https://sputnik.az/20211027/sayielere-aydinliq-getirildi-bakida-avtobus-ve-metroda-gedishaqqi-yeni-usulla-odenilecek-434621613.html
Şayiələrə aydınlıq gətirildi: Bakıda avtobus və metroda gedişhaqqı yeni üsulla ödəniləcək
Şayiələrə aydınlıq gətirildi: Bakıda avtobus və metroda gedişhaqqı yeni üsulla ödəniləcək
Sputnik Azərbaycan
"Daha sonra metroda nəzarət buraxılış məntəqələrində bank kartı vasitəsilə ödənişin aparılması üçün texniki məsələlər həll ediləcək" 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T11:44+0400
2021-10-27T11:44+0400
2021-10-27T11:44+0400
avtobus
cəmiyyət
bank
metro
gedişhaqqı
kart
"bakıkart"
bna
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427106435_0:108:2045:1258_1920x0_80_0_0_7eb7440ba60c608ca17807bde93df3ca.jpg
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanda yaxın vaxtlarda bank kartı vasitəsilə gediş haqlarını yükləmək mümkün olacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, hazırda sərnişinlərin NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəməsi üçün işlər aparılır.M.Ağayev bildirib ki, hazırda sərnişinlər "Bakıkart"ın balansını onlayn artıra bilirlər. Gələcəkdə isə ödəniş bank kartı vasitəsilə aparılacaq.M.Ağayev həmçinin "BakıKart" satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan (bir neçə gedişlik) gediş kartlarının satışının dayandırılması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bunun da səbəbi bank kartı vasitəsilə ödəniş sistemi üzərində aparılan işlərdir. Qurum sözçüsü əlavə edib ki, daha məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki "Bakıkart"ın balansının onlayn, internet üzərindən artırılması xidməti istifadəyə verilib.“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metroda gediş haqqının bank kartı üzərindən aparılması gələn il tətbiq edilə bilər. O bildirib ki, hazırda bu istiqamətdə texniki dizayn işləri aparılır: "Daha sonra metroda nəzarət buraxılış məntəqələrində bank kartı vasitəsilə ödənişin aparılması üçün texniki məsələlər həll ediləcək. Metroda da gediş haqqının kart vasitəsilə aparılmasının gələn ilə istifadəyə verilməsi nəzərdə tutulub".Məlumat üçün onu da əlavə edək ki, hazırda avtobusların bir qismində gediş haqqı "Bakıkart", digərlərində nağd formada aparılır. Bakı metrosunda isə gediş haqqı "Bakıkart" vasitəsilə həyata keçirilir. Xatırladaq ki, oktyabr ayından sərnişinlər online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmaqla kartın balansını onlayn artıra bilirlər.Eləcə də oxuyun:* İctimai nəqliyyatda polis hərəkətə keçdi* Yol polisindən xəbərdarlıq - "saxla" deyildisə, dayanın!* Bu marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus"a həvalə edilib* İctimai nəqliyyatda gedişhaqqı artırılacaqmı?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427106435_0:0:1817:1363_1920x0_80_0_0_b9f33498749dfdd760c6f76a1cefd419.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtobus, bank, metro, gedişhaqqı, kart, "bakıkart", bna
avtobus, bank, metro, gedişhaqqı, kart, "bakıkart", bna
Şayiələrə aydınlıq gətirildi: Bakıda avtobus və metroda gedişhaqqı yeni üsulla ödəniləcək
"Daha sonra metroda nəzarət buraxılış məntəqələrində bank kartı vasitəsilə ödənişin aparılması üçün texniki məsələlər həll ediləcək"
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanda yaxın vaxtlarda bank kartı vasitəsilə gediş haqlarını yükləmək mümkün olacaq. Bu barədə
Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri
Mais Ağayev məlumat verib. O bildirib ki, hazırda sərnişinlərin NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəməsi üçün işlər aparılır.
M.Ağayev bildirib ki, hazırda sərnişinlər "Bakıkart"ın balansını onlayn artıra bilirlər. Gələcəkdə isə ödəniş bank kartı vasitəsilə aparılacaq.
M.Ağayev həmçinin "BakıKart" satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan (bir neçə gedişlik) gediş kartlarının satışının dayandırılması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bunun da səbəbi bank kartı vasitəsilə ödəniş sistemi üzərində aparılan işlərdir. Qurum sözçüsü əlavə edib ki, daha məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki "Bakıkart"ın balansının onlayn, internet üzərindən artırılması xidməti istifadəyə verilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metroda gediş haqqının bank kartı üzərindən aparılması gələn il tətbiq edilə bilər. O bildirib ki, hazırda bu istiqamətdə texniki dizayn işləri aparılır: "Daha sonra metroda nəzarət buraxılış məntəqələrində bank kartı vasitəsilə ödənişin aparılması üçün texniki məsələlər həll ediləcək. Metroda da gediş haqqının kart vasitəsilə aparılmasının gələn ilə istifadəyə verilməsi nəzərdə tutulub".
Məlumat üçün onu da əlavə edək ki, hazırda avtobusların bir qismində gediş haqqı "Bakıkart", digərlərində nağd formada aparılır. Bakı metrosunda isə gediş haqqı "Bakıkart" vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, oktyabr ayından sərnişinlər online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmaqla kartın balansını onlayn artıra bilirlər.
* İctimai nəqliyyatda
polis hərəkətə keçdi*
Yol polisindən xəbərdarlıq - "saxla" deyildisə, dayanın!