Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda polis idarəsində intihara cəhd

© Photo : REPORTPolis İdarəsi.Arxiv şəkli
Polis İdarəsi.Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Abunə olmaq
Avtomobilinə cərimə yazılıb duracağa aparılan Bakı sakini polis idarəsində olay çıxarıb.
BAKI, 16 dekabr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsində intihara cəhd olub.
Sputnik Azərbaycan APA TV-yə istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Polis İdarəsinə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib.
Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaq. Sürücü bundan əsəbləşərək, polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib. Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağından yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib.
Hazırda Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, sürücü - 31 yaşlı Azər Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.
Eləcə də oxuyun:
* Yol polisi bu sürücülərə acımayacaq - növbəti xəbərdarlıq
* Narkotikin təsiri altında taksi sürənlər saxlanıldılar
* DİN qadın sərnişinlərə əxlaqsız təkliflər edən sürücülərin videosunu yaydı
* Yanacaq çənində Naxçıvandan Belçikaya narkotik aparmaq istəyən tacir ələ keçdi
Xəbər lenti
0