Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə məktəbə hücum olması ilə bağlı iddialar təsdiqini tapmayıb - DİN

© AFP 2024 / INA FASSBENDERMəktəb
Məktəb - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
Həmin məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıblar.
BAKI, 11 dekabr — Sputnik. Tərtər rayon Şıxarx qəsəbəsindəki 2 saylı tam orta məktəbə hücum edilməsi ilə bağlı yayılan məlumat Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, məktəbə hər hansı hücum olması ilə bağlı iddialar təsdiqini tapmayıb. "Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsi zamanı Silahlı Qüvvələrimizə qarşı cavab tədbirləri görə bilməyən erməni hərbi birləşmələri evlərə və digər mülki obyektlərə raket və artilleriya zərbələri endiriblər.
Bu atəşlər nəticəsində evləri zərər görmüş Şıxarx qəsəbə sakinləri və bir neçə köçkün ailələri həmin məktəbdə müvəqqəti yerləşiblər. Ötən müddət ərzində yaşayış yerləri tam hazır olmayan bir neçə ailə hal-hazırda orada yaşayır.
Məktəbdə avadanlıqlara ziyan dəyməsi və dağınıqlığın yaranması isə nəzarətsizlik səbəbindən baş verib. Hal-hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir", - məlumatda bildirilib.
Xatırladaq ki, hadisə Tərtərin Şıxarx kəndi ərazisində yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb. Naməlum şəxslərin məktəbə hücum etməsi və məktəbin bir sıra otaqlarının, avadanlıqlarının dağıdılması ilə bağlı xəbər yayılmışdı.
Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbin direktoru Tofiq Hacıyev açıqlamasında bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib. Qeyd edək ki, həmin məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıblar.
10.12.21, 19:53
Azərbaycanda məktəbə hücum etdilər - hadisə araşdırılır
***
Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxslər tərəfindən Tərtərdə məktəbə hücum edilməsi hadisəsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, qeyd edilən məlumat əsasında Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
Xatırladaq ki, hadisə Tərtərin Şıxarx kəndi ərazisində yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb. Naməlum şəxslər Tərtərdə məktəbə hücum ediblər. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.
Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbin direktoru Tofiq Hacıyev açıqlamasında bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.
Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.
Qeyd edək ki, həmin məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıblar.
Tərtər rayon Təhsil Şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə isə APA-ya bildirib ki, Tərtər rayon Şıxarx kənd 2 saylı tam orta məktəbinin binasında hazırda 8 məktəb fəaliyyət göstərir.
Onun sözlərinə görə, məktəbdə baş verən hadisə ilə bağlı araşdırma başlanıb, bitdikdən sonra daha ətraflı məlumat veriləcək: “Tərtər rayon Şıxarx kənd 2 saylı tam orta məktəbində məktəbin şagird və müəllim kollektivindən əlavə, Laçın rayonu Qorçu, Nərmaniyə və Çaylı kənd məktəbləri kollektivi və eyni zamanda Ağdamın 84, 107 saylı və Kəlbəcərin 34, 36 saylı məktəb kollektivləri istifadə edirlər. Hazırda hüquq-mühafizə orqanları tərəfindən məktəbə dəymiş ziyanın kim tərəfindən törədildiyi barədə araşdırma aparılır. Bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək”.
Şıxarx qəsəbəsi 2017-ci ildə istifadəyə verilib. Burada çoxmərtəbəli 34 yaşayış binasında 1176 ailə yaşayır, 1200 yerlik məktəb binası tikilib.
Eləcə də oxuyun:
* "Məktəbə bıçaqla gələn" şagirdlə bağlı rəsmi açıqlama
* Nizam-intizamı pozan şagird təhsildən kənarlaşdırıla bilərmi? - mütəxəssis rəyi
* Ağstafada şagirdin bıçaqlanması ilə bağlı direktor danışdı: On gün idi, dərsə gəlmirdi
Xəbər lenti
0