Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusa qarşı ömürlük vaksin yoxdur - Nə etməli?

© Sputnik / Murad OrujovAzərbaycanda hotel əməkdaşına peyvənd vurur, arxiv şəkli
Azərbaycanda hotel əməkdaşına peyvənd vurur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
Yeni tip koronavirus infeksiyasına qarşı ömürlük vaksin hələ yaradılmayıb. Nazirlik rəsmisi immuniteti artırmağın yollarını açıqlayır.
BAKI, 15 dekabr — Sputnik. Hər bir vaksin orqanizmin immun sistemini gücləndirir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsrail Məhərrəmbəyli COVID-19 mövzusunda çıxışında deyib.
Nazirlik rəsmisi deyib ki, koronavirus əleyhinə vaksinlərin immunoqlobulin yaratma müddəti 5-6 aydır:

“Elə vaksinlər olur ki, ömürlük immun cavab yaradır. 5-6 aydan bir koronavirus əleyhinə vaksin vurulmalıdır. "Buster" doza immuniteti zəif olanlar üçün daha çox tövsiyə olunur”.

“Elə vaksinlər olur ki, ömürlük immun cavab yaradır. 5-6 aydan bir koronavirus əleyhinə vaksin vurulmalıdır. "Buster" doza immuniteti zəif olanlar üçün daha çox tövsiyə olunur”.
O qeyd edib ki, COVID-19 virusu ilə bağlı elmi-tədqiqat işləri sona qədər aparılmayıb.
Həmçinin onu da bildirək ki, yeni tip koronavirus infeksiyasına qarşı ömürlük vaksin hələ ki dünyada yaradılmayıb.
Bu günlərdə məlum olub ki, peyvəndin hər iki dozasını vurdurmayanlar və ya ikinci dozadan dörd-beş ay keçənlərdə "omikron"a yoluxma sayı artıb. Aparılan tədqiqatlar göstərir ki, vaksinin üçüncü dozasını qəbul edənlərdə neytrallaşdırıcı anticisimlərin səviyyəsi 25 dəfə artıb.
Həkim-terapevt Nahid Məhərrəmovun sözlərinə görə, əhalinin peyvəndlənməsi sürətlə davam etdirilməlidir, çünki peyvənd aparıldığı təqdirdə istənilən ştammdan qorunmaq mümkündür. Birmənalı şəkildə sübut edilib ki, "omikron" ştammına "buster" dozanı almayanlarda daha çox rast gəlinir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının virusun yeni variantı haqda texniki məlumatında deyilir ki, koronavirusun yeni ştammı - "omikron" vaksinlər qarşısında nisbətən dayanıqlı olsa da, təhlükəsi "delta" qədər deyil.
"Hazırda məlumatlar məhduddur və vaksinlərin "Omikron"a qarşı effektiv olduğunu təsdiqləyən sübutlar yoxdur. İlkin məlumatlar və "omikron" ştammının zülalının kifayət qədər dəyişmiş antigen profili bunu ehtimal etməyə əsas verir ki, vaksinlərin infeksiyaya qarşı effektivliyi azalıb", - bəyanatda bildirilir.
ÜST-dən vurğulayıblar ki, bununla yanaşı, ilkin məlumatlar yeni ştammın təhlükəsinin daha az olduğunu göstərir, çünki aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.
Ancaq "Omikron"u artıq 63 ölkədə aşkarlayıblar. Yayılma sürətinə görə o, "Delta"nı keçə bilər, ancaq bunun nə ilə əlaqədar olduğu aydın deyil.
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "omikron" adı verib. B.1.1.529 variantı ilkin olaraq CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.
Bir sıra ölkələr Afrikanın səkkiz ölkəsi, o cümlədən CAR-la aviasiya əlaqəsini məhdudlaşdırıb.
Gebreyesusun fövqəladə hallara hazırlıq üzrə müavini Juad Macur isə uçuşlara qadağa qoyulmasının virusun yeni ştammının yayılmasına əngəl olmayacağını deyib.
Eləcə də oxuyun:
* Yaponiyada COVID-19-dan ölüm səviyyəsi niyə aşağıdır?
* ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
* COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
* Vaksin olunmuşlardan yoluxma ehtimalı
* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir
* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi
Xəbər lenti
0