Şəkidə toyuq dönəri əhaliyə qənim kəsilibmiş
© Ibrahim HashimovŞəkidə zəhərlənmə baş verən dönərxana
© Ibrahim Hashimov
Abunə olmaq
Hazırda zəhərlənən şəxslərin vəziyyəti kafidir. Onlar ambulator müalicə alaraq evə buraxılsalar da, nəzarətdə saxlanılırlar.
BAKI, 17 dekabr — Sputnik. Şəkidə kütləvi zəhərlənməyə səbəb olan dönəri müştərilərə təklif edən kafe qapadılıb.
Bu barədə məlumatı Sputnik Azərbaycan-a Şəki Şəhər-Rayon Polis Şöbəsindən məlumat verilib. Qeyd olunub ki, kütləvi zəhərlənməyə məruz qalan şəxslərin hamısı "Gənclik" kafesində satılan toyuq ətindən hazırlanan dönəri yedikdən sonra pis vəziyyətə düşüblər. Ona görə də profilaktik tədbirlərin görülməsi və müvafiq araşdırmaların aparılması üçün həmin kafe bağlanılıb.
© Sputnik / Ibrahim HashimovŞəkidə zəhərlənmə baş verən dönərxana
Şəkidə zəhərlənmə baş verən dönərxana
© Sputnik / Ibrahim Hashimov
Şəkidə dönərdən zəhərlənənlərin sayı 9 nəfərə çatıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən gün Əntiqə Şəmmədova və Ülviyyə Şirəlizadə qida zəhərlənməsi diaqnozu ilə tibb müəssisəsinə daxil olub.
Daha sonra oxşar əlamətlərlə - ürəkbulanma, qusma ilə daha 7 nəfərə də müracitə edib. Onlar da dərhal xəstəxanaya yerləşdirilib. Onlara zəhərlənməyə qarşı tibbi yardım göstərilib.
© Sputnik / Ibrahim HashimovŞəkidə zəhərlənmə baş verən dönərxana
Şəkidə zəhərlənmə baş verən dönərxana
© Sputnik / Ibrahim Hashimov
İlkin araşdırma zamanı məlum olub ki, xəstələr Şəkidə yerləşən "Gənclik" kafesində toyuq ətindən hazırlanan dönəri yedikdən sonra zəhərləniblər. Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Elnur Süleymanov Sputnik Azərbaycan-a bildirib ki, hazırda zəhərlənən şəxslərin vəziyyəti kafidir. Onlar ambulator müalicə alaraq evə buraxılsalar da, nəzarətdə saxlanılırlar.
"Bizə 9 nəfər qida zəhərlənməsi ilə daxil olub. Xəstələrin şikayəti ürəkbulanma, qusma və qarın nahiyyəsində ağrıların olması idi. Onların mədə-bağırsaqlarını yuduq, kafi vəziyyətdə evə buraxıldılar. İndi nəzarətdə saxlayırıq. Anamnezlərdə zəhərlənəmənin hansısa kafedə yedikləri yeməkdən olduğunu dedilər", - Elnur Süleymanov əlavə edib".
Hadisədə adı hallanan ictimai-iaşə obyekti artıq bağlanıb. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
© Sputnik / Ibrahim HashimovŞəkidə zəhərlənmə baş verən dönərxana
Şəkidə zəhərlənmə baş verən dönərxana
© Sputnik / Ibrahim Hashimov
DİN-dən faktla bağlı açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Şəkidə dönərdən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.
© Sputnik / Ibrahim HashimovDİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov
© Sputnik / Ibrahim Hashimov
Həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən "Gənclik" kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər.
Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb.
Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
Həmçinin oxuyun:
Bakıda dönərdən kütləvi zəhərlənmə - Bəzilərini artıq evə yazıblar
Dönər bakılılar üçün zəhər oldu - Ehtiyatlı olun!