https://sputnik.az/20211213/zencirini-qiranlar-amerikalilar-bizimle-muharibe-isteyirlermi-437219938.html
Zəncirini qıranlar: amerikalılar bizimlə müharibə istəyirlərmi
Zəncirini qıranlar: amerikalılar bizimlə müharibə istəyirlərmi
Sputnik Azərbaycan
İnsanlar nə qədər pis yaşayırlarsa, bir o qədər döyüşə hazır olurlar. Çünki bu halda müharibə bir qarın çörək yeməyin yeganə vasitəsinə çevrilir. 13.12.2021, Sputnik Azərbaycan
2021-12-13T21:50+0400
2021-12-13T21:50+0400
2021-12-13T21:50+0400
nato
rusiya
rusiya federasiyası
müharibə
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0d/437219771_0:126:3193:1922_1920x0_80_0_0_53ed8ef23efb5e28fe2cdd05741eb2e1.jpg
BAKI, 13 dekabr — Sputnik. Ukrayna hadisələrdə əməlli-başlı məkr var. Biz Donbas problemini, Minsk razılaşmalarının yerinə yetirilməməsini, qonşularımızın NATO-ya daxil olmaq ehtirasını ən azından müzakirə edirik. Öz-özlüyündə isə hər kəs çox yaxşı başa düşür ki, bütün bunlarla Ukraynanın heç bir əlaqəsi yoxdur.Son otuz ildə bu ölkə yaxası naxışlı köynəkləri, movası və məşəl yürüşləri ilə köhnə sovet qaz kəmərlərinin ətrafında yerləşən kabuslar ölkəsinə, qorxunc və gülünc ilğıma çevrilib. Ukrayna hətta şahmat oyununda piyada belə deyil, Rusiya və Amerikanın "Böyük oyunda" hərəkət etdirdikləri damadır.Eynilə 2008-ci ildə Gürcüstanla olduğu kimi, bu da ABŞ və Rusiyanın münasibətləri haqqında əhvalatdır. Bu, bizim yüksək səviyyəli rəsmilərimizin danışıqlarıdır, son xəbərdarlıqlarımızdır, hərbi və diplomatik fəaliyyətimizdir. Və müasir dövrün əsas sualı: amerikalılar bu barədə nə düşünürlər? Onlar öz "Ukraine"-ləri üçün döyüşəcəklərmi? Və əgər belədirsə, nə dərəcədə ciddi şəkildə?Hər şey Ukraynaya qoşun göndərilmədi və Rusiyaya qarşı nüvə silahının tətbiq olunması barədə fikirləşməyin vaxtının gəlib çatdığı haqda senator Rocer Uikerin böyük səs-küy yaradan bəyanatı ilə başladı. "Bir düym də geri çəkilmək olmaz!" – deyə o, ötən həftəsonu özünün “Twitter” səhifəsində bəyan etmişdi. Amma okeanın o tayındakılar arasında belə ekssentrik insanların sayı çoxdur. Məsələn, Coni Ernst "Defencenews"-da mövcud olmayan Rusiya təcavüzünə qarşı böyük bir plan dərc etdirdi. O, NATO hərbi birləşmələrinin Ukraynada rotasiya əsasında daim mövcud olmalarını, orada təlim keçmələrini tələb edir.Ernst də, Uiker də respublikaçılardır. Bəlkə bu, qeyri-sağlam aqressivlikdir, məhz onların partiya üzvlərinə xas cəhətdir? Ancaq yox, demokratik cinahda mənzərə daha da ürəksıxıcıdır. Prezident Bayden artıq NATO ordusunu gücləndirmək üçün Şərqi Avropaya Amerika qoşunlarının göndəriləcəyini vəd edib. Viktoriya Nuland başda olmaqla, onun ətrafındakı neo-mühafizəkar demokratlar isə klassik respublikaçı "şahinlərdən" daha əzmlə döyüşməyə can atırlar.Militarist çılğınlıq hər iki tərəfi bürüyüb və "FoxNews"-un "bülbülü" Taker Karlson nəzərə çarpacaq nostalgiya ilə vurğulayır: "Əgər Tramp nəyə görəsə əbədi tərifə layiqdirsə, bu ancaq bütün axmaqların ipini yığdığına görə ola bilər. Trampın hakimiyyətdə olduğu dörd il ərzində mənasız müharibələr olmadı".Həqiqətən də Tramp Ukraynanı, ümumiyyətlə, yaddan çıxartmışdı, Çin kimi əhəmiyyətli oyunçu ilə də yalnız ticarət müharibəsi aparmağa üstünlük verirdi. Xatırlayırsınızsa, o, Koreya Xalq Demokratik Respublikası ilə real münaqişə barədə elə ilk eyhamdaca eleqant şəkildə geri çəkildi. "Sülh, dostluq, saqqız". Bəs necə olur ki, tikinti ustası beynəlxalq məsələlərdən peşəkar siyasətçidən daha yaxşı baş çıxarır?Dəfələrlə qeyd olunub ki, Ukraynanın hazırkı durumu Karib böhranını yada salır. Belə böhran günlərində Amerikanın informasiya siyasəti – klassik bipolyar pozuntudan başqa bir şey deyil. Qəfil başlayan, heç nəyə əsaslanmayan psixi dalğalanmalar: gah səs-küy salırlar ki, "Ruslar gəlir, bacaran canını qurtarsın!", "Hamımız qırılacağıq!", gah də əksinə, "Bombardman edəcəyik!" deyə hədə-qorxu gəlirlər.1960-cı ildə senator Con Kennedi büdcə pullarını Pentaqona yönəldərək "bu ölüm-dirim məsələsidir" deyə həmkarlarını vahiməyə salmışdı. Kennedi iddia edirdi ki, Sovetlər uzaq mənzilli raketlər üzərində fərqli üstünlüyə malikdirlər. Əgər bu üstünlük bir az artsa və ruslar bir zərbə ilə bütün vacib hədəfləri vura biləcəklərinə qərar versələr, o zaman əllərində olan nüvə silahlarının hamısını dərhal ABŞ-a yönəldəcəklər. Bu səbəbdən də Pentaqona daha çox vəsait tələb olunur.1961-ci ilin iyun ayı gəlib çatır. Kennedi artıq prezidentdir və Vyanada Xruşşovla görüşür. İndi Ukrayna məsələsi olduğu kimi, o vaxt da liderlər başqa bir limitrofun – Qərbi Berlinin taleyini həll edirdilər. Amerikalı jurnalistlər xatırlayırlar ki, Vyanada "prezidentin komandası açıq-aşkar sovet həmkarlarının qarşısında Amerikanın nüvə silahları baxımından üstünlüyündən dəm vuraraq deyirlərmiş: Amerika Sovetlərə cavab imkanı tanımadan ilk zərbəni endirəcək".Vyanadakı görüş Amerikanın Fidel Kastronun devrilməsi ilə bağlı biabırçı cəhdindən sonra baş tutmuşdu. Putinlə Baydenin dekabr danışıqları isə Amerika ordusunun Əfqanıstandan biabırçı qaçışından sonra oldu. Vyana danışıqları faktiki olaraq status-kvonu təsdiqlədi – Berlin divarı inşa olundu, Qərbi Berlin mövzusu otuz illiyə donduruldu. Putinlə Baydenin danışıqlarından sonra isə hələlik hər hansı bir əhəmiyyətli dəyişiklik baş verməyib.Bununla belə, 1961-ci ildə Amerikanın aqressiv ritorikası və raketlərini Türkiyəyə yerləşdirməsi Xruşşovu Kubaya raket göndərməyə təhrik etdi.Bəs bu gün sadə amerikalılar Ukrayna barədə nə düşünürlər? 2014-cü ildə "Washington Post" "Amerikalılar Ukrayna uğrunda döyüşmək istəyirlərmi?" mövzusunda keçirilən sorğunun nəticəsini dərc etdi. Həmin vaxt rəyi soruşulanların yalnız 13 faizi müharibə istəmişdi. Buna paralel olaraq sorğu iştirakçılarından Ukraynanı xəritədə tapmaları xahiş olunmuşdu. Sorğu iştirakçılarının yalnız 16 faizi bu ölkəni xəritədə tapa bilmişdi. Sorğu maraqlı korrelyasiya ortaya qoydu: iştirakçı Ukraynanın harada olduğunu nə qədər pis təsəvvür edirdisə, ora qoşun göndərilməsini daha çox istəyirdi.Sorğunun xəritə ilə bağlı hissəsinin nəticəsi çox maraqlı idi: amerikalıların təsəvvürünə görə, Ukrayna Afrikada, Hindistanda, Alyaskada, hətta İslandiyada yerləşir. Əlbəttə ki, bu sadəcə məlumatsızlıq deyil, həm də amerikalıların nəsillər boyunca içində yaşadıqları informasiya köpüyünün təsiridir. Onun içindəki reallığın isə artıq çoxdan dünyadakı real vəziyyətlə heç bir əlaqəsi yoxdur. Orada tamamilə başqa coğrafiya, başqa siyasət, başqa iqtisadiyyat mövcuddur. Bir sözlə, hər şey başqadır.Ən pisi də odur ki, bu "matrisa"nı yaradan elita özü də ona inanır və onun içinə qərq olaraq yaşayır. Bu mənada Harvard məzunları belə Missisipi ştatının Tupelo şəhərciyində yaşayan savadsız qaradərili qadından geri qalmırlar.2014-cü ildən bəri amerikalılar və onlarla birlikdə "qızıl milyard" hərbi çətinliklərə səylə hazırlaşırlar. Hollivud ümumbəşəri fəlakətlər haqqında blokbasterlər hazırlayır, Amerikanın super qəhrəmanları onun xarabalıqları arasından sağ qalanları xilas edir. Post-apokalipsis janrı çiçəklənmə dövrünü yaşayır.Hollivud filmlərində "post-up"-ın hər zaman son dərəcə rahat təsir bağışladığını görmək çətin deyil. Benzin çatışmayanda mütləq elektrik enerjisi istehsal edən generator mövcud olur. Lampalar yanır, sərinkeşlər fırlanır, soyuducu kokteyllər üçün buz kubları paylayır. Tənha qəhrəman bomboş şəhərlərdə gəzir, yaxşı yemək yeyir, musiqi dinləyir və istər-istəməz beyninə belə bir fikir gəlir ki, insanlar olmayanda dünya bir az da yaxşılaşır.Onlardan fərqli olaraq rusların və bir çox başqa xalqların öz ərazilərində olan müharibələrlə bağlı genetik yaddaşı var. Onlar yaxşı başa düşürlər ki, əslində kimsəsiz şəhərlər çürümüş cəsədlərlə dolu olur və qəhrəman sağ qalmış hansısa psixi xəstə və ya quldur tərəfindən dərhal başından vurulur.Ancaq total müharibənin dəhşətlərinə heç vaxt məruz qalmamış amerikalılar əmindirlər ki, nüvə müharibəsindən sonra hər şey elə belə də olacaq: romantik və arxa fonda skripka musiqisi ilə.Müasir "iqlim ritorikası" da insanları müharibədən sonrakı dünyanın ehtiyac və məhrumiyyətlərinə hazırlayır. Hər gün mütərəqqi mətbuat vətəndaşları soya əti, qızarmış çəyirtkə yeməyə keçməyə, mal ətindən, süddən, pendirdən, qəhvədən, şərabdan imtina etməyə çağırır.Ortaya belə bir təbii sual çıxır: əgər "qızıl milyard" çəyirtkə yeməyə keçəcəksə, bəs yer kürəsinin qalan hissəsində insanlar necə dolanacaqlar? Əvvəllər ət, şərab və qəhvə istehsal edən ölkələrin sakinləri necə yaşayacaqlar? İstehsal, kənd təsərrüfatı, tədarük zəncirinin başına nə iş gəlməlidir ki, bütün dünya belə yaşamağa keçsin? Bizə deyirlər ki, ekoloji fəlakət olacaq. Bəlkə elə bu ekoloji fəlakət qlobal nüvə müharibəsinə yumşaq eyhamdır?Bu gün Avropada baş verənlər isə az qala Veymar sindromuna bərabərdir. Ehtiyac, soyuq, aclıq avropalıları sınağa çəkərək onları müharibənin belə yaşadıqları indiki dünyadan daha yaxşı olduğu günlərə hazırlayacaq. Prinsipcə, dəhşətli son – sonsuz dəhşətdən daha yaxşıdır. Bu cür məhrumiyyətlər isə amerikalılar üçün də uzaqda deyil.İnsanlar nə qədər pis yaşayırsa, bir o qədər döyüşə hazır olur. Çünki bu halda müharibə bir qarın çörək yeməyin yeganə vasitəsinə çevrilir.İyirmi il əvvəl çiçəklənən Ukraynada heç kim NATO-ya daxil olmaq istəmirdi. İndiki yoxsul Ukraynada isə bu təşəbbüs artıq əhalinin təxminən yarısı tərəfindən dəstəklənir.Eləcə də Amerikada. 2021-ci ildə amerikalıların yarısı bu ölkənin əsgərlərinin Rusiya ilə döyüşə göndərilməsinə razı idilər. Düzdür, bunu təsdiqləyən sorğu bu ilin iyul ayında keçirilib və yəqin ki, Əfqanıstan hadisələrindən sonra keçirilsəydi, nəticə başqa cür olardı. O da yaxşı məlumdur ki, amerikalılar seçkilərdə, statistikada, elə hər yerdə rəqəmlərlə oynamağı sevirlər.Ancaq bütövlükdə, kütləvi şüurun militarizasiyası çox sürətlə gedir və bu, tamamilə başa düşüləndir. "Qətiyyətli demokrat" amerikalıların həyatını bir az da pisləşdirdi. Görünməmiş inflyasiya dolları nüfuzdan salmaq və nəhayət, ölkəni yoxsulluğa sürükləmək təhlükəsi yaradır. Belə görünür ki, yeganə xilas yolu Rusiya və Çin kimi zəngin ölkələri talamaqdır.Amerika elitası özü özünü dünya hökmranlığı tələsinə salıb. Əfqanıstanda baş verənlərdən sonra yaxşı başa düşürlər ki, heç kim ona növbəti uğursuzluğu bağışlamayacaq. Sovet dövründə amerikalılar domino prinsipinə inanırdılar - qorxurdular ki, əgər hansısa ölkə kommunizmə "yoluxsa", onun qonşuları da mütləq Sovet İttifaqının təsiri altına düşəcək.Hazırda Amerikanı elə həmin domino prinsipi ilə nüfuzunu itirmək təhlükəsi gözləyir. Vaşinqton uğrunda mübarizə aparacaq axmaqlar daha yoxdur. Limitrof ərazilərin əhalisini əsrlər boyu xarici orduları pulemyotlarla deyil, güllərlə qarşılamağı öyrədiblər. Yəqin, bu dəfə lap buketlə qarşılayarlar.Bu istiqamətdə uğursuzluqlardan sonra Vaşinqtonu və onun dırnaqarası müttəfiqlərini böyük məğlubiyyət gözləyir. Amerikalıların isə keçmiş vassallarından daha qəddar düşmənləri olmayacaq.Həmçinin oxuyun:Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı "Qırmızı xətlər" və Ukrayna: Putinlə Bayden nəyi müzakirə etdilərQərb Putinin SSRİ-ni bərpa edəcəyindən qorxur
https://sputnik.az/20211213/sergey-ryabkov-gorunur-abs-raket-bohranini-tekrarlamaga-hazirlasir-437223001.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0d/437219771_231:0:2962:2048_1920x0_80_0_0_e5362845b9100119e8fbdcc9ffc3e1ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
nato, rusiya federasiyası, müharibə
nato, rusiya federasiyası, müharibə
Zəncirini qıranlar: amerikalılar bizimlə müharibə istəyirlərmi
İnsanlar nə qədər pis yaşayırlarsa, bir o qədər döyüşə hazır olurlar. Çünki bu halda müharibə bir qarın çörək yeməyin yeganə vasitəsinə çevrilir.
BAKI, 13 dekabr — Sputnik. Ukrayna hadisələrdə əməlli-başlı məkr var. Biz Donbas problemini, Minsk razılaşmalarının yerinə yetirilməməsini, qonşularımızın NATO-ya daxil olmaq ehtirasını ən azından müzakirə edirik. Öz-özlüyündə isə hər kəs çox yaxşı başa düşür ki, bütün bunlarla Ukraynanın heç bir əlaqəsi yoxdur.
Son otuz ildə bu ölkə yaxası naxışlı köynəkləri, movası və məşəl yürüşləri ilə köhnə sovet qaz kəmərlərinin ətrafında yerləşən kabuslar ölkəsinə, qorxunc və gülünc ilğıma çevrilib. Ukrayna hətta şahmat oyununda piyada belə deyil, Rusiya və Amerikanın "Böyük oyunda" hərəkət etdirdikləri damadır.
Eynilə 2008-ci ildə Gürcüstanla olduğu kimi, bu da ABŞ və Rusiyanın münasibətləri haqqında əhvalatdır. Bu, bizim yüksək səviyyəli rəsmilərimizin danışıqlarıdır, son xəbərdarlıqlarımızdır, hərbi və diplomatik fəaliyyətimizdir. Və müasir dövrün əsas sualı: amerikalılar bu barədə nə düşünürlər? Onlar öz "Ukraine"-ləri üçün döyüşəcəklərmi? Və əgər belədirsə, nə dərəcədə ciddi şəkildə?
Hər şey Ukraynaya qoşun göndərilmədi və Rusiyaya qarşı nüvə silahının tətbiq olunması barədə fikirləşməyin vaxtının gəlib çatdığı haqda senator Rocer Uikerin böyük səs-küy yaradan bəyanatı ilə başladı. "Bir düym də geri çəkilmək olmaz!" – deyə o, ötən həftəsonu özünün “Twitter” səhifəsində bəyan etmişdi. Amma okeanın o tayındakılar arasında belə ekssentrik insanların sayı çoxdur. Məsələn, Coni Ernst "Defencenews"-da mövcud olmayan Rusiya təcavüzünə qarşı böyük bir plan dərc etdirdi. O, NATO hərbi birləşmələrinin Ukraynada rotasiya əsasında daim mövcud olmalarını, orada təlim keçmələrini tələb edir.
Ernst də, Uiker də respublikaçılardır. Bəlkə bu, qeyri-sağlam aqressivlikdir, məhz onların partiya üzvlərinə xas cəhətdir? Ancaq yox, demokratik cinahda mənzərə daha da ürəksıxıcıdır. Prezident Bayden artıq NATO ordusunu gücləndirmək üçün Şərqi Avropaya Amerika qoşunlarının göndəriləcəyini vəd edib. Viktoriya Nuland başda olmaqla, onun ətrafındakı neo-mühafizəkar demokratlar isə klassik respublikaçı "şahinlərdən" daha əzmlə döyüşməyə can atırlar.
Militarist çılğınlıq hər iki tərəfi bürüyüb və "FoxNews"-un "bülbülü" Taker Karlson nəzərə çarpacaq nostalgiya ilə vurğulayır: "Əgər Tramp nəyə görəsə əbədi tərifə layiqdirsə, bu ancaq bütün axmaqların ipini yığdığına görə ola bilər. Trampın hakimiyyətdə olduğu dörd il ərzində mənasız müharibələr olmadı".
Həqiqətən də Tramp Ukraynanı, ümumiyyətlə, yaddan çıxartmışdı, Çin kimi əhəmiyyətli oyunçu ilə də yalnız ticarət müharibəsi aparmağa üstünlük verirdi. Xatırlayırsınızsa, o, Koreya Xalq Demokratik Respublikası ilə real münaqişə barədə elə ilk eyhamdaca eleqant şəkildə geri çəkildi. "Sülh, dostluq, saqqız". Bəs necə olur ki, tikinti ustası beynəlxalq məsələlərdən peşəkar siyasətçidən daha yaxşı baş çıxarır?
Dəfələrlə qeyd olunub ki, Ukraynanın hazırkı durumu Karib böhranını yada salır. Belə böhran günlərində Amerikanın informasiya siyasəti – klassik bipolyar pozuntudan başqa bir şey deyil. Qəfil başlayan, heç nəyə əsaslanmayan psixi dalğalanmalar: gah səs-küy salırlar ki, "Ruslar gəlir, bacaran canını qurtarsın!", "Hamımız qırılacağıq!", gah də əksinə, "Bombardman edəcəyik!" deyə hədə-qorxu gəlirlər.
1960-cı ildə senator Con Kennedi büdcə pullarını Pentaqona yönəldərək "bu ölüm-dirim məsələsidir" deyə həmkarlarını vahiməyə salmışdı. Kennedi iddia edirdi ki, Sovetlər uzaq mənzilli raketlər üzərində fərqli üstünlüyə malikdirlər. Əgər bu üstünlük bir az artsa və ruslar bir zərbə ilə bütün vacib hədəfləri vura biləcəklərinə qərar versələr, o zaman əllərində olan nüvə silahlarının hamısını dərhal ABŞ-a yönəldəcəklər. Bu səbəbdən də Pentaqona daha çox vəsait tələb olunur.
1961-ci ilin iyun ayı gəlib çatır. Kennedi artıq prezidentdir və Vyanada Xruşşovla görüşür. İndi Ukrayna məsələsi olduğu kimi, o vaxt da liderlər başqa bir limitrofun – Qərbi Berlinin taleyini həll edirdilər. Amerikalı jurnalistlər xatırlayırlar ki, Vyanada "prezidentin komandası açıq-aşkar sovet həmkarlarının qarşısında Amerikanın nüvə silahları baxımından üstünlüyündən dəm vuraraq deyirlərmiş: Amerika Sovetlərə cavab imkanı tanımadan ilk zərbəni endirəcək".
Vyanadakı görüş Amerikanın Fidel Kastronun devrilməsi ilə bağlı biabırçı cəhdindən sonra baş tutmuşdu. Putinlə Baydenin dekabr danışıqları isə Amerika ordusunun Əfqanıstandan biabırçı qaçışından sonra oldu. Vyana danışıqları faktiki olaraq status-kvonu təsdiqlədi – Berlin divarı inşa olundu, Qərbi Berlin mövzusu otuz illiyə donduruldu. Putinlə Baydenin danışıqlarından sonra isə hələlik hər hansı bir əhəmiyyətli dəyişiklik baş verməyib.
Bununla belə, 1961-ci ildə Amerikanın aqressiv ritorikası və raketlərini Türkiyəyə yerləşdirməsi Xruşşovu Kubaya raket göndərməyə təhrik etdi.
Bəs bu gün sadə amerikalılar Ukrayna barədə nə düşünürlər? 2014-cü ildə "Washington Post" "Amerikalılar Ukrayna uğrunda döyüşmək istəyirlərmi?" mövzusunda keçirilən sorğunun nəticəsini dərc etdi. Həmin vaxt rəyi soruşulanların yalnız 13 faizi müharibə istəmişdi. Buna paralel olaraq sorğu iştirakçılarından Ukraynanı xəritədə tapmaları xahiş olunmuşdu. Sorğu iştirakçılarının yalnız 16 faizi bu ölkəni xəritədə tapa bilmişdi. Sorğu maraqlı korrelyasiya ortaya qoydu: iştirakçı Ukraynanın harada olduğunu nə qədər pis təsəvvür edirdisə, ora qoşun göndərilməsini daha çox istəyirdi.
Sorğunun xəritə ilə bağlı hissəsinin nəticəsi çox maraqlı idi: amerikalıların təsəvvürünə görə, Ukrayna Afrikada, Hindistanda, Alyaskada, hətta İslandiyada yerləşir. Əlbəttə ki, bu sadəcə məlumatsızlıq deyil, həm də amerikalıların nəsillər boyunca içində yaşadıqları informasiya köpüyünün təsiridir. Onun içindəki reallığın isə artıq çoxdan dünyadakı real vəziyyətlə heç bir əlaqəsi yoxdur. Orada tamamilə başqa coğrafiya, başqa siyasət, başqa iqtisadiyyat mövcuddur. Bir sözlə, hər şey başqadır.
Ən pisi də odur ki, bu "matrisa"nı yaradan elita özü də ona inanır və onun içinə qərq olaraq yaşayır. Bu mənada Harvard məzunları belə Missisipi ştatının Tupelo şəhərciyində yaşayan savadsız qaradərili qadından geri qalmırlar.
2014-cü ildən bəri amerikalılar və onlarla birlikdə "qızıl milyard" hərbi çətinliklərə səylə hazırlaşırlar. Hollivud ümumbəşəri fəlakətlər haqqında blokbasterlər hazırlayır, Amerikanın super qəhrəmanları onun xarabalıqları arasından sağ qalanları xilas edir. Post-apokalipsis janrı çiçəklənmə dövrünü yaşayır.
Hollivud filmlərində "post-up"-ın hər zaman son dərəcə rahat təsir bağışladığını görmək çətin deyil. Benzin çatışmayanda mütləq elektrik enerjisi istehsal edən generator mövcud olur. Lampalar yanır, sərinkeşlər fırlanır, soyuducu kokteyllər üçün buz kubları paylayır. Tənha qəhrəman bomboş şəhərlərdə gəzir, yaxşı yemək yeyir, musiqi dinləyir və istər-istəməz beyninə belə bir fikir gəlir ki, insanlar olmayanda dünya bir az da yaxşılaşır.
Onlardan fərqli olaraq rusların və bir çox başqa xalqların öz ərazilərində olan müharibələrlə bağlı genetik yaddaşı var. Onlar yaxşı başa düşürlər ki, əslində kimsəsiz şəhərlər çürümüş cəsədlərlə dolu olur və qəhrəman sağ qalmış hansısa psixi xəstə və ya quldur tərəfindən dərhal başından vurulur.
Ancaq total müharibənin dəhşətlərinə heç vaxt məruz qalmamış amerikalılar əmindirlər ki, nüvə müharibəsindən sonra hər şey elə belə də olacaq: romantik və arxa fonda skripka musiqisi ilə.
Müasir "iqlim ritorikası" da insanları müharibədən sonrakı dünyanın ehtiyac və məhrumiyyətlərinə hazırlayır. Hər gün mütərəqqi mətbuat vətəndaşları soya əti, qızarmış çəyirtkə yeməyə keçməyə, mal ətindən, süddən, pendirdən, qəhvədən, şərabdan imtina etməyə çağırır.
Ortaya belə bir təbii sual çıxır: əgər "qızıl milyard" çəyirtkə yeməyə keçəcəksə, bəs yer kürəsinin qalan hissəsində insanlar necə dolanacaqlar? Əvvəllər ət, şərab və qəhvə istehsal edən ölkələrin sakinləri necə yaşayacaqlar? İstehsal, kənd təsərrüfatı, tədarük zəncirinin başına nə iş gəlməlidir ki, bütün dünya belə yaşamağa keçsin? Bizə deyirlər ki, ekoloji fəlakət olacaq. Bəlkə elə bu ekoloji fəlakət qlobal nüvə müharibəsinə yumşaq eyhamdır?
Bu gün Avropada baş verənlər isə az qala Veymar sindromuna bərabərdir. Ehtiyac, soyuq, aclıq avropalıları sınağa çəkərək onları müharibənin belə yaşadıqları indiki dünyadan daha yaxşı olduğu günlərə hazırlayacaq. Prinsipcə, dəhşətli son – sonsuz dəhşətdən daha yaxşıdır. Bu cür məhrumiyyətlər isə amerikalılar üçün də uzaqda deyil.
İnsanlar nə qədər pis yaşayırsa, bir o qədər döyüşə hazır olur. Çünki bu halda müharibə bir qarın çörək yeməyin yeganə vasitəsinə çevrilir.
İyirmi il əvvəl çiçəklənən Ukraynada heç kim NATO-ya daxil olmaq istəmirdi. İndiki yoxsul Ukraynada isə bu təşəbbüs artıq əhalinin təxminən yarısı tərəfindən dəstəklənir.
Eləcə də Amerikada. 2021-ci ildə amerikalıların yarısı bu ölkənin əsgərlərinin Rusiya ilə döyüşə göndərilməsinə razı idilər. Düzdür, bunu təsdiqləyən sorğu bu ilin iyul ayında keçirilib və yəqin ki, Əfqanıstan hadisələrindən sonra keçirilsəydi, nəticə başqa cür olardı. O da yaxşı məlumdur ki, amerikalılar seçkilərdə, statistikada, elə hər yerdə rəqəmlərlə oynamağı sevirlər.
Ancaq bütövlükdə, kütləvi şüurun militarizasiyası çox sürətlə gedir və bu, tamamilə başa düşüləndir. "Qətiyyətli demokrat" amerikalıların həyatını bir az da pisləşdirdi. Görünməmiş inflyasiya dolları nüfuzdan salmaq və nəhayət, ölkəni yoxsulluğa sürükləmək təhlükəsi yaradır. Belə görünür ki, yeganə xilas yolu Rusiya və Çin kimi zəngin ölkələri talamaqdır.
Amerika elitası özü özünü dünya hökmranlığı tələsinə salıb. Əfqanıstanda baş verənlərdən sonra yaxşı başa düşürlər ki, heç kim ona növbəti uğursuzluğu bağışlamayacaq. Sovet dövründə amerikalılar domino prinsipinə inanırdılar - qorxurdular ki, əgər hansısa ölkə kommunizmə "yoluxsa", onun qonşuları da mütləq Sovet İttifaqının təsiri altına düşəcək.
Hazırda Amerikanı elə həmin domino prinsipi ilə nüfuzunu itirmək təhlükəsi gözləyir. Vaşinqton uğrunda mübarizə aparacaq axmaqlar daha yoxdur. Limitrof ərazilərin əhalisini əsrlər boyu xarici orduları pulemyotlarla deyil, güllərlə qarşılamağı öyrədiblər. Yəqin, bu dəfə lap buketlə qarşılayarlar.
Bu istiqamətdə uğursuzluqlardan sonra Vaşinqtonu və onun dırnaqarası müttəfiqlərini böyük məğlubiyyət gözləyir. Amerikalıların isə keçmiş vassallarından daha qəddar düşmənləri olmayacaq.
"Qırmızı xətlər" və Ukrayna: Putinlə Bayden nəyi müzakirə etdilər