoni" mahnısı 524 xal toplayaraq 1-ci yerə layiq görüldü.
Qələbə qazanmasının ardınca italyanlar 30 ildən sonra yenidən müsabiqəyə ev sahibliyi etmək hüququna malik oldular. Bu,1965 və 1991-ci illərdən sonra İtaliyada keçiriləcək 3-cü Avroviziya mahnı müsabiqəsi olacaq. Müsabiqə bu il Turin şəhərində keçiriləcək.
Xəbər lenti
0