https://sputnik.az/20211218/ermenistanin-ev-tapsirigi---brussel-gorusunun-daha-bir-detali-437372643.html
Ermənistanın "ev tapşırığı" - Brüssel görüşünün daha bir detalı
Ermənistanın "ev tapşırığı" - Brüssel görüşünün daha bir detalı
Sputnik Azərbaycan
İtaliya qəzetinə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın öhdəliklərinə də toxunub. 18.12.2021, Sputnik Azərbaycan
2021-12-18T18:50+0400
2021-12-18T18:50+0400
2021-12-18T19:25+0400
siyasət
ermənistan
prezident ilham əliyev
brüssel
yol
tapşırıq
https://cdnn1.img.sputnik.az/img/41097/11/410971122_0:0:2048:1153_1920x0_80_0_0_e339de5b6971a3cd44ef26382613dd7b.jpg
BAKI, 18 dekabr - Sputnik. Biz artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək.Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.Brüsseldə müharibədən sonra regiondakı durumun müzakirə olunmasına gəlincə, Prezident üçtərəfli danışıqları məhsuldar adlandırıb. "Əlbəttə, biz postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik. Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək. Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Biz, həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı. Mən çox məmnunam", - Azərbaycan lideri söyləyib.Eləcə də oxuyun:* İlham Əliyev Avropanı ən çox narahat edən sualı cavablandırdı * Bu məsələni heç vaxt Putinlə müzakirə etməmişik - İlham Əliyev* Qırmızı xətlər - Bakının Brüsseldə Belarusu dəstəkləməsinin səbəbi nə idi* Azərbaycan prezidentinin Ermənistanda nasizmlə bağlı fikri BMT-də dəstəkləndi* Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41097/11/410971122_228:0:2048:1365_1920x0_80_0_0_755d087cd90479f5bd707bcdec30dcdf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan ev tapşırığı brüssel görüş daha bir detal ilham əliyev brüssel dəmiryol sərhəd
ermənistan ev tapşırığı brüssel görüş daha bir detal ilham əliyev brüssel dəmiryol sərhəd
Ermənistanın "ev tapşırığı" - Brüssel görüşünün daha bir detalı
18:50 18.12.2021 (Yenilənib: 19:25 18.12.2021) İtaliya qəzetinə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın öhdəliklərinə də toxunub.
BAKI, 18 dekabr - Sputnik. Biz artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək.
Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Brüsseldə müharibədən sonra regiondakı durumun müzakirə olunmasına gəlincə, Prezident üçtərəfli danışıqları məhsuldar adlandırıb.
"Əlbəttə, biz postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik. Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir.
Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək.
Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Biz, həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı. Mən çox məmnunam", - Azərbaycan lideri söyləyib.