https://sputnik.az/20211212/nato-nun-reqemsal-varianti-yaradilir---rusiya-resmisi-437188384.html
NATO-nun rəqəmsal variantı yaradılır - Rusiya rəsmisi
NATO-nun rəqəmsal variantı yaradılır - Rusiya rəsmisi
Sputnik Azərbaycan
Averyanov deyir ki, yeni alyansda suveren dövlətlərin qərar qəbul etmək hüququ əlindən alınacaq. 12.12.2021, Sputnik Azərbaycan
2021-12-12T19:20+0400
2021-12-12T19:20+0400
2021-12-12T19:20+0400
dünya xəbərləri
abş
rəqəmsal
nato
rusiya federasiyası
alyans
https://cdnn1.img.sputnik.az/img/42287/29/422872996_0:320:3072:2048_1920x0_80_0_0_e0b9599129e595002b75a0baaa3a27d4.jpg
BAKI, 12 dekabr - Sputnik. ABŞ faktiki olaraq NATO kimi rəqəmsal bir alyansın bünövrəsini qoyur, orada suveren dövlətlərin qərar qəbul etmək hüququ əlindən alınacaq.Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu RF Təhlükəsizlik Şurası sədrinin birinci müavini Yuri Averyanov deyib.O qeyd edib ki, yüksək texnologiyalar sahəsi ABŞ-ın keçirdiyi "Demokratiya uğrunda sammit"də çox geniş müzakirə olunub."Burada ideya sadədir: əgər istəyirsinizsə, Ağ Ev sizin dövlətinizi demokratik adlandırsın, elə texniki standartlar tətbiq edin ki, ABŞ-a sizin evdəki demokratiyanı müdafiə etmək asan olsun. Məsələn, ölkənizdə seçkilərə təsir eləsin, ya da KİV-i nəzarətdə saxlasın", - Averyanov deyib."Faktiki olaraq NATO kimi bir alyansın rəqəmsal formasının bünövrəsi qoyulur: orada suveren dövlətlərin qərar qəbul etmək hüququ əlindən alınacaq və Google, Apple və ya Amazon-un yazdığı qaydalarla yaşamağı əmr edəcəklər. Bu da sizə amerika standartlarına uyğun demokratiya", - o əlavə edib.ABŞ-ın təşkil etdiyi "Demokratiya uğrunda" virtual sammit bir neçə gün əvvəl baş tutub. Yüzdən artıq ölkənin dəvət aldığı toplantıya Rusiya, Çin, Türkiyə, Azərbaycan, Macarıstan və s. ölkələr dəvət almayıb. Bu ideya bir çox dövlətlər tərəfindən tənqid edilib.Eləcə də oxuyun:* Rusiya ilə ABŞ arasında ciddi fikir ayrılıqları* Baydenin "Demokratiya zirvəsi"ndə qeyri-peşəkar yanaşma - ABŞ-ın mesajı* "Demokratiya sammiti": ABŞ dövlətlər arasında ayrıseçkilik salır
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/29/422872996_229:0:2960:2048_1920x0_80_0_0_e45b0cfe186cdd83c910848f98aab391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, rəqəmsal, nato, rusiya federasiyası, alyans
abş, rəqəmsal, nato, rusiya federasiyası, alyans
NATO-nun rəqəmsal variantı yaradılır - Rusiya rəsmisi
Averyanov deyir ki, yeni alyansda suveren dövlətlərin qərar qəbul etmək hüququ əlindən alınacaq.
BAKI, 12 dekabr - Sputnik. ABŞ faktiki olaraq NATO kimi rəqəmsal bir alyansın bünövrəsini qoyur, orada suveren dövlətlərin qərar qəbul etmək hüququ əlindən alınacaq.
Sputnik Azərbaycan
RİA Novosti-yə istinadən bildirir ki, bunu RF Təhlükəsizlik Şurası sədrinin birinci müavini
Yuri Averyanov deyib.
O qeyd edib ki, yüksək texnologiyalar sahəsi ABŞ-ın keçirdiyi "Demokratiya uğrunda sammit"də çox geniş müzakirə olunub.
"Burada ideya sadədir: əgər istəyirsinizsə, Ağ Ev sizin dövlətinizi demokratik adlandırsın, elə texniki standartlar tətbiq edin ki, ABŞ-a sizin evdəki demokratiyanı müdafiə etmək asan olsun. Məsələn, ölkənizdə seçkilərə təsir eləsin, ya da KİV-i nəzarətdə saxlasın", - Averyanov deyib.
"Faktiki olaraq NATO kimi bir alyansın rəqəmsal formasının bünövrəsi qoyulur: orada suveren dövlətlərin qərar qəbul etmək hüququ əlindən alınacaq və Google, Apple və ya Amazon-un yazdığı qaydalarla yaşamağı əmr edəcəklər. Bu da sizə amerika standartlarına uyğun demokratiya", - o əlavə edib.
ABŞ-ın təşkil etdiyi "Demokratiya uğrunda" virtual sammit bir neçə gün əvvəl baş tutub. Yüzdən artıq ölkənin dəvət aldığı toplantıya Rusiya, Çin, Türkiyə, Azərbaycan, Macarıstan və s. ölkələr dəvət almayıb. Bu ideya bir çox dövlətlər tərəfindən tənqid edilib.
*
"Demokratiya sammiti": ABŞ dövlətlər arasında ayrıseçkilik salır