Baydenin "Demokratiya zirvəsi"ndə qeyri-peşəkar yanaşma - ABŞ-ın mesajı

© AP Photo / Evan VucciBayden
Bayden - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Demokratiya və insan haqları ABŞ-ın tələbi olmalı deyil, ölkələr bunun təmin edilməsində özləri maraqlı olmalıdırlar.
BAKI, 26 noyabr — Sputnik. ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da onlayn formatda "Demokratiya zirvəsi" adlı sammit keçiriləcək. Sammitə 110 ölkə dəvət olunub, ancaq onların arasında Azərbaycan, Türkiyə, Macarıstan kimi ölkələr yoxdur.
Dəvətlilər siyahısına nəzər yetirdikdə də görünür ki, "zirvə" iştirakçılarının demokratiyaya sadiqliyi burada əsas meyar deyil. Sammit hələ keçirilməsə də artıq dünyanın müxtəlif yerlərindən ona qarşı təpkilər gəlməkdə davam edir. ABŞ-ın NATO-dakı tərəfdaşı Türkiyənin bu sammitin dəvətliləri siyahısında olmaması, iki ölkə arasında münasibətlərin gərginliyini ifadə edir deyə bilərik.
Sputnik Azərbaycan sammitlə bağlı politoloqların fikrini öyrənib.
Politoloq Elxan Şahinoğlu deyir ki, ABŞ artıq çoxdan "demokratiyanın beşiyi" statusunu itirib. Onun sözlərinə görə, İraqda, Əfqanıstanda uğursuz müharibələr aparan bir ölkə demokratiyanın carçısı statusuna iddia edə bilməz: "Siyahıya nəzər saldıqda da dəvətlilərlə bağlı mübahisəli məqamların olduğunu görürük. Macarıstan kimi bir ölkəni siyahıdan kənarda saxlamaq siyahının obyektivliyi haqqında ilkin təəssürat yaradır. Siyahıya salınmayan bəzi ölkələri anlamaq olar ki, onlarda avtoritar idarəetmə mövcuddur. Bu da siyahının tərtibində qeyri-peşəkar yanaşmanın olduğunu göstərir".
© Sputnik / Murad OrujovПятидесятое заседание Клуба политологов "Южный Кавказ"
Пятидесятое заседание Клуба политологов Южный Кавказ  - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Пятидесятое заседание Клуба политологов "Южный Кавказ"
Politoloq qeyd edib ki, ABŞ-ın potensialı getdikcə azalır:

"Demokratiya və insan haqları ABŞ-ın tələbi olmalı deyil, ölkələr bunun təmin edilməsində özləri maraqlı olmalıdırlar. Yəni islahatlar ABŞ-ın xoşuna gəlmək üçün aparılmamalıdır. Azərbaycanın ABŞ-la çox normal münasibətləri var. Bu əlaqələr müxtəlif sahələrdə davam edir. ABŞ bizi bu sammitə çağırmır deyə bunu özümüzə böyük dərd etməyək".

Politoloq İlyas Hüseynov isə deyib ki, "demokratiya zirvəsi" ABŞ-ın strateji maraqlarına uyğun siyasət yürüdən dövlətlərin cəlb olunması ilə diqqət çəkir:

"Bu sammit ABŞ-ın direktivlərini yerinə yetirən, müstəqil xarici siyasət sərgiləyə bilməyən dövlətlərin klubunu xatırladır. Burada demokratların siyasi xəttinə uyğun davranan ölkələrlə birlikdə, bəzi ölkələrlə bağlı qərəzli yanaşmanın olduğu da göz önündədir".

İlyas Hüseynov qeyd edib ki, Azərbaycan, Türkiyə, Macarıstan kimi müstəqil xarici siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli aktora çevrilmiş dövlətlərin əvəzinə, demokratiya ilə əlaqəsi olmayan dövlətlərin dəvət aldığını görürük:
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 26.11.2021
İlyas Hüseynov

"Bu, o deməkdir ki, ABŞ bununla bəzi dövlətlərə mesaj göndərir. Biz bilirik ki, Ermənistanda hazırda siyasi gərginlik var, həbslər hökm sürür. Bununla belə, regionda stabilliyə, mehriban qonşuluğa əngəl törədən ölkənin demokratiya sammitində iştirakı onun qərbdəki havadarlarına hava, su kimi lazımdır. Onlar Ermənistan vasitəsilə regionda Rusiyanı sıxışdırmaq niyyəti güdürlər".

Politoloq vurğulayıb ki, Ermənistan Rusiyadan tamamilə asılı bir ölkədir:
"Belə olduğu halda ABŞ-ın təşkil etdiyi zirvədə iştirak etmək yalnız Qərbin maraqlarına xidmət etməklə bağlıdır. Dünyanın müxtəlif yerlərində sammitlə bağlı reaksiyaların olduğunu görürük. Sammitdən iki ay öncədən anonsların verilməsi demokratlar haqqında mənfi rəyin daha da genişlənməsinə rəvac vermiş oldu. ABŞ-da keçirilən sosioloji sorğular da göstərir ki, Baydenin daxili və xarici siyasətdə uğursuzluqları onun reytinqinə mənfi təsir göstərməkdə davam edir. ABŞ bu gün belə sammitlər keçirməklə özünə qarşı münasibətin daha da pisləşməsinə səbəb olur".
Xəbər lenti
0