https://sputnik.az/20211208/azerbaycanla-ran-arasinda-muhum-anlasma-bas-tutub-437064668.html
Azərbaycanla İran arasında mühüm anlaşma baş tutub
Azərbaycanla İran arasında mühüm anlaşma baş tutub
Sputnik Azərbaycan
Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib. 08.12.2021, Sputnik Azərbaycan
2021-12-08T15:14+0400
2021-12-08T15:14+0400
2021-12-08T15:14+0400
iran
siyasət
astara
ələt-astara-iran islam respublikası ilə dövlət sərhədi avtomobil yolu
https://cdnn1.img.sputnik.az/img/41148/75/411487598_0:101:1920:1181_1920x0_80_0_0_7924295b3d3495ef4b46fe8b4a444406.jpg
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında imzalanmış "Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən "Astara" (Azərbaycan Respublikası) – "Astara" (İran İslam Respublikası) dövlət sərhəd-keçid buraxılışı məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu"na əsasən Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub və iki ölkə arasında nəqliyyat sahəsi ilə bağlı müzakirə olub.Səfər zamanı nümayəndə heyəti, həmçinin tikiləcək körpünün ərazisinə və Astara (İran) Terminallar Kompleksinə baxış keçirib və bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib.Xatırladaq ki, cari ilin 6 ayında Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi həyata keçirilib.Həmçinin oxuyun:* İrana önəmli səfər - bu görüşləri səmimi müzakirələr adlandırırlar* İbrahim Rəisinin Aparat rəhbəri: "Təəssüf ki, son illərdə İranda qonşu ölkələr unudulub"* Azərbaycan-İran parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə olunub* İran, Azərbaycan və Gürcüstan yeni tranzit marşrutunun yaradılması üzrə razılığa gəlib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41148/75/411487598_106:0:1814:1281_1920x0_80_0_0_803fccdd198ea464194105c6bb4e0745.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, astara, ələt-astara-iran islam respublikası ilə dövlət sərhədi avtomobil yolu
iran, astara, ələt-astara-iran islam respublikası ilə dövlət sərhədi avtomobil yolu
Azərbaycanla İran arasında mühüm anlaşma baş tutub
Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında imzalanmış "Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən "Astara" (Azərbaycan Respublikası) – "Astara" (İran İslam Respublikası) dövlət sərhəd-keçid buraxılışı məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu"na əsasən Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub və iki ölkə arasında nəqliyyat sahəsi ilə bağlı müzakirə olub.
Səfər zamanı nümayəndə heyəti, həmçinin tikiləcək körpünün ərazisinə və Astara (İran) Terminallar Kompleksinə baxış keçirib və bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib.
Xatırladaq ki, cari ilin 6 ayında Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi həyata keçirilib.
*
İbrahim Rəisinin Aparat rəhbəri: "Təəssüf ki, son illərdə İranda qonşu ölkələr unudulub"