https://sputnik.az/20211218/lham-eliyev-avropani-en-cox-narahat-eden-suali-cavablandirdi-437370864.html
İlham Əliyev Avropanı ən çox narahat edən sualı cavablandırdı
İlham Əliyev Avropanı ən çox narahat edən sualı cavablandırdı
Sputnik Azərbaycan
İtaliyanın “Il Sole 24 Ore” qəzetinin müxbiri Azərbaycan Prezidentindən Avropanın narahatlığına dair Rusiyanın reaksiyasını xəbər alıb. 18.12.2021, Sputnik Azərbaycan
2021-12-18T17:13+0400
2021-12-18T17:13+0400
2021-12-18T17:28+0400
siyasət
italiya
avropa
rusiya
sual
qaz
prezident ilham əliyev
brüssel
reaksiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437277242_0:130:958:669_1920x0_80_0_0_3713002d3997227760a211c7d50650af.jpg
BAKI, 18 dekabr - Sputnik. Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik.Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində deyib. Müxbir qeyd edib ki, Avropa İttifaqında bəzi layihələrin təxirə salınmaq və hətta Rusiyanın təbii qazdan silah kimi istifadə etmək ehtimalı narahatlıq doğurur: "Onu nəzərdə tuturam ki, Avropa İttifaqı öz təchizat marşrutlarını şaxələndirməyi həddindən çox istəyir və əslində, Cənub Dəhlizi ən maraqlı gələcək kanallardan biri kimi görünür. Sizin böyük həcmdə qazınız var, Sizin yaşıl enerji ilə bağlı maraqlı proqramınız var. Sizin ixrac etmək üçün daha çox qazınız var. Siz hətta TAP-la bitən xətti iki dəfə uzadaraq Yunanıstandan Burqasadək çatdıra bilərsiniz. Avropa İttifaqı Sizdən daha çox təbii qazın təchiz edilməsi ilə bağlı kömək istəsə, Siz bu müraciəti mümkün qədər tez bir zamanda təmin etməyə hazır olacaqsınızmı?"Azərbaycan lideri ölkəsinin qaz strategiyasının çox aydın və açıq olduğunu diqqətə çatdırıb: "Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox iş gördük, tərəfdaşlarla birgə işlədik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl biz artıq istehlakçılarla müqavilələr imzalamışdıq. Bizim qazımız müqavilə əsasında alındı və qiymətlə bağlı, belə deyək, qaz böhranı zamanı bizim istehlakçılar heç bir dəyişiklik hiss etmədilər".Prezident qeyd edib ki, sözsüz ki, hasilatı və ixracı artırmaq imkanı var: "Lakin bu, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacaq. Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi. Biz Cənub Qaz Dəhlizinin Məşvərət Şurasını mütəmadi olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək, orada biz bütün məsələlərlə məşğul olacağıq və gələcək addımlarımızı planlaşdıracağıq. Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir. Lakin biz hazırıq, sizin qeyd etdiyiniz kimi, nəhəng yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Siz Balkanları qeyd etdiniz və mən Mərkəzi Avropanı əlavə edərdim. Bu, bizim üçün təchizatın şaxələndirilməsi və istehlakçılar üçün şaxələndirmə olacaq"."Gəlin zənn edək ki, hər şey doğru istiqamətdə gedir. Siz hasilatı, Avropaya ixracı artıracaqsınız. Siz Rusiyanın reaksiyasından qorxmursunuz? Çünki Rusiya Sizin çox mühüm iqtisadi tərəfdaşınızdır, həmçinin regionda nəhəng gücdür. Sizdən xeyli çox qaz ixrac etməsi faktdır. Lakin bu, rəmzi addım ola bilər. Siz Rusiyanın reaksiyasından qorxmursunuz?" - “Il Sole 24 Ore” müxbiri sual edib."Xeyr, qətiyyən. İlk növbədə, bu məsələ ölkələrin liderləri arasında heç vaxt yüksək səviyyədə müzakirə olunmayıb. Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi. İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik. Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. Çünki Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır", - Prezient İlham Əliyev deyib."Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu, belə qala bilər. Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz", - İlham Əliyev vurğulayıb.Eləcə də oxuyun:* Bu məsələni heç vaxt Putinlə müzakirə etməmişik - İlham Əliyev* Qırmızı xətlər - Bakının Brüsseldə Belarusu dəstəkləməsinin səbəbi nə idi* Azərbaycan prezidentinin Ermənistanda nasizmlə bağlı fikri BMT-də dəstəkləndi* Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437277242_36:0:928:669_1920x0_80_0_0_3524090273e61d8ac9d88e5c2dce39c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilham əliyev avropa ən çox narahat edən sual cavab rusiya qaz reaksiya
ilham əliyev avropa ən çox narahat edən sual cavab rusiya qaz reaksiya
İlham Əliyev Avropanı ən çox narahat edən sualı cavablandırdı
17:13 18.12.2021 (Yenilənib: 17:28 18.12.2021) İtaliyanın “Il Sole 24 Ore” qəzetinin müxbiri Azərbaycan Prezidentindən Avropanın narahatlığına dair Rusiyanın reaksiyasını xəbər alıb.
BAKI, 18 dekabr - Sputnik. Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik.
Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Müxbir qeyd edib ki, Avropa İttifaqında bəzi layihələrin təxirə salınmaq və hətta Rusiyanın təbii qazdan silah kimi istifadə etmək ehtimalı narahatlıq doğurur:
"Onu nəzərdə tuturam ki, Avropa İttifaqı öz təchizat marşrutlarını şaxələndirməyi həddindən çox istəyir və əslində, Cənub Dəhlizi ən maraqlı gələcək kanallardan biri kimi görünür.
Sizin böyük həcmdə qazınız var, Sizin yaşıl enerji ilə bağlı maraqlı proqramınız var. Sizin ixrac etmək üçün daha çox qazınız var. Siz hətta TAP-la bitən xətti iki dəfə uzadaraq Yunanıstandan Burqasadək çatdıra bilərsiniz. Avropa İttifaqı Sizdən daha çox təbii qazın təchiz edilməsi ilə bağlı kömək istəsə, Siz bu müraciəti mümkün qədər tez bir zamanda təmin etməyə hazır olacaqsınızmı?"
Azərbaycan lideri ölkəsinin qaz strategiyasının çox aydın və açıq olduğunu diqqətə çatdırıb: "Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox iş gördük, tərəfdaşlarla birgə işlədik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır.
Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl biz artıq istehlakçılarla müqavilələr imzalamışdıq. Bizim qazımız müqavilə əsasında alındı və qiymətlə bağlı, belə deyək, qaz böhranı zamanı bizim istehlakçılar heç bir dəyişiklik hiss etmədilər".
Prezident qeyd edib ki, sözsüz ki, hasilatı və ixracı artırmaq imkanı var: "Lakin bu, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacaq. Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi. Biz Cənub Qaz Dəhlizinin Məşvərət Şurasını mütəmadi olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək, orada biz bütün məsələlərlə məşğul olacağıq və gələcək addımlarımızı planlaşdıracağıq.
Bu, şirkətlərin, bankların və ölkələrin böyük bir qrupudur. İndi komanda böyüyür, çünki biz artıq Avropanın təchizatçısı olmuşuq. Yanvarın 1-dən başlayaraq biz İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq. Beləliklə, bu, ciddi artımdır. Lakin hasilatı artırmaq üçün biz, əlbəttə ki, investisiya yatırmalıyıq və bunu etmək üçün bizim istehlakçılarla müqavilələrimiz olmalıdır.
Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir. Lakin biz hazırıq, sizin qeyd etdiyiniz kimi, nəhəng yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Siz Balkanları qeyd etdiniz və mən Mərkəzi Avropanı əlavə edərdim. Bu, bizim üçün təchizatın şaxələndirilməsi və istehlakçılar üçün şaxələndirmə olacaq".
"Gəlin zənn edək ki, hər şey doğru istiqamətdə gedir. Siz hasilatı, Avropaya ixracı artıracaqsınız. Siz Rusiyanın reaksiyasından qorxmursunuz? Çünki Rusiya Sizin çox mühüm iqtisadi tərəfdaşınızdır, həmçinin regionda nəhəng gücdür. Sizdən xeyli çox qaz ixrac etməsi faktdır. Lakin bu, rəmzi addım ola bilər. Siz Rusiyanın reaksiyasından qorxmursunuz?" - “Il Sole 24 Ore” müxbiri sual edib.
"Xeyr, qətiyyən. İlk növbədə, bu məsələ ölkələrin liderləri arasında heç vaxt yüksək səviyyədə müzakirə olunmayıb. Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi.
İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik. Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. Çünki Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır", - Prezient İlham Əliyev deyib.
"Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu, belə qala bilər. Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz", - İlham Əliyev vurğulayıb.