CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəhərlənmədən sonra tələbələr daha çox dönər yeyirlər: Səbəb

Abunə olmaq
Dönərdən kütləvi zəhərlənmədən sonra dönərxanaların önündə növbələr sanki artıb. Səbəbi ən birinci alıcıları olan tələbələrin dilindən.
BAKI, 15 dekabr — Sputnik. Bakıda dünən 8 nəfərin dönərdən zəhərlənməsi onları xəstəxanalıq etdi. Baş verən bu hadisə insanlar arasında dönərlə bağlı müəyyən narahatlığa səbəb oldu. Zəhərlənmə olayı həm də ucuz qiymətə dönər satışı həyata keçirən dönərxanaların fəaliyyətinə nəzarətin artırılması məsələsini gündəmə gətirdi. Bəs görəsən, 8 nəfərin dönər yeyərək zəhərlənməsi dönərxanaların fəaliyyətinə hər hansı bir formada təsir edibmi?
© Sputnik / Zulfiyya GuluyevaBakıda dönərxana
Bakıda dönərxanalar - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Bakıda dönərxana
Sputnik Azərbaycan paytaxtda bununla bağlı araşdırma aparıb. Apardığımız müşahidələr göstərib ki, paytaxtda hələ də 1 manata dönər satışı davam edir. Bakı Dövlət Universiteti ilə üzbəüz, Zahid Xəlilov-23 ünvanında yerləşən dönərxanada satıcı Rəşad Məmmədov deyir ki, 1 manata alıcılara toyuq dönəri təklif edirlər. Onun sözlərinə görə, dönərin qiymətinin ucuz olması onun keyfiyyətinə təsir etmir. Satıcı indiyədək onlara heç bir şikayət daxil olmadığını bildirib.
© Sputnik / Zulfiyya GuluyevaTural Feyzullayev
Tural Feyzullayev - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Tural Feyzullayev
Dönərxanalarda apardığımız müşahidə onu göstərdi ki, dünənki hadisə dönərə tələbatı da azaltmayıb. "Elmlər Akademiyası" metro stansiyası yaxınlığında yerləşən dönər satışı obyektində dönərçi işləyən Tural Feyzullayev də bunu təsdiqləyir. O, müştərilərin dönərin keyfiyyətindən razı olduqlarını bildirib. Həmsöhbətimiz qeyd edib ki, dönərin, əti, mayonezi və pomidoru təzə olarsa, sərin yerdə saxlanılarsa, dönərdən zəhərlənmə baş verə bilməz.
Bu qayda ilə "Şeraton Kafe"nin rəhbəri Elçin İbrahimov da tam razıdır.
© Sputnik / Zulfiyya GuluyevaBakıda dönərxana
Bakıda dönərxanalar - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Bakıda dönərxana
Dönərxanalarda onu da qeyd etdilər ki, baş vermiş hadisədən sonra aidiyyəti qurumlardan gəlib ətin keyfiyyətini yoxlayan olmayıb. Dönərxanaların qarşısındakı alıcılar isə zəhərlənmənin dönərin keyfiyyəti ilə çox az bağlı olduğunu, bəziləri isə dönəri hər zaman eyni dönərxanadan aldığından narahat olmadıqlarını bildirdilər.
Tələbə Gülay Quliyeva isə bildirdi ki, dönər onun gündəlik istehlak etdiyi qidaya çevrilib. O, dönəri ucuz, dadlı və yeyilməsi rahat olduğu üçün aldığını da etiraf etdi: "Məncə, dönərdən zəhərlənmə bəxtlə bağlıdır. Hər gün dönər yediyimizə görə dönərdən baş vermiş zəhərlənmədən qəti narahat deyilik. Bəlkə də başqa şeydən zəhərlənib. İki manata dönər almışıq, çox da dadlıdır". Onun digər tələbə yoldaşı Qəmər Kazımova isə dönərin əsl tələbə yeməyi olduğunu söylədi.
© Sputnik / Zulfiyya GuluyevaBakıda dönərxana
Bakıda dönərxanalar - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Bakıda dönərxana
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, sahibkarlıq subyektlərinin fəaliyyəti hər hansı şikayət daxil olarsa, yoxlanılır.
Qeyd edək ki, dünən Nəsimi rayonu ərazisində yerləşən "Dönər Market"dən dönər alan 8 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Eləcə də oxuyun:
* Bakıda dönərdən kütləvi zəhərlənmə - Bəzilərini artıq evə yazıblar
* Dönər bakılılar üçün zəhər oldu - Ehtiyatlı olun!
* Dönərdən zəhərlənmənin səbəbi Hindistandan gətirilən ət də ola bilər - Ekspert
Xəbər lenti
0