https://sputnik.az/20211211/lon-mask-isden-getmek-ve-blogerlik-etmek-niyyetini-aciqlayib-437162073.html
İlon Mask işdən getmək və blogerlik etmək niyyətini açıqlayıb
İlon Mask işdən getmək və blogerlik etmək niyyətini açıqlayıb
Sputnik Azərbaycan
Amerikanın avtomobil istehsalçısı “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, milyarder İlon Mask fəaliyyətə bloger kimi davam etməyi düşünür. 11.12.2021, Sputnik Azərbaycan
2021-12-11T23:50+0400
2021-12-11T23:50+0400
2021-12-11T23:50+0400
ilon mask
dünya xəbərləri
"spacex"
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934900_0:0:3073:1728_1920x0_80_0_0_a1b01168de44139646bebe2adbc4e30c.jpg
BAKI, 11 dekabr — Sputnik. ABŞ-ın "Space X" şirkətinin qurucusu, milyarder İlon Mask işini tərk etməyi və məşhur bloger olmağı düşündüyünü bildirib."Mən işimi tərk etməyi və bloger olmağı düşünürəm. Siz bu barədə nə düşünürsünüz?", - deyə Mask Twitter hesabında qeyd edib.Xatırladaq ki, İlon Mask bu günlərdə Kaliforniyanın Hillsboro şəhərindəki villasını satdıqdan sonra rəsmən evsiz qalıb. Milyarder öz əmlakını 32 milyon dollara adı açıqlanmayan alıcıya satıb. 19 hektarlıq əraziyə malik olan bu villa əvvəllər ştatdakı digər mülklərini satdığı üçün onun "son evi" idi.Bundan əvvəl Mask bütün daşınmaz əmlakdan qurtulacağına öz vermişdi.Medianın məlumatına görə, "Guignécourt" kimi tanınan əsrlik malikanənin Maskdan əvvəl də parlaq bir tarixi var idi.Bu malikanə 1912-ci ildə "qızıl hərisliyi" dövrünün böyük sərvətinin kaliforniyalı varisi ilə evlənən Fransa qrafı Kristian de Qin tərəfindən inşa edilib.Həmçinin oxuyun:İlon Mask daha 53 peyki uğurla orbitə çıxarıbMask və Bezos "milyarderlər vergi"sinə etiraz ediblərİlon Mask bəşəriyyətin aclıqdan xilası üçün “Tesla”nın səhmlərini satmağa hazırdır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934900_44:0:2775:2048_1920x0_80_0_0_8e4b028ff46129cbe7df42eda68640c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask, "spacex"
İlon Mask işdən getmək və blogerlik etmək niyyətini açıqlayıb
Amerikanın avtomobil istehsalçısı “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, milyarder İlon Mask fəaliyyətə bloger kimi davam etməyi düşünür.
BAKI, 11 dekabr — Sputnik. ABŞ-ın "Space X" şirkətinin qurucusu, milyarder İlon Mask işini tərk etməyi və məşhur bloger olmağı düşündüyünü bildirib.
"Mən işimi tərk etməyi və bloger olmağı düşünürəm. Siz bu barədə nə düşünürsünüz?", - deyə Mask Twitter hesabında qeyd edib.
Xatırladaq ki, İlon Mask bu günlərdə Kaliforniyanın Hillsboro şəhərindəki villasını satdıqdan sonra rəsmən evsiz qalıb.
Milyarder öz əmlakını 32 milyon dollara adı açıqlanmayan alıcıya satıb. 19 hektarlıq əraziyə malik olan bu villa əvvəllər ştatdakı digər mülklərini satdığı üçün onun "son evi" idi.
Bundan əvvəl Mask bütün daşınmaz əmlakdan qurtulacağına öz vermişdi.
Medianın məlumatına görə, "Guignécourt" kimi tanınan əsrlik malikanənin Maskdan əvvəl də parlaq bir tarixi var idi.
Bu malikanə 1912-ci ildə "qızıl hərisliyi" dövrünün böyük sərvətinin kaliforniyalı varisi ilə evlənən Fransa qrafı Kristian de Qin tərəfindən inşa edilib.