Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda polis serjantı həlak olub

© Sputnik / Murad OrujovÇevik Polis Alayının əməkdaşı
Çevik Polis Alayının əməkdaşı - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Abunə olmaq
Ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır.
BAKI, 17 dekabr - Sputnik. Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Nuriyev Əli Rafael oğlu idarə etdiyi “KİA” markalı avtomobillə dairədə “MAN” markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır. Hadisə zamanı o, işdən çıxaraq evə gedirmiş.
Eləcə də oxuyun:
* Göyçayda polislər yol qəzasına düşüb, ölən və yaralı var
* Bakıda polis idarəsində intihara cəhd
* Polis maşını mağazaya girib, ölən var
Xəbər lenti
0