https://sputnik.az/20211215/delta-ve-omikron-stamlarina-eyni-vaxtda-yoluxmaq-mumkundur---vektor-437274820.html
Delta və omikron ştamlarına eyni vaxtda yoluxmaq mümkündür - Vektor
Delta və omikron ştamlarına eyni vaxtda yoluxmaq mümkündür - Vektor
Sputnik Azərbaycan
İnsanın eyni vaxtda koronovirusun iki növ ştamına yoluxması mümkündür. Virusun mutasiyaları orqanlara fərqli yollarla zərər verir.
2021-12-15T23:59+0400
2021-12-15T23:59+0400
2021-12-16T00:56+0400
koronavirus
səhiyyə
ümumdünya səhiyyə təşkilatı
üst
"delta" ştammı
omikron ştammı
omikron
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0c/424660862_0:0:3071:1728_1920x0_80_0_0_c9bd8396c3d44085a94ec54626b694a0.jpg
BAKI, 15 dekabr — Sputnik. Koronavirusun iki ştammı ilə eyni vaxtda yoluxma ehtimalı mövcuddur, ancaq bu, olduqca nadir halda baş verir. Bu barədə Rospotrebnadzorun "Vektor" Yekaterinburq Virus İnfeksiyalar Elmi-Tədqiqat İnstitutunun rəhbəri, biologiya elmləri doktoru Aleksandr Semyonov RİA Novosti-yə bildirib.Bu yaxınlarda ABŞ-ın "Moderna" əczaçılıq şirkətinin baş tibb mütəxəssisi Pol Berton bildirib ki, eyni anda koronavirusun "omikron" və "delta" ştammına yoluxma ehtimalı var ki, bu da növbəti mutasiyalara səbəb ola bilər."İnsanın eyni vaxtda koronovirusun iki növ ştammına yoluxma ehtimalı, əlbəttə ki, mövcuddur, ancaq bu olduqca nadir hadisələrdir. Virusun müxtəlif mutasiyaları insanın müəyyən orqanlarına fərqli yollarla zərər verir", - deyə Semyonov vurğulayıb.Ən son ştamm Omikron necə əmələ gəlibBu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı bəyan etmişdi ki, bu cür davam edərsə, yunan əlifbasında koronavirusun yeni ştammlarını adlandırmaq üçün hərf qalmayacaq. Eyni zamanda qurum yunan əlifbasının 15-ci hərfi ilə adlandırılan yeni “Omikron” ştammının təxminən necə yarandığını açıqlayıb. ÜST-ün Təxirəsalınmaz Təcili Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove bildirib ki, bu ştammın haradan gəldiyi məlum deyil, amma nəzərdən keçirilən fərziyyələrdən birinə görə, koronavirusdan tam sağalmayan, immuniteti zəifləmiş xəstənin bədənində xeyli müddət ərzində bölünərək çoxlıb. Beləcə yeni variant ortaya çıxıb. ÜST nümayəndəsi, həmçinin ərazisində yeni ştamın ortaya çıxması ilə əlaqədar məlumat verən ölkələri “ləkələməməyə” və buna balanslı şəkildə reaksiya verməyə çağırıb."Risklərə balanslaşdırılmış yanaşma lazımdır. Unutmamalıyıq ki, “Delta” ştammı yoxa çıxmayıb və bütün dünyada insanların ölümünə səbəb olur. Nə qədər insanın “Delta”ya yoluxduğunu da unutmaq olmaz", - deyə ÜST-ün nümayəndəsi xatırladıb.Qeyd edək ki, ÜST ötən cümə günü keçirdiyi fövqəladə iclasdan sonra, Botsvana və Cənubi Afrika respublikalarında koronavirusun yeni variantını narahatlıq doğuran ştamm kimi təsnif etmək qərarına gəlib və B.1.1.529 ştammı yunan əlifbasının 15-ci hərfi ilə “Omikron” adlandırılıb.Eləcə də oxuyun:* Yaponiyada COVID-19-dan ölüm səviyyəsi niyə aşağıdır?* ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir* COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər* Vaksin olunmuşlardan yoluxma ehtimalı* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0c/424660862_16:0:2747:2048_1920x0_80_0_0_1e14a646ffe47ccb10d70ad7e7c96e0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19 mutasiya hamısı orqanizmə fərqli ziyan verir
covid-19 mutasiya hamısı orqanizmə fərqli ziyan verir
Delta və omikron ştamlarına eyni vaxtda yoluxmaq mümkündür - Vektor
23:59 15.12.2021 (Yenilənib: 00:56 16.12.2021) İnsanın eyni vaxtda koronovirusun iki növ ştammına yoluxma ehtimalı var, ancaq bu, olduqca nadir hadisələrdir. Virusun müxtəlif mutasiyaları insanın müəyyən orqanlarına fərqli yollarla zərər verir.
BAKI, 15 dekabr — Sputnik. Koronavirusun iki ştammı ilə eyni vaxtda yoluxma ehtimalı mövcuddur, ancaq bu, olduqca nadir halda baş verir.
Bu barədə Rospotrebnadzorun "Vektor" Yekaterinburq Virus İnfeksiyalar Elmi-Tədqiqat İnstitutunun rəhbəri, biologiya elmləri doktoru Aleksandr Semyonov RİA Novosti-yə bildirib.
Bu yaxınlarda ABŞ-ın "Moderna" əczaçılıq şirkətinin baş tibb mütəxəssisi Pol Berton bildirib ki, eyni anda koronavirusun "omikron" və "delta" ştammına yoluxma ehtimalı var ki, bu da növbəti mutasiyalara səbəb ola bilər.
"İnsanın eyni vaxtda koronovirusun iki növ ştammına yoluxma ehtimalı, əlbəttə ki, mövcuddur, ancaq bu olduqca nadir hadisələrdir. Virusun müxtəlif mutasiyaları insanın müəyyən orqanlarına fərqli yollarla zərər verir", - deyə Semyonov vurğulayıb.
Ən son ştamm Omikron necə əmələ gəlib
Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı bəyan etmişdi ki, bu cür davam edərsə, yunan əlifbasında koronavirusun yeni ştammlarını adlandırmaq üçün hərf qalmayacaq. Eyni zamanda qurum yunan əlifbasının 15-ci hərfi ilə adlandırılan yeni “Omikron” ştammının təxminən necə yarandığını açıqlayıb.
ÜST-ün Təxirəsalınmaz Təcili Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove bildirib ki, bu ştammın haradan gəldiyi məlum deyil, amma nəzərdən keçirilən fərziyyələrdən birinə görə, koronavirusdan tam sağalmayan, immuniteti zəifləmiş xəstənin bədənində xeyli müddət ərzində bölünərək çoxlıb. Beləcə yeni variant ortaya çıxıb.
ÜST nümayəndəsi, həmçinin ərazisində yeni ştamın ortaya çıxması ilə əlaqədar məlumat verən ölkələri “ləkələməməyə” və buna balanslı şəkildə reaksiya verməyə çağırıb.
"Risklərə balanslaşdırılmış yanaşma lazımdır. Unutmamalıyıq ki, “Delta” ştammı yoxa çıxmayıb və bütün dünyada insanların ölümünə səbəb olur. Nə qədər insanın “Delta”ya yoluxduğunu da unutmaq olmaz", - deyə ÜST-ün nümayəndəsi xatırladıb.
Qeyd edək ki, ÜST ötən cümə günü keçirdiyi fövqəladə iclasdan sonra, Botsvana və Cənubi Afrika respublikalarında koronavirusun yeni variantını narahatlıq doğuran ştamm kimi təsnif etmək qərarına gəlib və B.1.1.529 ştammı yunan əlifbasının 15-ci hərfi ilə “Omikron” adlandırılıb.
* Qamaleya Mərkəzində
"Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər