CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar şəhidlərini belə yaşadırlar

© Sputnik / Emin AlisahibFüzuli Tarix-Diyarşunaslıq Muzeyi
Füzuli Tarix-Diyarşunaslıq Muzeyi - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Abunə olmaq
Muzey işçisi deyir ki, Füzuli rayonuna qonaq gələn şəxslər birinci bu ünvana üz tuturlar.
BAKI, 16 dekabr — Sputnik. Bura müqəddəs məkandır. Füzuli şəhidlərinin, 78 qəhrəmanın ruhunun dolaşdığı Füzuli Tarix-diyarşünaslıq muzeyi. Muzeyin stendlərində Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin bir qisminin geyimləri, sənədləri, fəxri fərmanları, fotoları və digər əşyaları, eləcə də onlar haqda məlumatlar sərgilənir.
Hər eksponatda sanki bir qəhrəmanın canlı nəfəsi duyulur. Muzeyin fond müdiri Xalisə Məmmədova Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində deyir ki, bu əşyaları muzeyin əməkdaşları bir-bir şəhid ailələrindən toplayıblar.
© Sputnik / Emin AlisahibFüzuli Tarix-Diyarşunaslıq Muzeyi
Füzuli Tarix-Diyarşunaslıq Muzeyi - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Füzuli Tarix-Diyarşunaslıq Muzeyi
"Rayonumuz Vətən müharibəsində 78 şəhid verdi. Biz də həmin şəhidlərin əşyalarını toplayıb muzeydə qorumaq qərarına gəldik. Əvvəlcə çətin görünsə də sonradan şəhid ailələrini özləri bizə dəstək oldular. İllər, əsrlər keçəcək, amma buradakı hər bir əşya tarixin dilsiz şahidləri kimi qalacaq".
Fond müdiri deyir ki, sərginin açılışı Füzuli rayonunun erməni işğalından azad olunması tarixinə təsadüf edib.
© Sputnik / Emin Alisahib
Füzuli Tarix-Diyarşunaslıq Muzeyi - Sputnik Azərbaycan
1/3
© Sputnik / Emin Alisahib
Füzuli Tarix-Diyarşunaslıq Muzeyi - Sputnik Azərbaycan
2/3
© Sputnik / Emin Alisahib
Füzuli Tarix-Diyarşunaslıq Muzeyi - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
"Bu sərgi böyük marağa səbəb oldu. Biz bir daha şahidi oluruq ki, xalqımız şəhidlərimizə nə qədər dəyər verir. Onların tanınmasında hər kəs maraqlıdır. Hətta rayonumuza qonaq gələn şəxslər birinci bu ünvana üz tuturlar. Bu da bizi, təbii ki, qürurlandırır. Biz nə qədər vacib bir addım atdığımızın fərqində oluruq”.
Muzeydə müxtəlif media qurumlarının şəhidlərin döyüş yolundan bəhs edən məqalələri, kitablar və digər nəşrlər də sərgilənir. Qeyd edək ki, Füzulidən olan şəhidlərin şəxsi əşyalarının muzeyə toplanması davam etdirilir.
Eləcə də oxuyun:
* Atasını tabutda təsvir edən altı yaşlı şəhid balası ilə ağrılı söhbət - VİDEO
* On doqquz yaşlı şəhidin son sözü: "Ata, Kəlbəcərə gedirik, mənə dua elə"
Xəbər lenti
0