Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baş infeksionist: Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb

Bakı - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Baş infeksionist bildirib ki, sosial məsafə, əl gigiyenası, immun sistemin normal səviyyədə saxlanması və maska taxmağa əməl etmək lazımdır.
BAKI, 10 dekabr — Sputnik. ÜST-ün son məlumatına görə, Azərbaycan ərazisində "Omikron" ştammı aşkarlanmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzinin infeksionisti Fərrux Sədirov COVID-19 - Omikron ştamı" mövzusunda çıxışında deyib.
O bildirib ki, virus infeksiyalarına qarşı qabaqlayıcı tədbirlərin hər biri eynidir: "Ən effektiv tədbir vaksinasiyadır ki, bu, 200 ildən artıqdır ki, özünü sübut edib. Hər dəfə qeyd edirik ki, koronavirusa yoluxan və vaksin olunan şəxslərdə 6 aydan sonra immun sistemində yaranan antikor azalır. Heç bir vaksin insanı yoluxmadan 100 faiz qorumur. Odur ki, buster dozanın vurulması da virusa qarşı qabaqlayıcı tədbirlərdəndir".
Həkim zəncəfil, soğan, sarımsağın koronavirusdan qoruyub-qorumadığına dair sualı cavablandırıb:
"Virus xəstəliklərinin əksəriyyətinin müalicə metodları bənzərdir. Lakin koronavirus infeksiyası belə 80 faiz hallarda ev şəraitində müalicə ilə sağalır. Xəstəlik yüngül keçdiyi üçün bu belədir. COVID-19 virusuna yoluxanların 20 faizi isə hospitalizasiya edilib. Belə olan halda nə soğan-sarımsaq, nə də zəncəfil kömək edir".
Baş infeksionist bildirib ki, sosial məsafə, əl gigiyenası, immun sistemin normal səviyyədə saxlanması və maska taxmağa əməl etmək lazımdır: "Ən effektli tədbir isə vaksinasiyadır. Xəstəlik keçirənlərdə 6 ay sonra immun cavabı azalmağa başlayır. Bütün ştamlara qarşı müəyyən müddət sonra yoluxma ehtimalı artır. Buna görə buster doza vurulur ki, immun cavab güclənsin. Bundan başqa rasional qidalanma lazımdır. Maye qəbulunun və yuxu rejiminin qaydaya salınması vacib məqamlardan biridir. Peyvənd olunan şəxslər az yoluxur və ya xəstəliyi ayaq üstə keçirə bilirlər. Reanimasiyaya düşmə, xəstəliyi ağır keçirmə hallarına az rast gəlinir".
Həkim qeyd edib ki, "Omicron"un canlı peyvəndi ilə bağlı araşdırmaların başa çatmasını gözləmək lazımdır: "Omicron"un digər ştamlardan daha yüngül xəstəlik yaratdığına dair hələ ki, nəticələr yoxdur. Canlı peyvənd o deməkdir ki, yəni, bu xəstəliyi yüngül keçirməklə artıq virusa qarşı immun cavab yaranmış olur. Hələ ki, bununla bağlı araşdırmalar yekunlaşmayıb".
Eləcə də oxuyun:
* Nazirlik "Omikron" ştammı ilə bağlı əhaliyə çağırış edib
* Yeni ştamma görə hansı ölkədən Azərbaycana giriş məhdudlaşdırıla bilər?
* "Omikron" ştammında insan geni aşkarlandı
* Əlbir olub bir ayı bir şir ilə... Valideynlər "buster" vaksin vurdurmağa məcbur edilirlər?
* Üç qurumdan "Omicron" ştammı ilə bağlı birgə bəyanat - Vaxt itirməyin
Xəbər lenti
0