https://sputnik.az/20211215/azerbaycanin-bir-rayonunda-ehali-heftenin-iki-gunu-avtobusda-pulsuz-gedecek-437264311.html
Azərbaycanın bir rayonunda əhali həftənin iki günü avtobusda pulsuz gedəcək
Azərbaycanın bir rayonunda əhali həftənin iki günü avtobusda pulsuz gedəcək
Sputnik Azərbaycan
Azərbaycanın rayonlarından birində bazar ertəsi və cümə günləri avtobuslarda ödənişsiz getmək üçün şərait yaradılır
2021-12-15T13:02+0400
2021-12-15T13:02+0400
2021-12-15T13:02+0400
cəmiyyət
avtobus
rayon
əhali
gün
həftə
gediş
azərbaycan
pulsuz
https://cdnn1.img.sputnik.az/img/42300/44/423004419_0:0:3376:1899_1920x0_80_0_0_c3e3fa8673b0e82d6ad82f5beb1acbe1.jpg
BAKI, 15 dekabr — Sputnik. Bazar ertəsi və cümə günü avtobusda ilk gediş pulsuz olacaq.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Mərkəzi Bankda “Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda mətbuat nümayəndələri üçün keçirilən onlayn təlimdə “Mastercard”ın Türkiyə üzrə təmsilçisi Cem Yıldız deyib.Onun sözlərinə görə, artıq Şamaxı ictimai nəqliyyatında "MasterCard" vasitəsi ilə təmassız ödəniş mümkün olacaq: "Şamaxı ictimai nəqliyyatında "MasterCard" kartınızla təmassız ödəyib, bazar ertəsi və cümə günləri ödənişsiz gedişlərdən zövq almaq mümkün olacaq".Qeyd edək ki, bu, Azərbaycanda yenilikdir.Xatırladaq ki, "MasterCard" təmassız ödənişləri təşviq etmək üçün Azərbaycanda çoxsaylı layihələr icra edir. Bu yaxınlarda qərar verilib ki, Bakı və Sumqayıtın ictimai nəqliyyatında vahid ödəniş sistemindən - "BakıKart"dan istifadə olunsun. Buna səbəb isə avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartlarının insanlara problem yaşatması olub.Eləcə də oxuyun:* Nəqliyyatda problem yaşadan kartların istifadəsi dayandırıldı - Yenisi necə olacaq?* Şayiələrə aydınlıq gətirildi: Bakıda avtobus və metroda gedişhaqqı yeni üsulla ödəniləcək
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42300/44/423004419_701:0:3368:2000_1920x0_80_0_0_a63f720030523db77c025af7d1b36d41.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həftədə iki gün avtobusda pulsuz getmək olar - məkan və şərt
həftədə iki gün avtobusda pulsuz getmək olar - məkan və şərt
Azərbaycanın bir rayonunda əhali həftənin iki günü avtobusda pulsuz gedəcək
Bazar ertəsi və cümə günləri ödənişsiz gedişlərdən zövq almaq mümkün olacaq, ancaq bir şərt var.
BAKI, 15 dekabr — Sputnik. Bazar ertəsi və cümə günü avtobusda ilk gediş pulsuz olacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Mərkəzi Bankda “Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda mətbuat nümayəndələri üçün keçirilən onlayn təlimdə “Mastercard”ın Türkiyə üzrə təmsilçisi Cem Yıldız deyib.
Onun sözlərinə görə, artıq Şamaxı ictimai nəqliyyatında "MasterCard" vasitəsi ilə təmassız ödəniş mümkün olacaq: "Şamaxı ictimai nəqliyyatında "MasterCard" kartınızla təmassız ödəyib, bazar ertəsi və cümə günləri ödənişsiz gedişlərdən zövq almaq mümkün olacaq".
Qeyd edək ki, bu, Azərbaycanda yenilikdir.
Xatırladaq ki, "MasterCard" təmassız ödənişləri təşviq etmək üçün Azərbaycanda çoxsaylı layihələr icra edir.
Bu yaxınlarda qərar verilib ki, Bakı və Sumqayıtın ictimai nəqliyyatında vahid ödəniş sistemindən - "BakıKart"dan istifadə olunsun. Buna səbəb isə avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartlarının insanlara problem yaşatması olub.