Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İranla Rusiya arasında 20 illik əhatəli əməkdaşlığa dair sənəd hazırlanır

© Iranian Presidency Office via APПрезидент Эбрагим Раиси
Президент Эбрагим Раиси - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, oonşu dövlətlərlə qarşıdakı 20 ili əhatə edəcək “yol xəritəsi” hazırlayıblar.
BAKI, 11 dekabr - Sputnik. İranla Rusiya arasında qarşıdakı 20 il müddətində əhatəli əməkdaşlığa dair sənəd üzərində iş yaxın zamanlarda başa çatacaq.
Peport İLNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 11-də keçirdiyi brifinqdə deyib.

“Biz Xarici İşlər Nazirliyində yeni proqram yaratmışıq. Qonşu dövlətlərlə qarşıdakı 20 ili əhatə edəcək “yol xəritəsi” hazırlamışıq. Rusiya ilə bu proses artıq başa çatıb”, - S.Xətibzadə bildirib.

Onun sözlərinə görə, oxşar müqavilə artıq Çinlə 25 illyinə imzalanıb.
Qeyd edək ki, bu il noyabrın 16-da İran Prezidenti İbrahim Rəisi ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. İran rəhbəri həmin danışıq zamanı rəsmi Tehranın Moskva ilə əhatəli əməkdaşlıq üzrə uzunmüddətli müqavilə imzalamağa hazır olduğunu bildirmişdi.
Xəbər lenti
0