DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Nüvə Razılaşmasından azına qane olmayacaq - Əli Baqiri

© AP Photo / Jon Gambrellİran bayrağı
İran bayrağı - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Abunə olmaq
İran təmsilçisinin sözlərinə görə, indiyə qədər 6 raundu keçirilən Vyana görüşlərində həllini gözləyən bir çox məsələlər var.
BAKI, 12 dekabr — Sputnik. İran Xarici İşlər nazirinin köməkçisi və nüvə danışıqlarındakı təmsilçisi Əli Baqiri Keni avropalı rəsmilərdən birinin nüvə danışıqları ilə bağlı fikirlərini şərh edib. Sputnik Azərbaycan İran mediasına istinadla xəbər verir ki, Əli Baqiri əvvəlki danışıqların nəticəsi olaraq ortaya çıxan anlaşma mətninə dair bəzi məsələlərin həlli üçün yüksək səviyyədə qərarların verilməsinin lazım olduğunu bildirib.
Onun sözlərinə görə, indiyə qədər 6 raundu keçirilən Vyana görüşlərində həllini gözləyən bir çox məsələlər var:
"Bu məsələrin bir qismi ötən günlərdə keçirilmiş görüşlərdə qarşı tərəfə qəbul etdirilib, bir qismi isə qəbul etdirilməyib. Həllini tapmayan məsələlər hələ də danışıqlar masasında qalmaqdadır. Biz danışıqlarda sanksiyaların götürülməsi, nüvə təhlükəsizliyi kimi məsələlərlə bağlı mövqeyimizi ifadə etmişik".
Baqiri İranın Nüvə Razılaşmasından daha azını qəbul etməyəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Vyanada danışıqların 6 raundu keçirilib. Danışıqlar iyunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb. Danışıqlardan məqsəd həm Vaşinqtonun, həm də Tehranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtmasıdır.
Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.
Eləcə də oxuyun:
* İranla Rusiya arasında 20 illik əhatəli əməkdaşlığa dair sənəd hazırlanır
* Əli ətəyindən uzun qayıtmaq - BAEA rəsmisinin İran açıqlaması
* Azərbaycanla İran arasında mühüm anlaşma baş tutub
Xəbər lenti
0