Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Putinin SSRİ-ni bərpa edəcəyindən qorxur

© AP Photo / Alexander ZemlianichenkoSSSR
SSSR - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Görünür, onlar Rusiya prezidentinin sovet sisteminin qüsurlarını, SSRİ rəhbərliyinin məşum səhvlərini tənqid etməsi faktlarını diqqətə almaq üçün əhəmiyyətli hesab etmirlər.
İrina Alksnis, RİA Novosti
SSRİ-nin dağılmasının 30-cu ildönümü ərəfəsində ABŞ Dövlət Departamentinin sədr müavini Viktoriya Nuland Senatda bəyan etdi ki, Vladimir Putin Sovet İttifaqını bərpa etməklə tarixə düşmək istəyir.
Bu cür fikirlər (son illərdə çox tez-tez səsləndirilməsə də, müntəzəm şəkildə ifadə edilir) çaşqınlıq yaradır. Çünki aydın deyil, bu insanlar (söhbət Qərb elitasının ən yüksək səlahiyyətli nümayəndələrindən gedir) həqiqətənmi öz dediklərinə inanırlar, yoxsa bu, onlar üçün vahimə yaradan təbliğat vasitəsindən başqa bir şey deyil?
Yeri gəlmişkən, bu məqamda ikinci birincidən – həyasızcasına ikiüzlülük və yalançılıq biabırçı qeyri-professionallıqdan, geosiyasi rəqibi anlamamaqdan və ümumilikdə ağılsızlıqdan daha yaxşı olardı.
Heç kimə sirr deyil ki, Vladimir Putin SSRİ-nin süqutunu ötən əsrin ən böyük geosiyasi fəlakəti hesab edir və həmin dövrə qarşı sentimental hisslərini heç vaxt gizlətməyib. Nulanda görə, bu fakt onu "şər imperiyasını" yenidən dirçəltmək barədə məkrli planlarının olmasından şübhələnmək üçün kifayətdir. Amma belə görünür ki, onlar Rusiya prezidentinin sovet sisteminin qüsurlarını, SSRİ rəhbərliyinin məşum səhvlərini tənqid etməsi faktını diqqətə almaq üçün əhəmiyyətli hesab etmirlər.
Bu arada, Vladimir Putinin tariximizin sovet dönəminə münasibəti bir insanın deyil (onun həmin dövrlə bağlı xoş xatirələri var), artıq üçüncü onillikdir ki, ölkənin taleyinə görə məsuliyyət daşıyan dövlət xadiminin yanaşmasıdır.
Bu günlərdə SSRİ-nin dağılmasının səbəbləri və günahkarları ilə bağlı mübahisələr yenidən qızışıb. Ancaq mövcud versiyalar arasında ziddiyyətli fikirlərin sayı bir o qədər də çox deyil və səsləndirilən fikirləri bir neçə tezisdə ümumiləşdirmək olar.
Birincisi: Sovet İttifaqında yaşanan böhrana və onun süqutuna daxili səbəblər gətirib çıxarmışdı.
Xarici amillər – xüsusən də Qərb təbliğatının destruktiv rolu – bu prosesdə xırda, epizodik səviyyədə idi.
İkincisi: bu daxili səbəblər mahiyyət etibarı ilə sistemli xarakter daşıyırdı. Başqa sözlə, konkret insanların konkret qərarları oldu və bu da məşum nəticələrə gətirib çıxardı. Bu düz 30 il bundan əvvəl imzalanmış Belovejsk razılaşmasına da aiddir. Ancaq 1980-ci illərə qədər sovet elitasının əhəmiyyətli hissəsini təşkil edən insanların onları karyera pilləsinin ən yüksək zirvəsinə qaldıran dövləti böyük bir entuziazmla məhv etmələri, qalanlarının isə yeni status-kvonu səssizcə qəbul etmələri və çox az sayda insanın buna qarşı çıxması faktının özü sovet kadr siyasətinin əsas qüsurlarından xəbər verirdi.
Eləcə də, SSRİ-də dövlət quruculuğunun əsasını təşkil edən milli prinsipin də onun taleyində fatal rol oynadığını yada salmaq lazımdır ki, Putin də bu barədə dəfələrlə fikir bildirib. Və necə-neçə başqa səbəblər.
Üçüncüsü, ilk iki bəndin məntiqi davamıdır: SSRİ-nin parçalanması və süqutu bu dövlətin təməlində dayanan xüsusiyyətlər baxımından qaçılmaz idi. Sovet İttifaqı uzunmüddətli perspektivdə sadəcə, həyat qabiliyyətini itirmişdi.
Beləliklə də ölkə yetmişillik nəhəng eksperimentə imza atdı və həmin eksperiment heç də bundan kiçik olmayan iflasla nəticələndi. Özü də Rusiya – RSFSR – bu eksperimentə əsas donor və resurs mənbəyi kimi daxil olmuşdu. Və müvafiq olaraq həmin dövrdə onun inkişafına heç də yaxşı formada təsir göstərmədi. RSFSR bir sıra sosial-iqtisadi göstəricilərinə görə digər ittifaq respublikalarından geri qalırdı.
Bundan başqa, dövlət-siyasi təşkilat kimi Sovet İttifaqının süqutu onu can verməyə məcbur edən ölkələr üçün dəhşətli nəticələrə gətirib çıxardı. Rusiya bunun bəzi mənfi təsirlərini (məsələn, 1990-cı illərin demoqrafik fəlakətini) hələ onilliklər ərzində aradan qaldırmalı olacaq.
Putinin dövlət başçısı kimi bütün siyasəti də mahiyyət etibarı ilə sovet layihəsinə birbaşa ziddiyyət təşkil edir: mühafizəkarlıq ideoloji radikalizmə qarşı; tədrici (narazılara görə isə çox yavaş) yenidən formalaşma inqilaba qarşı, xalqın mühafizəsi səfərbərliyə və həddən artıq səy göstərməyə qarşı, təbii inkişaf – mücərrəd utopik modelə uyğun islahatlara qarşı və sair və ilaxır.
Putin və elə Rusiyanın bütün dövlət rəhbərliyi üçün Sovet İttifaqı bir sıra gözəl və xoş xatirələrin obyekti olaraq qalsa da dövlət-siyasi anlamda qorxuluq rolunda çıxış edir. Sovet İttifaqı – dəqiq nəyin yolverilməz olduğunun təcəssümüdür, çünki bu yol şübhəsiz növbəti milli fəlakətə aparıb çıxara bilər. Yetmiş il bir ölkə üçün, xüsusən də Rusiya kimi bir ölkə üçün həddən artıq azdır.
Yuxarıda qeyd olunanlar heç kimə sirr deyil. Əksinə, bir çoxları üçün bunların hamısı çeynənmiş və hətta darıxdırıcı adi həqiqətlərdir. Amma əlbəttə ki, Qərbin ekspertlər cəmiyyəti üçün deyil, həmin insanlar üçün Rusiya haqqında qərarlar Vaşinqtonda, Londonda, Berlində, Brüsseldə və digər Qərb paytaxtlarında verilir.
Ona görə də tərəflər arasında dialoq getdikcə daha dərin qarşılıqlı anlaşılmazlığa səbəb olur. Rusiya və Amerika prezidentlərinin dünənki onlayn danışığı da bu tendensiyanın daha da dərinləşməsinə səbəb oldu. Əvvəlcə Qərb bütün dünyada Moskvanın Ukraynaya az qala əvvəlcədən müəyyən edilmiş işğalı (hansıməqsədlə?!) ilə bağlı media isterikasına başladı - və o, özü də buna məmnuniyyətlə inandı.
Düzdür, etiraf etmək lazımdır ki, Vladimir Putinin otuz il əvvəl məhv olmuş dövləti diriltmək kimi meqaloman istləyi ilə bağlı təsəvvürlər Kremlin Portos prinsipini ("Mən yalnız ona görə vuruşuram ki, vuruşuram") rəhbər tutaraq birdən-birə qonşu ölkəni işğal etməyə hazırlaşdığı dünya mənzərəsinə tamamilə təbii şəkildə uyğunlaşır.
Rusiyanın isə tərəfdaşlarının qəribə, hətta belə demək mümkünsə, heç də adekvat olmayan davranışlarına təmkinli şərhlər verməkdən və əlbəttə ki, nə olar, nə olmaz deyə, vəziyyətin daha da pisləşməsinə qarşı hipersəsli, nüvə və s. sipərlər hazırlamaqdan başqa çarəsi qalmır...
Xəbər lenti
0