https://sputnik.az/20211118/on-doqquz-yasli-sehidin-son-sozu-ata-kelbecere-gedirik-mene-dua-ele-436432713.html
On doqquz yaşlı şəhidin son sözü: "Ata, Kəlbəcərə gedirik, mənə dua elə"
On doqquz yaşlı şəhidin son sözü: "Ata, Kəlbəcərə gedirik, mənə dua elə"
Sputnik Azərbaycan
Əslən Ağdam rayonundan olan Elmin Əlizadə səkkiz ay öncə hərbi xidmətə yollanmışdı, ən böyük arzusu ata yurduna dönüb orada yaşamaq idi. 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T11:11+0400
2021-11-18T11:11+0400
2021-11-18T11:11+0400
şəhid
azərbaycan-ermənistan sərhədində vəziyyət
laçın
mingəçevir
kəlbəcər
müharibə adamları
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436431782_0:0:1040:585_1920x0_80_0_0_bc2aa5c6baccd19e093f830cecb6bd39.jpg
BAKI, 18 noyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan Elmin Samir oğlu Əlizadə əslən Ağdam rayonundan olsa da Mingəçevirdə, məcburi köçkünlər üçün salınan Yeni Həyat qəsəbəsində doğulub. Kiçik yaşlarından idmana həvəsli olduğundan valideynləri futbola yazdırıblar. Elmin Əlizadə 2013-2016-cı illərdə AFFA liqalarında oynayıb. Ən böyük arzusu isə doğma yurdu Ağdamı görmək, orada yaşamaq idi.Sputnik Azərbaycan-ın məlumatına görə, səkkiz ay öncə hərbi xidmətə çağırılan E.Əlizadə Qubadlı, Laçın rayonlarında xidmətini davam etdirib. Şəhidlik zirvəsinə ucalmazdan iki gün qabaq isə atası Samir Əliyevlə danışaraq Kəlbəcərə getdiyini deyib.“Oğlum səkkiz ay idi, hərbi xidmətə çağırılmışdı. Əvvəlcə Gəncədə oldu, andiçmədən sonra isə Qubadlıya, oradan Laçına göndərmişdilər. Üç-dörd ay idi, Laçının özündə idi. Axırıncı dəfə iki gün öncə danışdım özü ilə, dedi, ata, Kəlbəcərə gedirəm, mənə dua elə. Şəhid olmazdan bir gün qabaq isə komandiri ilə danışdım, dedi, normaldır hər şey. Elmin də kənardan səsləndi ki, “Ata, narahat olma e, yaxşıyam”. Sonda isə zarafatla dedi, ay ata, şəhid olub gələcəyəm, mənimlə fəxr edəcəksən. Dedim, ay oğul, o nə deməkdir, ürəyimizi partlatma. Dedi, mənimlə fəxr edəcəksiniz. Sonuncu danışığı elə o oldu. Qorxmaz oğul idi, heç nədən çəkinmirdi. Sanki hiss etmişdi şəhid olacağını. Nə deyim, Vətən sağ olsun!” - şəhid atası söyləyir.Elmin Əlizadənin nəşi gecə saatlarında Mingəçevirə gətirilərək ailəsinə təhvil verilib. 19 yaşlı Elmin Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.Eləcə də oxuyun:* Ailənin sonbeşiyi olan şəhid Cəlilabadda torpağa verildi* Gəncə şəhid oğlunu izdihamla son mənzilə yola saldı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436431782_130:0:910:585_1920x0_80_0_0_4b6db8f3e2373e8ef8c38c33f92b198c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhid, laçın, mingəçevir, kəlbəcər, müharibə adamları
şəhid, laçın, mingəçevir, kəlbəcər, müharibə adamları
On doqquz yaşlı şəhidin son sözü: "Ata, Kəlbəcərə gedirik, mənə dua elə"
Əslən Ağdam rayonundan olan Elmin Əlizadə səkkiz ay öncə hərbi xidmətə yollanmışdı, ən böyük arzusu ata yurduna dönüb orada yaşamaq idi.
BAKI, 18 noyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan Elmin Samir oğlu Əlizadə əslən Ağdam rayonundan olsa da Mingəçevirdə, məcburi köçkünlər üçün salınan Yeni Həyat qəsəbəsində doğulub. Kiçik yaşlarından idmana həvəsli olduğundan valideynləri futbola yazdırıblar. Elmin Əlizadə 2013-2016-cı illərdə AFFA liqalarında oynayıb. Ən böyük arzusu isə doğma yurdu Ağdamı görmək, orada yaşamaq idi.
Sputnik Azərbaycan-ın məlumatına görə, səkkiz ay öncə hərbi xidmətə çağırılan E.Əlizadə Qubadlı, Laçın rayonlarında xidmətini davam etdirib. Şəhidlik zirvəsinə ucalmazdan iki gün qabaq isə atası Samir Əliyevlə danışaraq Kəlbəcərə getdiyini deyib.
“Oğlum səkkiz ay idi, hərbi xidmətə çağırılmışdı. Əvvəlcə Gəncədə oldu, andiçmədən sonra isə Qubadlıya, oradan Laçına göndərmişdilər. Üç-dörd ay idi, Laçının özündə idi. Axırıncı dəfə iki gün öncə danışdım özü ilə, dedi, ata, Kəlbəcərə gedirəm, mənə dua elə. Şəhid olmazdan bir gün qabaq isə komandiri ilə danışdım, dedi, normaldır hər şey. Elmin də kənardan səsləndi ki, “Ata, narahat olma e, yaxşıyam”. Sonda isə zarafatla dedi, ay ata, şəhid olub gələcəyəm, mənimlə fəxr edəcəksən. Dedim, ay oğul, o nə deməkdir, ürəyimizi partlatma. Dedi, mənimlə fəxr edəcəksiniz. Sonuncu danışığı elə o oldu. Qorxmaz oğul idi, heç nədən çəkinmirdi. Sanki hiss etmişdi şəhid olacağını. Nə deyim, Vətən sağ olsun!” - şəhid atası söyləyir.
Elmin Əlizadənin nəşi gecə saatlarında Mingəçevirə gətirilərək ailəsinə təhvil verilib. 19 yaşlı Elmin Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.