https://sputnik.az/20211217/hiperses-sahesinde-rusiyadan-geriliyi-abs-a-3-milyard-dollar-ziyan-vurub-437324478.html
Hipersəs sahəsində Rusiyadan geriliyi ABŞ-a 3 milyard dollar ziyan vurub
Hipersəs sahəsində Rusiyadan geriliyi ABŞ-a 3 milyard dollar ziyan vurub
Sputnik Azərbaycan
ABŞ dünya liderliyini itirir, bu, yüksək texnologiyalı silahların hazırlanmasında özünü daha qabarıq şəkildə göstərir.
2021-12-17T14:45+0400
2021-12-17T14:45+0400
2021-12-17T14:45+0400
abş
təhlil
rusiya
moskva
çin
nato
kamçatka
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427621525_0:0:1440:810_1920x0_80_0_0_a8b5f8259837150a18f6334756a7299d.jpg
Hipersəsli proqramların uğursuzluğu Pentaqonu narahat edir – "Big Stick diplomacy" və "böyük dəyənək" strategiyası keçmişə gedir. Vaşinqton Moskva və Pekinə yetişməli olur.ABŞ-ın hərbi büdcəsi 778 milyard dollara çatıb. Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinə hipersəsli raketinin yaradılması üçün müqavilənin məbləğini 3 milyard dollara qədər artırıb. Amerikalılar səkkiz fərqli proqram üzrə hipersəsli hücum edirlər və 2022-ci maliyyə ilində daha 3,8 milyard dollar xərcləmək niyyətindədirlər. Xərclər Avropa Müdafiə təşəbbüsü ilə müqayisə olunur (4 milyard dollar).Pentaqonun hesablamalarına görə, 2700 km-dən çox məsafəyə malik dəniz bazalı hipersəsli raketin hazırlanması beş il ərzində, 2024-cü ilin yazına qədər "seçilmiş və kritik hədəfləri" vurmaq, "cəmi bir saat ərzində dünyanın istənilən nöqtəsində" zərbələr endirmək qabiliyyətinin nümayişi ilə başa çatdırılmalıdır. Reallıq ondan ibrətdir ki, amerikalılar hələ başlanğıc sürətlənmə probleminin öhdəsindən gəlməyiblər, hipersəsli sürətlə idarə olunan uçuş isə daha böyük texnoloji problemdir.ABŞ-da "AGM-183A" (ARRW) hava bazalı hipersəsli raketin hazırlanmasının 2022-ci ilin payızında başa çatdırılması (istifadəyə verilməsi) planlaşdırılıb, ancaq sınaq prototipləri heç bir pul müqabilində sürətləndirilmir. "AGM-183A"nın uçuş sınaqları 2021-ci ilin iyul və aprel aylarında uğursuz olub.Pentaqonun quru qoşunları 3000 km məsafəyə qədər olan "LRHW" (Long Range Hypersonic Weapon) uzaq məsafəli mobil hipersəs sistemi "2023-cü ildən tez olmayan müddətdə" əldə etməyi planlaşdırırlar, ancaq hələ də çoxpilləli sürətləndiricilərin sınaqları olduqca inandırıcı deyil.ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi sentyabr ayında "HAWC" (Hypersonic Air-breathing Weapon Concept) raket prototipinin uğurla sınaqdan keçirilməsi haqqında son dərəcə qısa məlumat paylaşıb - aparatın hipersəs həddini harada, nə vaxt keçdiyi və 5 Max sürətinə çatdığı məlum deyil. Mütəxəssislər nəticəni şübhə ilə qiymətləndiriblər.Plazma temperaturuABŞ hipersəs layihələrinin həyata keçirilməsi material və istiliklə bağlı olanlar da daxil olmaqla əhəmiyyətli texnoloji və mühəndis-texniki problemləri ilə müşayiət olunur. Hipersəs sürətlərinə qədər sürətləndikdən sonra atmosferdə antena və sensorlardan danışmadan, korpusu yandıra bilən yüksək temperaturlu plazma buludunda manevrli uçuş başlayır. Bu halda, bort elektronikası kursun və manevrin hesablanmasını davamlı şəkildə təmin etməlidir. Burada materialşünaslığın, mühərrik istehsalının, elektronikanın və aerodinamikanın inkişafı üçün geniş yer var.Məsələn, ABŞ-ın "X-43A" hipersəsli raketin Alyaskada sınaqları zamanı təxminən 6500 km/saat sürətlə yeddi saniyəlik uçuşdan sonra qurğu atmosferdə yanıb. Rus "Zirkon"ları isə yanmır.Pentaqon üçün vəziyyətin dramatizmi ondan ibarətdir ki, daha az büdcə xərcləri olan Rusiya hipersəsli raketləri 2016-cı ildən etibarən uğurla uçur, "Zirkon"lar seriyalı istehsal olunur. Rusiyanın "Avangard" hipersəsli raketi 28 Max, "Xəncər"lər və "Zirkon"lar 10 Maxa qədər sürətlənir (Çinin "DF-17" orta məsafəli raketi kimi). Rusiyanın Aerokosmik Qüvvələri 2022-ci ildə hipersəsli silahın perspektivli nümunələrini döyüş vəziyyətinə gətirəcəklər. Rusiya ABŞ-dan texnoloji fərqini artırır.Bunun fonunda ABŞ hipersəs proqramının qəribə xüsusiyyəti də nəzərə çarpır - planlı illüziya.Alabama ştatının Kortland şəhərində bu günə qədər heç bir sınaqdan keçməyən, hava bazalı hipersəsli raketləri hazırlayan "Lockheed Martin" zavodu yaranıb. Müəssisədə 2022-ci ilin sonuna qədər ABŞ Hərbi Hava Qüvvələri üçün 12 ədəd "AGM-183A ARRW" hipersəsli raketinin (mövcud olmayan) istehsalı planlaşdırılır.Bu arada, Rusiya hava hücumundan müdafiə döyüşü qüvvələri artıq ehtimal olunan düşmənin hipersəsli raketlərinin hücumlarına qarşı müdafiəni məşq edir - bu cür ilk təlimlər oktyabrın sonunda bir neçə regionda keçirilib. Həştərxan vilayətindəki Aşuluk poliqonunda yüksək sürətli hədəfləri təqlid edən hədəflər üzrə döyüş atəşləri yerinə yetirilib. Bunun üçün Rusiyanın "S-300", "S-350", "S-400", "S-500" hücumundan müdafiə zenit-raket sistemləri mövcuddur.Liderlərin yarışıRusiyanın hipersəsli "Avangard", "Zirkon" və "Xəncər"lər raketlərinin (bütün mövcud və perspektivli hava hücumundan və raketdən müdafiə sistemlərini, təyyarədaşıyan gəmi qruplarını yararsız hala salan) yaranmasından sonra şokdan çıxmamış ABŞ və NATO Çinin hipersəsli silahları üfüqdə peyda oldu.Pekin heç bir reklam çarxı yayımlamayıb, ancaq ABŞ mediasının məlumatına görə, o, "fizikanın məhdudiyyətlərini aşıb". Nüvə döyüş başlıqları daşıya bilən "Çançjen" Cənubi Çin dənizi üzərindəki atmosferdə son sınaqları zamanı Yer kürəsini dövrə vuran və hədəfdən bir qədər kənara çıxan hipersəsli raketi havaya buraxılıb. Təxminən 40 min kilometr məsafədə sınaq uçuşu üçün əla nəticədir.ABŞ kəşfiyyatında şərh edilib: "Onların bunu necə etdikləri barədə heç bir məlumat yoxdur". ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Çin raketlərinin ABŞ-ın raketdən müdafiə sistemini nüfuz etmə qabiliyyətindən danışıb. Pentaqonda bu cür texnologiyalardan necə müdafiə olunacağını bilmirlər və Pekinin yeni hərbi imkanlarından hədsiz narahatdırlar. Öz növbəsində ÇXR-nın ABŞ-dakı səfirliyinin nümayəndəsi Lyu Penyuy Pekinin hərbi siyasətinin "müdafiə xarakterli" olduğunu vurğulayıb.Bu yaxınlarda Rusiyanı dünya hipersəs yarışında birinci yerə çıxaran fantastik "Avangard" bloku qəbul edilib. İngiltərənin "The Telegraph" nəşri döyüş istifadəsi taktikasını təsvir edib: 2018-ci il dekabrın 26-da Uralda buraxılan daşıyıcı raket, kosmos məkanına çıxmadan, stratosferdə Sibir üzərindən təxminən 7000 km ziqzaq trayektoriyası boyunca planlaşdırılan döyüş başlığı zərbə kursuna çıxarılaraq Kamçatkadakı hədəfi dəqiq vurub.Burada vurğulamaq vacibdir ki, Rusiya və Çin planet qonşuları ilə hərbi qarşıdurma tamamilə maraqlı deyil, öz ərazilərini və müttəfiqlərini kollektiv Qərbin getdikcə daha da kəskin və düşüncəsiz təcavüzündən qorumaq üçün hipersəsli raketləri yaratmağa məcbur olublar. Moskva və Pekin yüksək texnologiyalı hərbi gücdən sui-istifadə etmir və heç kimə təhlükə yaratmır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427621525_95:0:1175:810_1920x0_80_0_0_817fce72086c908e4adfe92c9a3e5cb8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
abş-ın silahları zibildir və o, liderliyini itirir
abş-ın silahları zibildir və o, liderliyini itirir
Hipersəs sahəsində Rusiyadan geriliyi ABŞ-a 3 milyard dollar ziyan vurub
ABŞ dünya liderliyini itirir, bu, yüksək texnologiyalı silahların hazırlanmasında özünü daha qabarıq şəkildə göstərir.
Hipersəsli proqramların uğursuzluğu Pentaqonu narahat edir – "Big Stick diplomacy" və "böyük dəyənək" strategiyası keçmişə gedir. Vaşinqton Moskva və Pekinə yetişməli olur.
ABŞ-ın hərbi büdcəsi 778 milyard dollara çatıb. Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinə hipersəsli raketinin yaradılması üçün müqavilənin məbləğini 3 milyard dollara qədər artırıb. Amerikalılar səkkiz fərqli proqram üzrə hipersəsli hücum edirlər və 2022-ci maliyyə ilində daha 3,8 milyard dollar xərcləmək niyyətindədirlər. Xərclər Avropa Müdafiə təşəbbüsü ilə müqayisə olunur (4 milyard dollar).
Pentaqonun hesablamalarına görə, 2700 km-dən çox məsafəyə malik dəniz bazalı hipersəsli raketin hazırlanması beş il ərzində, 2024-cü ilin yazına qədər "seçilmiş və kritik hədəfləri" vurmaq, "cəmi bir saat ərzində dünyanın istənilən nöqtəsində" zərbələr endirmək qabiliyyətinin nümayişi ilə başa çatdırılmalıdır. Reallıq ondan ibrətdir ki, amerikalılar hələ başlanğıc sürətlənmə probleminin öhdəsindən gəlməyiblər, hipersəsli sürətlə idarə olunan uçuş isə daha böyük texnoloji problemdir.
ABŞ-da "AGM-183A" (ARRW) hava bazalı hipersəsli raketin hazırlanmasının 2022-ci ilin payızında başa çatdırılması (istifadəyə verilməsi) planlaşdırılıb, ancaq sınaq prototipləri heç bir pul müqabilində sürətləndirilmir. "AGM-183A"nın uçuş sınaqları 2021-ci ilin iyul və aprel aylarında uğursuz olub.
Pentaqonun quru qoşunları 3000 km məsafəyə qədər olan "LRHW" (Long Range Hypersonic Weapon) uzaq məsafəli mobil hipersəs sistemi "2023-cü ildən tez olmayan müddətdə" əldə etməyi planlaşdırırlar, ancaq hələ də çoxpilləli sürətləndiricilərin sınaqları olduqca inandırıcı deyil.
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi sentyabr ayında "HAWC" (Hypersonic Air-breathing Weapon Concept) raket prototipinin uğurla sınaqdan keçirilməsi haqqında son dərəcə qısa məlumat paylaşıb - aparatın hipersəs həddini harada, nə vaxt keçdiyi və 5 Max sürətinə çatdığı məlum deyil. Mütəxəssislər nəticəni şübhə ilə qiymətləndiriblər.
ABŞ hipersəs layihələrinin həyata keçirilməsi material və istiliklə bağlı olanlar da daxil olmaqla əhəmiyyətli texnoloji və mühəndis-texniki problemləri ilə müşayiət olunur. Hipersəs sürətlərinə qədər sürətləndikdən sonra atmosferdə antena və sensorlardan danışmadan, korpusu yandıra bilən yüksək temperaturlu plazma buludunda manevrli uçuş başlayır. Bu halda, bort elektronikası kursun və manevrin hesablanmasını davamlı şəkildə təmin etməlidir. Burada materialşünaslığın, mühərrik istehsalının, elektronikanın və aerodinamikanın inkişafı üçün geniş yer var.
Məsələn, ABŞ-ın "X-43A" hipersəsli raketin Alyaskada sınaqları zamanı təxminən 6500 km/saat sürətlə yeddi saniyəlik uçuşdan sonra qurğu atmosferdə yanıb. Rus "Zirkon"ları isə yanmır.
Pentaqon üçün vəziyyətin dramatizmi ondan ibarətdir ki, daha az büdcə xərcləri olan Rusiya hipersəsli raketləri 2016-cı ildən etibarən uğurla uçur, "Zirkon"lar seriyalı istehsal olunur. Rusiyanın "Avangard" hipersəsli raketi 28 Max, "Xəncər"lər və "Zirkon"lar 10 Maxa qədər sürətlənir (Çinin "DF-17" orta məsafəli raketi kimi). Rusiyanın Aerokosmik Qüvvələri 2022-ci ildə hipersəsli silahın perspektivli nümunələrini döyüş vəziyyətinə gətirəcəklər. Rusiya ABŞ-dan texnoloji fərqini artırır.
Bunun fonunda ABŞ hipersəs proqramının qəribə xüsusiyyəti də nəzərə çarpır - planlı illüziya.
Alabama ştatının Kortland şəhərində bu günə qədər heç bir sınaqdan keçməyən, hava bazalı hipersəsli raketləri hazırlayan "Lockheed Martin" zavodu yaranıb. Müəssisədə 2022-ci ilin sonuna qədər ABŞ Hərbi Hava Qüvvələri üçün 12 ədəd "AGM-183A ARRW" hipersəsli raketinin (mövcud olmayan) istehsalı planlaşdırılır.
Bu arada, Rusiya hava hücumundan müdafiə döyüşü qüvvələri artıq ehtimal olunan düşmənin hipersəsli raketlərinin hücumlarına qarşı müdafiəni məşq edir - bu cür ilk təlimlər oktyabrın sonunda bir neçə regionda keçirilib. Həştərxan vilayətindəki Aşuluk poliqonunda yüksək sürətli hədəfləri təqlid edən hədəflər üzrə döyüş atəşləri yerinə yetirilib. Bunun üçün Rusiyanın "S-300", "S-350", "S-400", "S-500" hücumundan müdafiə zenit-raket sistemləri mövcuddur.
Rusiyanın hipersəsli "Avangard", "Zirkon" və "Xəncər"lər raketlərinin (bütün mövcud və perspektivli hava hücumundan və raketdən müdafiə sistemlərini, təyyarədaşıyan gəmi qruplarını yararsız hala salan) yaranmasından sonra şokdan çıxmamış ABŞ və NATO Çinin hipersəsli silahları üfüqdə peyda oldu.
Pekin heç bir reklam çarxı yayımlamayıb, ancaq ABŞ mediasının məlumatına görə, o, "fizikanın məhdudiyyətlərini aşıb". Nüvə döyüş başlıqları daşıya bilən "Çançjen" Cənubi Çin dənizi üzərindəki atmosferdə son sınaqları zamanı Yer kürəsini dövrə vuran və hədəfdən bir qədər kənara çıxan hipersəsli raketi havaya buraxılıb. Təxminən 40 min kilometr məsafədə sınaq uçuşu üçün əla nəticədir.
ABŞ kəşfiyyatında şərh edilib: "Onların bunu necə etdikləri barədə heç bir məlumat yoxdur". ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Çin raketlərinin ABŞ-ın raketdən müdafiə sistemini nüfuz etmə qabiliyyətindən danışıb. Pentaqonda bu cür texnologiyalardan necə müdafiə olunacağını bilmirlər və Pekinin yeni hərbi imkanlarından hədsiz narahatdırlar. Öz növbəsində ÇXR-nın ABŞ-dakı səfirliyinin nümayəndəsi Lyu Penyuy Pekinin hərbi siyasətinin "müdafiə xarakterli" olduğunu vurğulayıb.
Bu yaxınlarda Rusiyanı dünya hipersəs yarışında birinci yerə çıxaran fantastik "Avangard" bloku qəbul edilib. İngiltərənin "The Telegraph" nəşri döyüş istifadəsi taktikasını təsvir edib: 2018-ci il dekabrın 26-da Uralda buraxılan daşıyıcı raket, kosmos məkanına çıxmadan, stratosferdə Sibir üzərindən təxminən 7000 km ziqzaq trayektoriyası boyunca planlaşdırılan döyüş başlığı zərbə kursuna çıxarılaraq Kamçatkadakı hədəfi dəqiq vurub.
Burada vurğulamaq vacibdir ki, Rusiya və Çin planet qonşuları ilə hərbi qarşıdurma tamamilə maraqlı deyil, öz ərazilərini və müttəfiqlərini kollektiv Qərbin getdikcə daha da kəskin və düşüncəsiz təcavüzündən qorumaq üçün hipersəsli raketləri yaratmağa məcbur olublar. Moskva və Pekin yüksək texnologiyalı hərbi gücdən sui-istifadə etmir və heç kimə təhlükə yaratmır.