https://sputnik.az/20211219/rusiya-xin-avropa-tamamile-nato-dan-asilidir-437392601.html
Rusiya xin: Avropa tamamilə NATO-dan asılıdır
Rusiya xin: Avropa tamamilə NATO-dan asılıdır
Sputnik Azərbaycan
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasını rədd edib.
2021-12-19T20:29+0400
2021-12-19T20:29+0400
2021-12-19T21:51+0400
rusiya
bəyanat
təhlükəsizlik
rusiya xin
ai
https://cdnn1.img.sputnik.az/img/41318/09/413180931_0:0:3077:1731_1920x0_80_0_0_82d793793b7de97137f5c7358999febb.jpg
BAKI, 19 dekabr - Sputnik. Avropa İttifaqının təhlükəsizliklə bağlı məsələlərin artıq mövcud olan formatlarda müzakirəsinə hazır olması barədə bəyanat ondan xəbər verir ki, Avropa hərbi təhlükəsizlik sahəsində tamamilə NATO-nun nəzarəti altındadır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.Bir qədər əvvəl Aİ xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib ki, Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifinə cavab olaraq qurum Avropada təhlükəsizlik məsələlərinin artıq mövcud olan formatlarda, o cümlədən Rusiya-NATO Şurası və ATƏT çərçivəsində müzakirəsinə hazırdır."Bu bəyanatlar yalnız o mənanı kəsb edir ki, Avropa hərbi təhlükəsizlik sahəsində tamamilə NATO-nun nəzarəti altındadır. Hazırda müstəqil hərbi-siyasi rol oynamaq, ABŞ-dan asılı olmamaq ambisiyaları təcrübədə təsdiqini tapmır", - deyə Qruşko jurnalistlərə bildirib.Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasını rədd edib."Böyük dövlətlərə öz qonşularına nəzarət etmək imkanı verən təsir zonalarını yenidən müzakirə edəcəyimiz növbəti konfransın keçirilməsi ideyası bizim üçün geriyə addım olardı və bu tamamilə yanlış istiqamətdir", - deyə agentlik Stoltenberqin "Journal de Dimanche"-yə verdiyi müsahibəsindən sitat gətirir.NATO-nun baş katibi bunun əvəzinə Moskva ilə etimadın möhkəmləndirilməsi, silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması məsələlərini müzakirə etməyin tərəfdarı olduğunu bildirib.Həmçinin oxuyun:Hipersəs sahəsində Rusiyadan geriliyi ABŞ-a 3 milyard dollar ziyan vurubZəncirini qıranlar: amerikalılar bizimlə müharibə istəyirlərmiAğ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41318/09/413180931_205:0:2936:2048_1920x0_80_0_0_978aeae6559604cec8bba2a6b748d683.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin: avropa tamamilə nato-dan asılıdır
rusiya xin: avropa tamamilə nato-dan asılıdır
Rusiya xin: Avropa tamamilə NATO-dan asılıdır
20:29 19.12.2021 (Yenilənib: 21:51 19.12.2021) NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasını rədd edib.
BAKI, 19 dekabr - Sputnik. Avropa İttifaqının təhlükəsizliklə bağlı məsələlərin artıq mövcud olan formatlarda müzakirəsinə hazır olması barədə bəyanat ondan xəbər verir ki, Avropa hərbi təhlükəsizlik sahəsində tamamilə NATO-nun nəzarəti altındadır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini
Aleksandr Qruşko deyib.
Bir qədər əvvəl Aİ xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib ki, Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifinə cavab olaraq qurum Avropada təhlükəsizlik məsələlərinin artıq mövcud olan formatlarda, o cümlədən Rusiya-NATO Şurası və ATƏT çərçivəsində müzakirəsinə hazırdır.
"Bu bəyanatlar yalnız o mənanı kəsb edir ki, Avropa hərbi təhlükəsizlik sahəsində tamamilə NATO-nun nəzarəti altındadır. Hazırda müstəqil hərbi-siyasi rol oynamaq, ABŞ-dan asılı olmamaq ambisiyaları təcrübədə təsdiqini tapmır", - deyə Qruşko jurnalistlərə bildirib.
Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasını rədd edib.
"Böyük dövlətlərə öz qonşularına nəzarət etmək imkanı verən təsir zonalarını yenidən müzakirə edəcəyimiz növbəti konfransın keçirilməsi ideyası bizim üçün geriyə addım olardı və bu tamamilə yanlış istiqamətdir", - deyə agentlik Stoltenberqin "Journal de Dimanche"-yə verdiyi müsahibəsindən sitat gətirir.
NATO-nun baş katibi bunun əvəzinə Moskva ilə etimadın möhkəmləndirilməsi, silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması məsələlərini müzakirə etməyin tərəfdarı olduğunu bildirib.