Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı sakininin maşınını "Kalaşnik"lə "biçdilər"

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.12.2021
Abunə olmaq
Saxlanılan şəxsdən “AKMS” (modernləşdirilmiş Kalaşnikov avtomatı) markalı silah, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
BAKI, 18 dekabr - Sputnik. Bakıda avtomobilə odlu silahdan atəş açılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadən bildirir ki, dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyev münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açıb. Sonra isə hadisə yerini tərk edib. Xəsarət alan olmayıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları R.Hacıyevi saxlayıblar. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
KİV-in məlumatına görə, R.Hacıyev Milli qəhrəman Əlif Hacıyevin qardaşıdır. O, Neftçalanın və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olub.
Araşdırma aparılır.
Eləcə də oxuyun:
* Bakıda polis serjantı həlak olub
* Bakıda polis idarəsində intihara cəhd
Xəbər lenti
0