Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bəzi həkimlərə qohumları belə etibar etmirlər

© AFP 2024 / PIERO CRUCIATTIXəstəxanada həkim, arxiv şəkli
Xəstəxanada həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
BAKI, 14 dekabr — Sputnik. "Bəzi həkimlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı doğru olmayan xəbərlər verirlər. Bildirirlər ki, Agentlik suallara cavab vermir, maliyyə çatışmır".
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov "Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu" mövzusunda təlimdə deyib.
Direktor qeyd edib ki, icbari tibbi sığorta sisteminin işləkliyi ilə bağlı maliyyə vəsaiti kifayət qədərdir:

"Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb. O həkimə yüksək əməkhaqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Məsələn, Kliniki Tibbi Mərkəzdə 12 min manat əməkhaqqı alan cərrahlar, 5 min manatdan artıq maaş alan mama-ginekoloqlar var. Amma 300 manat maaş alan mama-ginekoloq da var. Çünki onun son 6 aydakı əməliyyat sayı sıfırdır".

"Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki, onu müayinə edəsən?! Deməli öz qohumları belə onlara etibar etmirlər. Belə olan halda digər vətəndaş onun yanına niyə gəlsin? Hətta bəzi dövlət rəsmiləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Vətəndaş məmnunluğu lazımdır", - deyə direktor bildirib.
K.Ələkbərov bildirib ki, artıq KTM-də urologiya və neyrocərrahiyyə şöbəsi açılıb:
"6 ayda gün ərzində urologiya şöbəsinin əməkdaşları tərəfindən 12-15, neyrocərrahiyyə şöbəsinin cərrahları tərəfindən isə 4-5 əməliyyat icra olunur.
Lakin əvvəlki 6 ayın statistikasına baxanda mərkəzdə rayon xəstəxanalarında olduğu kimi gündə cəmi 5-6 əməliyyat həyata keçirilirdi. Bu gün isə gündəlik olaraq 35 əməliyyat icra olunur. Gələcək üçün texniki avadanlıqların yenilənməsi nəticəsində gündəlik əməliyyatların sayının 50-ni keçməsini hədəfləyirik".
Həmçinin oxuyun:
Yaponiyada COVID-19-dan ölüm səviyyəsi niyə aşağıdır?
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
Vaksin olunmuşlardan yoluxma ehtimalı
Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
Xəbər lenti
0