Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Samirə Əfəndi ölkəni və profilini dəyişir: Türkiyədə parlamaq istəyir

© AFP 2021 / KENZO TRIBOUILLARDПевица Самира Эфенди (Азербайджан) во время выступления в финале конкурса Евровидение, который проходит в Роттердаме
Певица Самира Эфенди (Азербайджан) во время выступления в финале конкурса Евровидение, который проходит в Роттердаме - Sputnik Azərbaycan, 1920, 20.09.2021
"Mtv Azərbaycan" kanalında yayımlanan "10-da görüşək" verilişində qonaq olan məşhur bildirib ki, onun məqsədi aktrisa olmaqdır. Bunun üçün o, Türkiyədə agentliklərə müraciət edəcək.
BAKI, 20 sentyabr — Sputnik. Son dövrlər xarici ölkələrə köçən müğənnilərin sırasına "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Samirə Əfəndi də qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, o, İstanbula köçəcəyini söyləyib: "Mənim ailəmlə birlikdə çoxdan Türkiyəyə köçmək planım var. Bizim orada evimiz, hər bir şəraitimiz var. Ona görə də ailəmiz ora köçür".
"Mtv Azərbaycan" kanalında yayımlanan "10-da görüşək" verilişində qonaq olan məşhur bildirib ki, onun məqsədi aktrisa olmaqdır. Bunun üçün o, Türkiyədə agentliklərə müraciət edəcək: "Orada məni özləri istəyir. Biri var gedib özün harasa müraciət edəsən, biri də var sənə hər şey edirlər. Deyirlər ki, ayağına hər şeyi səririk. Bütün radio proqramlar, kimlə istəsən duet, verilişlər olacaq. Məqsədim isə aktrisa olmaqdır. Orada agentliklərə müraciət edəcəm".
Müğənni Samirə Əfəndi görünüşündə dəyişiklik edib. Sənətçi saçlarını qısa kəsdirib, onları saraldıb. İfaçı depressiyada olduğu üçün belə addım atması xəbərlərinə son qoyub. Samirə "Qadınlar saç kəsəndə sevgilisindən ayrılıb, depressiyaya düşüb deyirlər. Depressiyadasan?" sualına "Onun üçün bu addımı atmağım çox olar. Depressiyada deyiləm, dəyişikliyi sevirəm" cavabını verib.
Əfəndi "Avroviziya" müsabiqəsində ona sevgi etirafı edən Norveç təmsilçisi "TİX"la (Andres Haukeland) olan münasibətlərinə toxunub:
"Ona Azərbaycanla bağlı o qədər danışmışam ki, bura gəlmək istəyir. Amma bilmirəm, o, gələndə mən Bakıda, yoxsa İstanbulda olacağam. Düşünürəm ki, onunla İstanbulda görüşəcəyik".
Müğənni iddialı açıqlama verib. O bildirib ki, toy yiyələri onu yox, o, toy yiyəsini seçir: "Bizdə belə olur ki, toy yiyəsi müğənnini seçir. Məndə isə belə deyil, mən və mənim komandam toyu seçir. Harada ki, mən özümü rahat hiss edəcəm, mənim mahnılarımı anlayacaqlar, o toya gedirəm".
Qeyd edək ki, Samira Əfəndi "Yeni Ulduz", "Böyük Səhnə" və "Səs Azərbaycan" mahnı müsabiqələrində iştirak edib.
2017-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Silk Way Star" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edib və üçüncü yerə layiq görülüb. Samirə Əfəndi 2019-cu ildə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən "Nur-Sultanın səsi" festivalının da iştirakçısı olub.
Azərbaycanı "Eurovision 2021"-in finalında "Mata Hari" mahnısı ilə təmsil edən Samira Əfəndi 65 xal toplayıb və 20-ci yerdə qərarlaşıb.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала