https://sputnik.az/20211122/neqliyyatda-problem-yasadan-kartlarin-istifadesi-dayandirildi---yenisi-nece-olacaq--436560689.html
Nəqliyyatda problem yaşadan kartların istifadəsi dayandırıldı - Yenisi necə olacaq?
Nəqliyyatda problem yaşadan kartların istifadəsi dayandırıldı - Yenisi necə olacaq?
Sputnik Azərbaycan
Sumqayıtda marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə bu il sentyabrın 28-dən başlanılmışdı. Lakin sərnişinlərin kartlara... 22.11.2021, Sputnik Azərbaycan
2021-11-22T18:01+0400
2021-11-22T18:01+0400
2021-11-22T18:01+0400
avtobus
azərbaycan xəbərləri
sumqayıt
"bakıkart"
gediş haqqı
https://cdnn1.img.sputnik.az/img/42284/24/422842433_0:187:1000:750_1920x0_80_0_0_a591276db64ef3a5355fd9c70ed494aa.jpg
BAKI, 22 noyabr — Sputnik. Bakı və Sumqayıtın ictimai nəqliyyatında vahid ödəniş sistemindən - "BakıKart"dan istifadə olunacaq.Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Toqif Saydumov deyib.T. Saydumovun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyat kart sisteminə keçir". Bu vaxta qədər 19 marşrutda gediş haqqının ödənişi kartla həyata keçirilib. Bizim 206 avtobusumuz var. Onların hər birində yeni aparatlar quraşdırılacaq".O qeyd edib ki, artıq "BakıKart" sistemi ilə eyni olan kartlar da sifariş edilib: "Sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Bu, böyük həcmli işdir. Yəqin ki, bu prosesin yekunlaşması bir aydan tez olmayacaq. Çünki 206 avtobusda aparat quraşdırılmalıdır, yeni kartlar hazırlanmalıdır. Kartın adının "BakıKart" olaraq qalacağı və ya dəyişəcəyi hələ dəqiq bilinmir. Amma kart həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında eyni rola malik olacaq".Xatırladaq ki, noyabrın 22-dən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş validatorlarda olan texniki nasazlıq səbəbindən müvəqqəti dayandırılıb. Sumqayıtda marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə bu il sentyabrın 28-dən başlanılmışdı. Lakin sərnişinlərin kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayət etdikləri müşahidə edilirdi.Eləcə də oxuyun:* Şayiələrə aydınlıq gətirildi: Bakıda avtobus və metroda gedişhaqqı yeni üsulla ödəniləcək* "BakıKart" balansını onlayn artırmaq mümkün olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42284/24/422842433_0:0:1000:750_1920x0_80_0_0_168d1ada65b5b026b7f114ea369ae4e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtobus, sumqayıt, "bakıkart", gediş haqqı
avtobus, sumqayıt, "bakıkart", gediş haqqı
Nəqliyyatda problem yaşadan kartların istifadəsi dayandırıldı - Yenisi necə olacaq?
Sumqayıtda marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə bu il sentyabrın 28-dən başlanılmışdı. Lakin sərnişinlərin kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayət etdikləri müşahidə edilirdi
BAKI, 22 noyabr — Sputnik. Bakı və Sumqayıtın ictimai nəqliyyatında vahid ödəniş sistemindən - "BakıKart"dan istifadə olunacaq.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi
Toqif Saydumov deyib.
O bildirib ki, artıq Türkiyədən yeni validator aparatları sifariş edilib: "Bu gündən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş müvəqqəti olaraq dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı. Bu barədə çoxsaylı şikayətlər olunurdu. Bu problemin aradan qaldırılması üçün təzə validator aparatları sifariş verilib. Əvvəlki aparatlar Sankt-Peterburqdan gətirilmişdi və özünü doğrultmadı. Yeni aparatlar Türkiyədən gətiriləcək".
T. Saydumovun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyat kart sisteminə keçir". Bu vaxta qədər 19 marşrutda gediş haqqının ödənişi kartla həyata keçirilib. Bizim 206 avtobusumuz var. Onların hər birində yeni aparatlar quraşdırılacaq".
O qeyd edib ki, artıq "BakıKart" sistemi ilə eyni olan kartlar da sifariş edilib: "Sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Bu, böyük həcmli işdir. Yəqin ki, bu prosesin yekunlaşması bir aydan tez olmayacaq. Çünki 206 avtobusda aparat quraşdırılmalıdır, yeni kartlar hazırlanmalıdır. Kartın adının "BakıKart" olaraq qalacağı və ya dəyişəcəyi hələ dəqiq bilinmir. Amma kart həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında eyni rola malik olacaq".
T.Saydumov bildirib ki, yeni kartların alınması üçün əlavə ödəniş olmayacaq: "Köhnə kartlar yeniləri ilə başabaş dəyişdiriləcək. Kimin kartında vəsait qalıbsa, o təzə karta köçürüləcək. Burada nə pul itkisi olacaq, nə də yeni karta görə əlavə ödəniş".
Xatırladaq ki, noyabrın 22-dən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş validatorlarda olan texniki nasazlıq səbəbindən müvəqqəti dayandırılıb. Sumqayıtda marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə bu il sentyabrın 28-dən başlanılmışdı. Lakin sərnişinlərin kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayət etdikləri müşahidə edilirdi.
* Şayiələrə aydınlıq gətirildi: Bakıda avtobus və metroda gedişhaqqı yeni üsulla ödəniləcək