CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı vaksinləri Avropa Birliyi tanımır - Deputat

© AP Photo / Fernando VergaraTibb işçisi əlində COVID-19-a qarşı Sinovac vaksini ilə
Tibb işçisi əlində COVID-19-a qarşı Sinovac vaksini ilə - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Abunə olmaq
Hətta "Pfizer" peyvəndindən istifadə edən vətəndaşlarımız da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər.
BAKI, 17 dekabr — Sputnik. "Azərbaycanda verilən peyvənd sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınmır və oxunmur. Bu isə peyvənd sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropada qapalı məkanlara daxil olmasını əngəlləyir. Çünki bizim vaksin sənədimizdə olan QR-kodu Avropada elektron sistem oxuya bilmir. Hətta "Pfizer" peyvəndindən istifadə edən vətəndaşlarımız da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə deputat Vüqar Bayramov özünün "Facebook" hesabında paylaşım edib.
O, 2021-ci ilin ilk ayından sonra sərt karantin tədbirləri tətbiq etmədən yoluxma sayında kəskin artımın qarşısının alınması istiqamətində görülən işləri təqdirəlayiq hesab etdiyini qeyd edib:

"Bununla yanaşı, peyvənd sertifikatının elektronlaşması və eləcə də onun regional qəbul edilməsi baxımdan təəssüf ki, problemlər qalmaqdadır. Ötən həftə İtaliyada səfərdə olan zaman Avropa Birliyinin elektron bazasına inteqrasiya olunmamağın vətəndaşlarımız üçün yaratdığı texniki problemləri müşahidə etdim. Bu baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşması və Avropa Birliyi elektron sisteminə inteqrasiyasına ehtiyac var. Qeyd edək ki, Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımından hər hansı əngəl yoxdur. Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar. Yeri gəlmişkən, birliyə üzv dövlətlər ilə yanaşı, Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub. Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukrayna elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR-kodları Avropada tanınır və oxunur. Bizim peyvənd sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Vüqar Bayramov
Məlumat üçün bildirək ki, bu ilin noyabr ayından Azərbaycan vətəndaşlarının COVID-19 pasportu İngiltərədə tanınacaq. Britaniya hökumətinin saytının yaydığı məlumata görə, 1 noyabr 2021-ci il tarixdən etibarən "Oxford-AstraZeneca", "Pfizer-BioNTech", "Moderna""Johnson&Johnson" peyvəndlərinin hər iki dozasını qəbul etmiş Azərbaycan vətəndaşlarının vaksin pasportu İngiltərə hökuməti tərəfindən qəbul ediləcək. Tələblərə görə, sərnişinlər peyvəndin ikinci dozasını səyahətdən azı 14 gün əvvəl qəbul etməlidirlər. Eyni zamanda vaksin sertifikatları ingilis dilində olmalı, şəxsin adı, doğum tarixi, vaksini nə zaman və harada qəbul etdiyi ilə bağlı məlumatlar öz əksini tapmalıdır. Azərbaycandan səyahət edən şəxslər İngiltərəyə daxil olarkən sərnişin lokator formaları doldurmalı, İngiltərəyə çatdıqdan iki gün sonra isə PCR və ya "lateral flow" test adlanan daha ucuz testlərdən verərək neqativ nəticə almalıdırlar.
Xatırladaq ki, bu qərara qədər Azərbaycanın vaksin sertifikatları Britaniyada keçərli olmadığı üçün səyahət edən şəxslər İngiltərədə azı 5 gün karantin rejiminə əməl etməli idilər.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin iyun ayının 7-dən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlar "Pfizer" vaksinindən də istifadə edə bilirlər. Hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.
Qeyd edək ki, "Pfizer" vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.
Həmçinin oxuyun:
Koronavirusa qarşı ömürlük vaksin yoxdur - Nə etməli?
* ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
* COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
* Vaksin olunmuşlardan yoluxma ehtimalı
Xəbər lenti
0