Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Freydin təbirincə: Ermənistanda "illüziyalar ağrını yüngülləşdirir, üstəlik həzz gətirir"

© Sputnik / Кирилл Каллиников / Mediabanka keçidErmənistanda etirazlar, arxiv şəkli
Ermənistanda etirazlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Ekspertlər ilin sonunda qonşu dövlətdə yoxsulluq səviyyəsinin 2020-ci ildəkindən xeyli yüksək olacağını proqnozlaşdırır və bunda hökumətin vətəndaşlarına etdiyi “sürprizləri”n rol oynayacağını bildirirlər.
BAI, 19 dekabr - Sputnik. Bugünkü Ermənistan əhalisinin təxminən yarısı, daha dəqiq desək, 47,6 faizi yoxsulluq içində yaşayır. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, ümumiyyətlə, bu ölkədə yoxsulların 51,1 faizini kənd, 48,9 faizini isə şəhər sakinləri təşkil edir.
Ermənistan Statistika Komitəsinin ev təsərrüfatlarının yaşayış şəraiti ilə bağlı apardığı araşdırmalar nəticəsində bəzi məqamlar meydana çıxıb.
Qurumun Məişət Statistikası Departamentinin rəhbəri Lusine Markosyan “Past” (“Fakt”) nəşrinə bildirir ki, əhalinin 0,7 faizi bütün gəlirlərini yalnız ərzaq almağa yönəldirlər.
Qeyd olunur ki, ölkədə yemək üçün pulu olmayan əhalinin əsas hissəsi kəndlərdə yaşayır ki, bu da bir neçə amillə izah olunur: ya insanlar torpağı becərməyiblər və ya ilin məhsulu pis olub.
Bu hal hər il təkrar olunursa, deməli, hökumətin ölkədə apardığı uğursuz aqrar siyasətin göstəricisi kimi qəbul edilməlidir.
Qafqaz Araşdırmaları Resurs Mərkəzinin məlumatına görə, 2021-ci ilin avqustunda keçirilən sorğuda respondentlərin 51 faizi son bir ildə ərzaq almaq üçün pul çatışmazlığından qorxduqlarını, 10 faizi isə bütün gün ac qalmalı olduqlarını bildirir.
“Desoğutyun” (“Mənzərə”) analitik mərkəzinin eksperti Lilya Amirxanyan belə vəziyyətin yaranmasına səbəb kimi xüsusən son iki ildə baş verən yüksək inflyasiyanı göstərir. Qiymətlərin xüsusən ərzaq və həyati əhəmiyyətli mallarda artdığını bildirən Amirxanyan bildirir:
“Koronavirus açıq şəkildə göstərdi ki, Ermənistan iqtisadiyyatının böhranla mübarizə üçün immuniteti yoxdur. Bu da öz növbəsində 2019-cu ildə iqtisadi inqilab və misli görünməmiş iqtisadi artımla bağlı bəyanatların əsassızlığını ortaya qoydu”.
O, ilin sonunda yoxsulluq səviyyəsinin 2020-ci ildəkindən xeyli yüksək olacağını proqnozlaşdırır və bunda hökumətin vətəndaşlarına etdiyi “sürprizləri”n rol oynayacağını bildirir. Deyir ki, əhalinin gəlirlərində heç bir müsbət dəyişiklik yoxdur.
Sadalanan statistik göstəricilər 14-cü aydır 44 günlük müharibədən sarsıdıcı məğlubiyyətlə çıxmış ölkənin reallıqlarıdır. Buna baxmayaraq, hakimimiyyətdə, habelə müxalifətdə olan parlament partiya rəhbərləri, sadəcə, Ermənistan parlamentinin iclas salonlarında epizodik revanşist bəyanatlar səsləndirirlər.
Buna ancaq təəssüflənmək olur və istər-istəməz avstriyalı psixiatr Ziqmund Freydin sözləri yada düşür:
“İllüziyalar bizi onunla cəlb edir ki, onlar ağrıları yüngülləşdirir, üstəlik həzz gətirir. Bunun üçün reallığın bir hissəsi ilə ziddiyyət təşkil edən illüziyaların sındırıldığını şikayətlənmədən qəbul etməliyik”.
Həmçinin oxuyun:
İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcək
Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər
* Sergey Markov: Ermənilər Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu bilirlər
Xəbər lenti
0